Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1064/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «itirilmiş təbii qazın dəyərinin ödənilməsi» dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 216,00 manat məbləğində itirilmiş qazın dəyərinin və 20,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq “İddiaçı” İB-nin ABB Sabunçu filialı, Kod 805573,VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ**********9955001212 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” X1 X6 İdarəsi ilə Cavabdeh (kod:**********00291) arasında 22.03.2020-ci il tarixli, № MY-228 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçi ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.) Belə ki, Gəncə X6 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı № ******* nömrəli akta əsasən sayğacın klapanı işləmədiyi üçün sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə aboratoriyası”na göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710-01334-1 saylı rəyinə əsasən Sayğaca baxış keçirilmişdir. Deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən aralanıb. Sayğac mənfiyə işləyib. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün 25.09.2020-ci il tarixdə №0242112 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 m3 hesabat aparılmaqla 216,00 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bununlada abonentin “İddiaçı” İBnin Gəncə X6 idarəsinə 216,00 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və qtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” fərmanının 9-cu bəndinə əsasən "İddiaçı" səhmdar cəmiyyəti (bundan sonra İddiaçı” İstehsalat Birliyi) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir. Cavabdeh göstərilən məbləğdən hal hazır ki, vaxta qədər ödəniş etməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair 26 yanvar 2021-ci il tarixli XN- 01/13-1159 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında «İddiaçı» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, dəymiş zərər 216 manatdır. Sayğaca baxış keçirilib, sayğaca müdaxilə olunub, gövdəsindən aralanıb və bu barədə laboratoriya məlumatları da var. Sayğacın üstündə plombları olmuşdur və sayğac deformasiyaya uğrayıb. Sayğacın istismar müddəti 5 ildir. Cavabdeh olmayıb, yoldaşı qol çəkmişdir. 216 manat itirilmiş qazın hesabat puludur. Gövdədən ayrıldığı üçün cavabdehə bu məbləğ dəymiş zərər kimi heablanmışdır. Dəymiş zərər istehlakının evində olan anadanlığa uyğun hesablanır. Gövdədən ayrılırsa, xəttin əyilməsi onların əməkdaşlar tərəfindən görülüb. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, evində istilik peçi var, bir də mətbəxində 4 gözlü qazı və hamamda isə su qızdırıcısı var. Sayğac sökülərkən özü evin həyətində qonşular ilə “damino” oynu oynamış, sayğacın çıxarılmasında iştirak etməmiş və aktı imzalamışdır. «İddiaçı» İstehsalat Birliyinin nümayəndələri hər dəfəsində sayğacı dəyişən zaman 300-400 manat məbləği artırır. O, «İddiaçı» İstehsalat Birliyinə deməmişdir ki, gəlib sayğaclarını dəyişsinlər. O, hər ay pul ödəyir. «İddiaçı» İstehsalat Birliyi tərəfindən qoyulmuş yeni sayğac isə hər dəfəsində daha artıq qaz sərfiyaı yazır. Ona görə də o, sayğacın dəyişilməsini istəməmişdir. Onun evinə «İddiaçı» İstehsalat Birliyi tərəfindən yol divarına küçədə sayğac quraşdırılmış, o heç bir müdaxilə etməmiş, «İddiaçı» İstehsalat Birliyinin nümayəndələri tərəfindən baxış keçirilib yenisi ilə əvəz edilmişdir. Hesab edir ki, iddia tam olaraq əsassız olduğundan rədd olunmalıdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, «İddiaçı» İstehsalat Birliyində sayğacların qəbulu və istismar üzrə çilingər işləyir. O, Cavabdeh evinə quraşdırılmış qaz sayğacının qlapanı işləməməsi səbəbindən yenisi ilə əvəz edilməsi zamanı Cavabdeh görməmiş, aktı onun arvadı kimliyi təqdim edərək imzalamışdır. Sayğaca baxış zaman sayğacın əyri durduğunu, 3 ədəd dövlət blombunun üzərində olduğunu, sayğaca gözlə görünən müdaxilə olunmadığını görmüş, sayğacdan qaz sızması müəyyən edilməmişdir. Qaz xətti əyiri durduğundan sayğac deformasiyaya uğramışdir. Onun çıxardığı sayğac 2018-ci ilin sayğacı olmuş, «İddiaçı» İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən evin küçə hissəsinə quraşdırılmışdır. Sayğacı çıxarıldıqdan sonra xüsusi olaraq qablaşdırmadan götürülmüş və idarəyə təhvil verilmişdir. Bundan sonra yoxlama zamanı qaz sayğacının gövdədən aralanması barədə rəy verilmiş, sonra dəymiş siyan hesablanmışdır. Sayğaç küçədə yerləşmişdir və üzərində qoruyucu qutu olmamışdır. 937 m3 ödəlməmiş, 389 m3 isə yüklənmişdir qazdır. İş materiallarında olan iddiaçı «İddiaçı» İstehsalat Birliyi (qaz paylayıcısı) ilə Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış №MY-228 saylı, 22.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli 22.03.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanına quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi klapanının işləməməsi olmuşdur. İş materiallarında olan “Dəymiş zərərin bərpasına dair” 28.09.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 19.08.2020-ci il tarixli MSK- 28/1710-01334-1nömrəli Aktına əsasən G-4 markalı 1702AZ**********06 nömrəli sayğaca baxış keçirilmişdir. Deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən aralanmışdır. G- 4 markalı qaz sayğacının nominal qz sərfi 4 m3 saat orta günlün niş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4*6*90=2160 m3 hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 25.09.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanına quraşdırılmış sayğacda deformasiya nəticəsində giriş yerli birləşmə gövdədən aralanmış və sayğac mənfiyə işləmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehi və şahidi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac “klapan işləmir” səbəbi ilə yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən aralanıb, sayğac mənfiyə işləməsi aşkar olunmuşdur. Buna görə iddiaçı tərəfindən cavabdehdən itirilmiş qazın bərpası məqsədilə 216 manat pul vəsaiti tələb edilir. “Sayğacın deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən aralanıb, sayğac mənfiyə işləməsi” qeyd edilən sayğac cavabdehin yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə iddiaçı taşkalatın əməkdaşları tərəfindən quraşdırılmış və üzərində qoruyucu qutusu olmamışdır. Abonent sayğac çıxarılan zaman iştirak etməmiş, qeyd edilən nöqsanı sağyaçın çıxarılması və yenisi ilə əvəz edilməsinə dair aktda yazılmamış, sayağacın yenisi ilə əvəz edilməsi klapanın işləməməsi olmuş, sayaçın çıxarılması və yenisi ilə əvəz edilməsinə dair akt abonent tərəfindən imzalanmamış, qaz sayğacı çıxarılardıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə yoxlanılması üçün tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə iddiaçı tərəfindən mülki hüquqdan sui-istifadədir. Cavabdeh tərəfindən sayğaca hər hansı formada müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona qarşı itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı pul tələbinin irəli sürülməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin yaşadığı evə quraşdırılmış əvvəlki saygac çıxarılan zaman həmin an üçün aşkar oluna bilən “sayğacın deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən aralanıb, sayğac mənfiyə işləməsi” kimi pozuntular X7 əməkdaşları tərəfindən yerində aşkar olunmadığından və həmin pozuntular 22.03.2020-ci il tarixli aktda öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə 25.09.2020-ci il tarixli akt əsasında sayğacın deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən aralanıb, sayğac mənfiyə işlənməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca cavabdeh və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal sayağın çıxarılaraq yenisi ilə əvəz edilməsinə dair 22 mart 2020-ci il tarixli aktda görünmədiyindən, sayğacın klapanının işləməməsi abonentin təqsirli hərkələtli nəticəsində yaranmadığından və qeyd edilən nöqsan kim tərəfindən müəyyən olunduğu məlum olmadığından, iddiaçı hesablanmış qazın dəyərini cavabdehdən tələb edə bilməz. Odur ki iddiaçının tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməliməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20,40 manat dövlət rüsumu və bank xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1064/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1064/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver