Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1256/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “mülkiyyət hüququnun tanınması” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi cəlb olunmaqla “mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzilə mülkiyyət hüququnun tanınması, texniki pasportun və çıxarışın hazırlanıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri ünvan 4, mənzil 2 ünvanda yaşayırlar. Həmin mənzil mərhum atası X6 işlədiyi X11 maşinist köməkçisi işlədiyi dövrlərdə verilmişdir. Atası X9 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Anası X3 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra evə dair sənədlər itmişdir. O, xx xxxxxx 1966-cı il tarixdən ünvan 2 mənzil 2 ünvanda ailəsi ilə birgə yaşayır. Evin bütün kommunal və digər vergi xərcləri tərəfindən ödənilir. Sənədlərin əsllərini əldə etmək məqsədi ilə yəni, mənzilin nə vaxtdan hansı əsasa kimin adına qeyd edilməsinə dair ətraflı arayışı və mənzilin arxivdəki bütün sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin verilməsində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X13 Gəncə Şəhəri 1 Saylı Vəkil Bürosunun vəkil sorğusu ilə müraciət edilmişdir. Cavab olaraq, bildirilmişdir ki, sorğunun cavablandırılması mümkün olmamışdır. Buna görə də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək mənzilin atasına dövlət tərəfindən verildiyini, lakin həmin mənzilin sənədləşmə işlərinin aparılmasını dəqiq bilmədiyini, mənzili öz adına keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət etdiyini, lakin bundan imtina olunduğunu bildirərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə MPM-in 185.5ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, X7 və X10yaşayış yeri üzrə ünvan 3 mənzil 2 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC X2 İstiqaməti üzrə arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Gəncə arxiv bölməsinin araşdırılmış arxiv sənədlərinə əsasən İddiaçı 9 nömrəli evlər idarəsinin evlərin üz hesabları kitabında Z.Hacıyev küçəsi, ev 65(88) mənzil 2 ünvanda qeydiyyatdadır və onunla bərabər X4 və X10 yaşayır. İş materiallarına əlavə edilmiş DƏDRX-in 3 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********68 nömrəli məktubundan görünür ki, ünvan 3 mənzil 2 özəlləşməmişdir. İş materiallarına əlavə olunmuş АЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı atası X9, anası X1r. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 862145 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlum olur ki, ünvan 4 ünvanda yerləşən 2 saylı mənzil özəlləşdirilməmişdir. Həmin mənzil üzərində nə ərizəçinin, nə də onun atasının mülkiyyət hüququ qeydə alınmamışdır. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermə faktı o halda müəyyən oluna bilər ki, həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınmış olsun, lakin müəyyən səbəblərdən həmin qeydiyyat itmiş olsun və bərpası mümkün olmasın. Hazırkı halda isə mənzilin ümumiyyətlə özəlləşmədiyi, yəni xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Bu da ərizənin əsassız olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1256/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1256/2020
16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver