Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1186/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə axıdılan suyun dayandırılması və mənzilə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş zərərə görə 1000 manat pulun alınıb onun xeyrinə ödənilməsi və çirkab suyun axıdılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri Kəpəz rayonu, Tağı Arani küçəsi ev 15, mənzil 6 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh isə ondan yuxarı 3-cü mərtəbədə Gəncə şəhəri Kəpəz rayonu, Tağı Arani küçəsi, ev 15, mənzil 8-də yaşayır. Cavabdeh yuxarı mərtəbədə yaşamaqla, qəsdən dəfələrlə iddiaçının mənzilinə kanalizasiya borusundan çirkab su axıdıaraq iddiaçıya maddi ziyan vurmuşdur. Belə ki, Cavabdeh özünə məxsus mənzildə tikinti norma qaydalarını pozmaqla tualetin yerini dəyişdirmiş və bu səbəbdən də kanalizasiya borusundan çirkab sular iddiaçının mənzilinə axmışdır. Sonuncu dəfə 04 fevral 2021-ci il tarixdə mənzilə su axıdaraq maddi ziyan vurmuşdur. Bu barədə Gəncə şəhəri, MKTİB-yə müraciət edilmiş, cavabdehin 3-cü mərtəbədə yaşadığı 8 nömrəli mənzilin çirkab su borusunun nasazlığına görə axıdılan çirkab sular qonaq otağının sağ divarlarının tamamilə nəmləndirilməsi, üzərindəki oboyların tamam qopması, divarların üst qatlarının nəmişlənərək qalxması, mənzilin təmirinə xeyli miqdarda ziyan vurulması barədə 04.02.2021-ci il tarixdə akt tərtib etmişlər. Lakin, bu günə kimi su sızması davam edir və onlara 1000 manat dəyərində maddi ziyan dəymişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 10.09.2001-ci il tarixli, 4341 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi, ev 15, mənzil 6 İddiaçı məxsusdur. Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin 04.02.2021-ci il tarixli aktından görünür ki, 04.02.2021 il tarixində ünvan 1 ünvanının İddiaçı telefon zəngli xahişi ilə göstərilən ünvana reyd edərkən 3-cü mərtəbədə yerləşən 8 nömrəli mənzilin çirkab su borusunun nasazlığına görə axıdılan çirkab sular onların qonaq otağının sağ divarlarını tamamilə nəmləşdirmiş üzərindəki oboylar tamamilə qopmuş, divarların üst qatları nəmləşərək qalxmış, mənzilin təmirinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.09.2021-ci il tarixli, 10/2719 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayon, Tağı Arani küçəsi, 15 nömrəli evin 6 nömrəli mənzilinə həmin evin 8 nömrəli mənzilindən suyun axıdılması nəticəsində yaranmış qüsurların aradan aldırılması üçün görülməli təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 950 manat məbləğində müəyyən olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən cavabdeh tərəfindən suyun axıdılması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur və həmin ziyanın məbləği ekspert rəyi ilə 950,0 manat məbləgində qiymətləndirilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi məhkəmə iclasında tam sübuta yetirildiyindən və vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan iddia qismən təmin olunmalı, vurulmuş zərərin əvəzi 950 (doqquz yüz əlli) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, və cavabdeh tərəfindən iddiaçının mənzilinə suyun axıdılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi, 15 nömrəli evin İddiaçı məxus olan 6 nömrəli mənzilinə suyun axıdılması qadağan edilsin. Cavabdeh vurulmuş zərərə görə 950,0 (doqquz yüz əlli) manat alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1186/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1186/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver