Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1251/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin bağlanmamış, kredit müqaviləsinin isə etibarsız hesab edilməsi və borcun ödənilməsinin əsl tərəfi müəyyən edilərək, əsl tərəfin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin bağlanmamış, kredit müqaviləsinin isə etibarsız hesab edilməsi və borcun ödənilməsinin əsl tərəfi müəyyən edilərək, əsl tərəfin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən, iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh2 cavabdeh kimi göstərilsə də, iddia tələbində ona qarşı hər hansı tələb irəli sürülməmiş, bununla da Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumata əsasən iddia ərizəsində cavabdeh kimi qeyd edilən Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan vəziyyətdə, X1 qarşı tələb irəli sürülmədiyi və tələbin yalnız Cavabdeh1 qarşı irəli sürülməsi nəzərə alınsa, hazırki iddia ərizəsinə MPM-in 35.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin bağlanmamış, kredit müqaviləsinin isə etibarsız hesab edilməsi və borcun ödənilməsinin əsl tərəfi müəyyən edilərək, əsl tərəfin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1251/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1251/2022
06.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver