Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-119/2020 09.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi və alqı-satqı əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli X18 şərq hissəsində yerləşən torpaq sahəsinin və 6 sinif otağının Cavabdeh1 adına olan “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fizikli və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair” 000462 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin və “Dövlət torpaq sahəsinin və Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 001254 xx.xx.2007-ci il tarixli şəhadətnamənin etibarsızlığı və xx.xx.2015-ci il tarixli Seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Gəncə şəhəri S.Ruhulla küçəsi-4 ünvanında yerləşən keçmiş Nəqliyyat Nazirliyi, ADY, Texniki Qurğular və X3 keçmiş icarəçisi kimi həmin əmlakı 2007-ci ildə satın alaraq xx.xx.2015-ci il tarixli Seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli X13rşı məhkəmə iddia qəldıraraq ünvan 2 ünvanda yerləşən və ona məxsus xüsusi mülkiyyətindən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli X10 çıxarılması və 2015-ci ilin yanvar ayının 1-dən xx.xx.2018-ci ilədək olan dövr ərzində ona məxsus xüsusi mülkiyyətdən əvəzzis istifadə edilib qazanc əldə etdikləri üçün hər ilə görə 2000 manat, ümumilikdə 8000 manat konpensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri S.Ruhulla küçəsi-4 ünvanında yerləşən keçmiş Nəqliyyat Nazirliyi, ADY, Texniki Qurğular və X3 əmlakını keçmiş icarəçisi Cavabdeh1 almaqla yanaşı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli X18 şərq hissəsində yerləşən torpaq sahəsini və 6 sinif otağını qanunsuz satın alımışdır. X9 Xalq Deputatları iclasının xx xxxxxx 1981-ci il tarixli 270 nömrəli qərarı ilə Siqdi Ruhulla küçəsində yerləşən 2 nömrəli musiqi məktəbinin ərazisi mədəniyyət şöbəsininin balansına verilmişdir. Həmin qərarla Siqdi Ruhula küçəsində yerləşən 2 nömrəli musiqi məktəbində əlavə 6 otağın inşa edilməsi və sənədləşdirilməsi qərara alınmışdır. Daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planından görünür ki, 2 saylı müsiqi məktəbinə bitişik heç bir əmlak yoxdur, tikilinin qərb hissəsindən qonşu torpaq sahəsinədək 5,78 metr məsafə vardır. Bu da ona dəlalət edir ki, 2 saylı müsiqi məktəbinin balansında olan tikililər və torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz özəlləşdirilmişdir. Cavabdeh tərəfindən qanunsuz rəsmiləşdirilmiş torpaq sahəsi və sinif otaqları 2 saylı musiqi məktəbinin balansında olduğundan onun alqı-satqısı (özəlləşdirilməsi) və reyestrən çıxarışı ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X15 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, Cavabdeh1 məxsus torpaq sahəsinin çıxıntıları qanunsuz özəlləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsi musiqi məktəbinin sahəsinə aiddir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini üzrsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət X12 üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 000462 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, ünvan 4 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 1215,5 m2 olan torpaq sahəsi Cavabdeh1 satın almışdır. İş materiallarına əlavə edilmiş Dövlət X12 üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 001254 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, ünvan 4 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 847,5 m2 olan torpaq sahəsi Cavabdeh1 satın almışdır. İş materiallarına əlavə edilmiş X1 Bürosu Müəssisə və X6 surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən tikinti altı sahəsi 936,8 m2, ümumi sahə 847,5 m2, əsas sahə 419,4 m2 və köməkçi sahə 421,1 m2 qeyri-yaşayış sahəsi Nəqliyyat Nazirliyi Azərbaycan Dövlət X21 Qurğular və İnzibati binalırın istismarı Trestinin balansında olmaqla Cavabdeh1 icarəsində olmuşdur. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 847,5 m2 olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 0,12155 ha torpaq sahəsini olan qeyri-yaşayış binası Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan obyektlərə dair texniki pasportların hazırlanması haqqında məlumatın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 2 №-li musiqi məktəbi Azərbaycan Respublikası Baş Nazirin tapşırığına əsasən Əmlak Məsələləri Dövlət komitəsinin xx xxxxxx 2018-ci il tarixli **********59 nömrəli məktubu üzrə hazırlanmışdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 3 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********67 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının Dövlət akının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 001254 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməsi və xx.xx.2007-ci il tarixli 00462 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsi, 4 saylı ünvanda yerləşən əmlak kompleksi Cavabdeh1 adına qeydiyyata alınmışdır və ona xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 1121 nömrəli “X11” alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət X12 üzrə Dövlət Komitəsi ünvan 4 ünvanda yerləşən 847,5 m2 (birmərtəbəli binanın zirzəmisi (77,7 m2) və birmərtəbəli ayrı tikili (769,8 m2) qeyri-yaşayış sahəsi 14892 manata Cavabdeh1 Tofiq qızına satılmışdır. İş materiallarına əlavə olunmuş “Dövlət əmlakının icarəyə verilməsi haqqında icarəyə verilməsi haqqında” xx.xx.2006-ci il tarixli, 4232 saylı müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, S.Ruhulla küçəsi, 4 ünvanında yerləşən, ümumi sahəsi 845 m2 təşkil edən Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmir Yolu, Texniki Qurğular və X4 Trestinin balansında olan qeyriyaşayış sahəsi xidmət məqsədi ilə Cavabdeh1 Tofiq qızına xx.xx.2007-ci il tarixədək istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş “Dövlət əmlakının icarəyə verilməsi haqqında icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 123 saylı müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, S.Ruhulla küçəsi, 4 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 49,8 m2, sərbəst sahəsi 1165,7 m2, cəmi 1215,5 m2 təşkil edən torpaq sahəsi xidmət məqsədi ilə Cavabdeh1 Tofiq qızına xx.xx.2008-ci il tarixədək istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 594 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin” alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət X12 üzrə Dövlət Komitəsi ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 1165,7 m2, sərbəst sahəsi 49,8 m2, olmaqla ümumi torpaq sahəsi 1215,5 m2 qeyri-yaşayış sahəsini 1139 manata Cavabdeh1 Tofiq qızına satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 30874 saylı rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən Gəncə şəhəri 2 saylı Musiqi Məkətəbinin istifadəsində olan tikililər, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 müikiyətində olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportda göstərilən tikililər ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur; - ünvan 8 ünvanda yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,12155 ha torpaq sahəsi və ümumi sahəsi 847,5 m2 olan qeyri-yaşayış binası naturada (yerində) onun istifadəsində olan torpaq sahəsi və qeyri-yaşayış binası ilə üst-üstə düşür. Belə ki, Cavabdeh1 adına tərdib olunmuş texniki pasportunda göstərilən 1-4, 11, 20-23, 34, 38-47, saylı otaqları musiqi məktəbinin istifadəsindədir; - ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin (tikinti altı) ölçüləri və digər texniki parametrləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən Cavabdeh1 adma tərtib olunmuş xx.xx.2015-ci il tarixli 13227 inventar nömrəsi olan texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunur; - ünvan 8 ünvanında yerləşən, Gəncə şəhəri 2 saylı Musiqi Məktəbinin istifadəsində olan tikililər və həmin tikililərin altında yerləşən torpaq sahəsi (iş materiallarında texniki pasportunda göstərilən 1-4, 11, 20-23, 34, 38-47 saylı otaqlar) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində, tədqiq olunan ünvanda 0,12155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 847,5 m2 olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfində verilmiş rəyin izah olunması zərurət yarandığından məhkəmə iclasında ekspert X2 iştirakı təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən ekspert X5 izahat verərək bildirdi ki, hazırda Cavabdeh1 mülkiyyətinə verilmiş tikillər və onun altında yerləşən torpaq sahəsi əvvəllər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət X21 Qurğular və İnzibati binanın istismarı Trestinin balansında olmaqla Cavabdeh1 icarəsində olmuşdur. Həmin qeyri-yaşayış binası Cavabdeh1 adına özəlləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Gəncə şəhəri 2 saylı Musiqi Məktəbinin istifadəsinə ayrılmış, daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planı adlı sənəddə göstərilmiş qeyri-yaşayış binasına heç bir aidiyyəti yoxdur. Gəncə şəhəri 2 saylı Musiqi Məktəbinin istifadəsinə verilmiş qeyri-yaşayış binası hazırda da Gəncə şəhəri 2 saylı Musiqi Məktəbinin istifadəsindədir və həmin binanın heç bir hissəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşmür. Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilmiş 1-4, 11, 20-23, 34, 38-47, saylı otaqları Gəncə şəhəri 2 saylı Musiqi Məktəbi tərəfindən istifadə olunur. Eyni zamanda təqdim edilmiş sənədlərdən Gəncə şəhəri 2 saylı Musiqi Məktəbinin istifadəsinə torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 30874 ekspert rəyi üzrə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və eksperti dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bu Qanunun 9.2.-ci maddəsində göstərilənlərdən başqa Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər, xarici hüquqi şəsxlər çıxış edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı aşağıdakılar səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər, icra hakimiyyəti orqanları, bələdiyyə orqanları.alıcı kimi çıxış edə bilməzlər: Həmin Qanunun 31.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır: 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması; 31.1.2. Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçının hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olması ilə bağlı qeyd edir ki, aparılmış məhkəmə araşdırması zamanı iddiaçının istifadəsinə ayrılmış qeyriyaşayış sahəsinin ayrıca tikili olmaqla Cavabdeh1 mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinə aidiyyətinin olmadığı, yəni Cavabdeh1 özəlləşdirdiyi qeyri-yaşayış sahəsinin iddiaçının iddia etdiyi kimi dövlət mülkiyyətində olan təhsil müəssisəsi olmadığı müəyyən edilmişdir. İddiaçının özünə aidiyyəti olmayan əmlakın özəlləşdirilməsini və bunun nəticəsində verilmiş sənədlərin qanuniliyini mübahisələndirmək üçün subyektiv hüququ olmadığından məhkəmə özəlləşdirmənin digər əsaslarının qanuniliyinin yoxlanılmasına zərurət olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia rədd edildiyindən məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-119/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-119/2020
09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver