Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1200/2022 01.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “şəhadətnamənin çıxarışla əvəz edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə Samux rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Gəncə şəhəri Tatlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə 16 mart 2003-cü il tarixli JN-255 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni, Zazalı kənd İcra X1 kimi yazılmış səhvi düzəltdiyini nəzərə alıb İddiaçı adına çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı iddia tələbində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamədə soyadının səhvən “Hüseynov” kimi qeyd edildiyini, yol verilmiş səhvin düzəldiyini nəzərə alaraq onun adına çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, çıxarışın verilməsinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı iddia icraatı qaydasında baxılan məsələ inzibati məhkəmənin səlahiyyətindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar olmaqla onlar tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, yəni mülkiyyət hüququna dair qeydin reyestrə daxil edilməsi həmin orqanın ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən irəli gəlir. Buna görə də iddiaçı inzibati orqanın onun hüququnu qeydə almaqdan imtina etməsini əsassız hesab edirsə bu halda inzibati məhkəməyə müraciət etməlidir. Bununla yanaşı iddianın əsaslandırılmasından görünür ki, mülkiyyət hüququnu təsdiq edən sənədlə şəxsiyyəti təsdiq edən sənəddə həmin sənədlərin sahiblərinin adlarında uyğunsuzluq mövcuddur. Bu halda isə mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ təsbit edilmişdir. Lakin hazırkı iddia ərizəsindəki tələb məhz inzibati orqan tərəfindən öhdəliyin icra edilməsi barədə tələb olduğundan həmin tələbə mülki mühakimə icraatı qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “şəhadətnamənin çıxarışla əvəz edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1200/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1200/2022
01.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver