Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1062/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Alanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 216 manat məbləğində itirilmiş qazın dəyərinin, həmçinin 20,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq “İddiaçı” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” X1 X4 İdarəsi ilə Cavabdeh (kod:**********00510) arasında xx.xx.2020-ci il tarixli №AL-258 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçi ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2020-ci il tarixli №3838917 nömrəli akta əsasən sayğac yanaraq yararsız hala düşdüyü üçün sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710-01409-1 saylı rəyinə əsasən Sayğaca baxış keçirildi. Sayğacın zavod seriya nömrəsi Q8AZ**********4 olan sayğac yanıb, informasiya göstərici və zavod seriya nömrəsi oxunmur. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2020-ci il tarixdə №0221361 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160m3 hesabat aparılmaqla 216.00 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bununlada abonentin “İddiaçı” İB-nin Gəncə X4 İdarəsinə 216 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazır ki, vaxta qədər ödəniş etməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair xx xxxxxx 2021 -ci il tarixli XN-01/13- 0160 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizə ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı «İddiaçı» İstehsalat Birliyi (qaz paylayıcısı) ilə cavabdeh Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış AL-258 saylı, xx xxxxx 2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evi təbii qazla təchiz olunmuşdur. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır.(sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı evi qazla təmin edən G-4 markalı sayğac çıxarılarkən onun yanaraq yararsız hala düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanına quraşdırılmış sayğac yanaraq yarasız hala düşmüşdür. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İşin materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən və abonentin saldosundan görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmış və 216 manat məbləğində borc abonentin saldosuna işlənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən itirilmiş təbii qaza görə ödənilməmiş pulu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "İddiaçı" Səhmdar Cəmiyyəti (bundan sonra “İddiaçı” İstehsalat Birliyi) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs oorclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehə məxsus yaşayış evini qazla təchiz etmiş, daha sonra həmin sayğac yanaraq yararsız vəziyyətə düşdüyündən təbii qaz israf olunmuşdur. Bağlanmış müqaviləyə əsasən həmin zərər cavabdeh tərəfindən ödənilməli olmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən itirilmiş təbii qaza görə ödənilməmiş pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidmət haqqı da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 216 manat (iki yüz on altı manat) pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 20,40 manat (iyirmi manat qırx qəpik) pul alınaraq «İddiaçı» İstehsalat Birliyiyə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1062/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1062/2021
30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver