Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1063/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X6 qarşı mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində paylı mülkiyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12 oğunun adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh ilə birgə nikah dövründə cavabdehin adına əldə etdikləri ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzilin, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksinin, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91 ünvan yerləşən mənzilin, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti,330 ünvanında yerləşən fərdi yaşayış evinin, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanında yerləşən qeyri-yaşayış binasının, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,045 ha torpaq sahəsinin 70% hissəsinə mülkiyyət hüququnun tanınması və naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundun başqa iddiaçının nümayəndəsi vəsatət verərək üçüncü şəxs X4 cavabdeh qismində cəlb edilməsini və iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən X5 adına verilmiş xx xxx 2019-cu il tarixli ********** qeydiyyft nöirəli və xx xxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh ilə birə nikah dövründə cavabdehin adına əldə etdikləri Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91 nömrəli evin 1 nömrəli mənzilinin, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksinin, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91 ünvanında yerləşən mənzilin, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 330 ünvanında yerləşən fərdi yaşayış evinin, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanında yerləşən qeyriyaşayış binasının, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,045 ha torpaq sahəsinin Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab edilməsi, əmlakların 80%-nə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edib izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı Cavabdeh ilə birgə nikah gövründə Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91 nömrəli evin 1 nömrəli mənzilini, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 360 ünvanın yerləşən əmlak kompleksini, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91 ünvanda yerləşən mənzili, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 330 ünvanda yerləşən fərdi yaşayış evini, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda yerləşən qeyriyaşayış binasını, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,045 ha torpaq sahəsini əldə etmişlər. Həmin əmlaklardan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 360 ünvanında yerləşən əmlak kompleksi, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda yerləşən qeyri-yaşayış binası əsassız olaraq mülkiyət hüququ üzrə cavabdeh X4 adına rəsmi reyestrdə qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Cavabdeh İlqar Məmmədovun mülkiyyət hüquqlarının qeydiyyata alınması qanunsuz olmuşdur. Belə ki, həmin əmlaklar Cavabdeh İlqar Məmmədova olan borcuna görə icra sənədi üzrə icra məmurunun qanunsuz qərarı əsasında qeydə alınmışdır. Halbu ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qərardadına əsasən həmin əmlakın üzərində əməliyyat aparılması qadağan edilmişdir.Bununla belə əmlakların İlqar Məmmədovun mülkiyətinə keçirilməsi ilə bağlı icra məmurunun qəbul etdiyi qərar Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qərardadına əsasən ləğv edilmiş və hazırda həmin qərar qüvvədədir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə verərək, iddianı qəbul etdiyini, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq birgə nikah dövründə əldə edilmiş əmlakın 80 faizinin iddiaçının payı kimi müəyyən edilməsinə etirazı olmadığını göstərmişdir. Digər cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Vİ-JQ 277979 nömrəli, nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.1993-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Qeydiyyat (VVAQ) şöbəsində 817 nömrə ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********54 nömrəli məktubundan görünür ki, Cavabdeh adına 3 saylı X14 üzrə ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzil, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksi, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91 ünvanında yerləşən mənzil, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 330 ünvanda yerləşən fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,045 ha torpaq sahəsi aşkar olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, **********38 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə dair İlqar Məmmədovun adınaxx.xx.2019-cu il tarixli,**********66-12301 reyestr nömrəli və Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda yerləşən qeyri-yaşayış binasına xx xxx 2019-cu il tarixli,**********87-06301 reyestr nömrədi çıxarışlar verilmişdir. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********66-12301 reyestr nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov pr 360 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə 0,1328 ha torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********87-06301 reyestr nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov pr, 11-ci döngə, 22B ünvanda yerləşən qeyri-yaşayış binası 0,0495 ha torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********81 nömrəli məktubundan görünür ki; - Gəncə 2 saylı notariat kontorunun xx xxxxxxx 1995-ci il tarixli, 3-M-2-235 saylı mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətə verilməsi barədə müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu,Əziz Əliyev prospekti, ev 91,1 saylı mənzil Cavabdeh mülkiyyətinə verilmiş və ona 16.1.1995-ci il tarixli 13745 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra həmin qeydiyyat vəsiqəsinin əvəzinə Cavabdeh xx.xx.2012-ci ildə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti 360 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən xx.xx.2004cü il tarixli 003895 qeydiyyat nömrəli və 003896 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra Cavabdeh N.Nərimanov prospekti, 360 ünvanında yerləşən əmlak kompleksinə dair xx.xx.2008-ci il tarixli **********qeydiyyat nömrəli çıxarış verilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli2(044)-565/2017 nömrəli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2019-cu il tarixli və xx xxxxx 2019-cu il tarixli E-20108/18 saylı məktublarına əsasən Cavabdeh məxsus həmin əmlak kompleksi X4 mülkiyyətinə verilmiş və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - 6 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4G-1-01 saylı bağışlama müqaviləsinə əsasən Gəncə şəhəri, Əziz Əliyev prospekti ev 91-də yerləşən mənzil X7 tərəfindən Cavabdeh bağışlanmış, Cavabdeh xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. -6 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli 4G-94 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Gəncə şəhəri, Nizami rayonu Nəriman Nərimanov prospekti 330 saylı fərdi yaşayış evini X2 almış, həmin fərdi yaşayış evinə dair Cavabdeh xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa qeyd olunan məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə , 22B ünvanda yerləşən qeyri-yaşayış binasını Cavabdeh alqı satqı yolu ilə əldə edərək ona xx xxxxx 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-565/2017 nömrəli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2019-cu il tarixli və xx xxxxx 2019-cu il tarixli E-20108/18 saylı məktublarına əsasən Cavabdeh məxsus həmin qeyri yaşayış binası X4 mülkiyyətinə keçmiş və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 0,045 ha torpaq sahəsinə xx.xx.2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədləri işlənmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(044)- 186/2019 nömrəli qərardadının təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru Elçin Məmmədov tərəfindən qəbul olunmuş «əmlakın tələbkarın adına rəsmiləşdirilməsi barədə» qərarı ləğv edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə əmlak əldə edərək həmin əmlaklar mülkiyyət hüququ üzrə rəsmi reyestrdə Cavabdeh adına qeydə alınaraq müvafiq sıxarışlar verilmişdir. Cavabdeh digər cavabdeh X6 olan pul borcuna görə Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti 360 ünvanda yerləşən qeyri yaşayış sahəsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-565/2017 nömrəli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2019cu il tarixli və xx xxxxx 2019-cu il tarixli E-20108/18 saylı məktublarına əsasən X4 mülkiyyətinə keçmiş və bu ğarədə onun adına çıxarışlar verilmişdir. Həmin çıxarışların verilməsi üçün əsas olan Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru Elçin Məmmədov tərəfindən qəbul olunmuş «əmlakın tələbkarın adına rəsmiləşdirilməsi barədə» qərarı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(044)-186/2019 nömrəli qərardadı ilə ləğv edilmişdir. İddiaçı iddia etmişdir ki, qeyd olunan əmlakları cavabdehdərdən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmişlər. Həmin əmlaklardan Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda və 360 ünvanda yerləşən qeyri yaşayış sahələrinin X4 mülkiyyətinə keçməsinə səbəb olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elçin Məmmədov tərəfindən qəbul olunmuş qərar ləğv olunduğu üçün həmin əmlakların İlqar Məmmədovun mülkiyyətində qalmasına hüquqi əsas olmadığından həmin çıxarışlar ləğ edilməli və həmin əmlakların Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab olunmaqla həmin əmlaklardan 80 faiz payı müəyyən edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda və 360 ünvanda yerləşən qeyri yaşayış sahələrinin cavabdehlərdən X4 mülkiyətinə keçməsinə dair verilmiş çıxarışların verilməsinə səbəb olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elçin Məmmədov tərəfindən qəbul olunmuş qərar ləğ olunduğu üçün və həmin çıxarışlar hüquqi qüvvəsini itirmişdir. Digər tərəfdən iddiaçının iddia etdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91nömrəli evin 1 nömrəli mənzili və Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 91 ünvanda yerləşən mənzil birgə nikah dövründə əldə edilmiş olsa da Cavabdeh mülkiyyətinə əvəzsiz qaydada keçmiş, 0,045 ha torpaq sahəsinin isə mülkiyyətdə olmasına dair sübut təqdim olunmamışdır. Halbu ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. MM-in 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən gr-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçının payının 80 fiz müəyyən edilməsinə dair iddianı qəbul etməsi onun kreditorunun mənafeyinə zidd olduğundan iddianın etirafı qəbul etməməlidir. Göründüyü kimi onun mülkiyyətində olan əmlakın bir qisminin X4 mülkiyətinə keçməsinə səbəb İ.Məmmədova olan borcu ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 adına olan Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməli, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəsi, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə 22B ünvanda yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 330 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab olunmaqla həmin əmlaklardan İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payları müəyyən edilməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. X4 adına olan Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə, 22B ünvanda yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəsi, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə 22B ünvanda yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 330 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab olunsun. Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 360 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisədən, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngə 22B ünvanda yerləşən qeyri-yaşayış binasından və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 330 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1063/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1063/2020
27.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver