Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-127/2020 02.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, payına düşən hissəsinin faktiki sahibliyinə və istifadəsinə verilməsi, bu mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılaraq əldə ediləcək dəyərin paylara münasib bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, (T.Arani) Azərbaycan bayrağı küçəsi bina 25, 11 saylı mənzildə yerləşən RX seriyalı, ******* saylı HDQH DƏDR-dən çıxarış əsasında ümumi paylı müliyyətlərinə verilmiş mənzilin paylara müvafiq naturada bölünməsi, payına düşən hissəsinin faktiki sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə faktiki olaraq 2001-ci ilin mart ayında evlənib ailə qurmuşlar, nikahlarını isə 14.12.2005-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Qeydiyyat Şöbəsində 762 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə ailə həyatından 17.12.2001-ci il təvəllüdlü Vahid və 16.02.2004-cü il təvəllüdlü Rəvan adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, sonralar onun və ailə üzvlərinin təqsirindən pozulmuş, Kəpəz rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında nikahları pozulmuş və 03.03.2017-ci il tarixli AZ-1 №-li 257486 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İddiası Kəpəz rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında birgə nikah dövründə əldə etdikləri, qeyd olnunan ünvanda yerləşən ümumi sahəsi 28,9 kv.m olan mənzilin 2\3 hssəsi onun, 1\3 hissəsi isə cavabdehin mülkiyyətinə verilmiş, mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq seriya RX, ******* saylı HDQH DƏDR-dən Çıxarış almışdır. 2006-cı ilin avqust ayından cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdeh həmin ünvandakı ümumi paylı mülkiyyətdə olan mənzildə yeni ailəsi ilə, o isə azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonun Bayramlı kəndində atası evində yaşayırlar. Dəfələrlə paylarına düşən mənzildə uşaqları ilə yaşamağa təşəbbüs göstərsələr də cavabdeh imkan verməmiş, mənzilin giriş qapısının açarını dəyişdirmiş, müxtəlif vasitələrlə uşaqları ilə ona mülkiyyətində olan paylarından istifadə etməyə imkan verməmişdir. Ona görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin predmetinin dəyişməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavab-dehlə ümumi paylı mülkiyyətlərində yəni, həmin mənzilin 2\3 hissəsinə onun, 1\3 hissəsinə isə cavabdehin mülkiyyət hüququ verilmiş mənzil bir otaqdan ibarət olma-sına görə həmin mənzili hər ikisi üçün ayrıca giriş-çıxış şəraiti və mənzilin kommu-nal hissələrindən hər ikisinin maneəsiz istifadə edəcəkləri şərtinin qorunması nəzə-rə alınmaqla natura halında iki yerə bölünməsi mümkün olmayacaqdır.Bu səbəbdən həmin iddianın predmetini dəyişərək həmin mənzilin açıq hərra-cda satılaraq əldə ediləcək dəyərinin paylarına münasib olaraq aralarında bölün-məsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, Gəncə şəhəri, Kəpəz rayonu, (T.Arani) Azərbaycan bayrağı küçəsi bina 25, 1 saylı mənzilin naturada bölünməsinin mümkün olmaması barədə ekspert rəyi ilə müəyyən edildiyindən, cavabdehlə öz aralarında razılağa gəlməyin mümkün olmadığını, mübahisəli mənzilin açıq hərra-cda satılaraq əldə ediləcək dəyərinin cavabdehlə paylarına mütənasib olaraq aralarında bölün-məsi barədə qətnaməçıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddiaçı ilə öz aralarında razılağa gəlməyin mümkün olmadığını, sözügedən mənzilinaçıq hərra-cda satılaraq əldə ediləcək dəyərinin iddiaçı ilə paylarına mütənasib olaraq aralarında bölün-məsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 25 saylı evin, 11 saylı mənzilin 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh adına paylı mülkiyyətləri kimi qeydə alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 257486 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında olan nikah akt qeydi ləğv edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 287485 nömrəli və AZ-İ seriyalı, 696269 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 17.12.2001-ci ildə Vahid və 16.02.2004-cü ildə Rəvan adlı uşaqları doğulmuşdur. Uşaqların atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan x5 Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15.04.2019-cu il tarixli, 647 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 mənzil 11 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 17 fevral 2020-ci il tarixli, 24520 nömrəli ekspert rəyinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, (T.Arani) Azərbaycan bayrağı küçəsi, 25 saylı evin, 11 saylı mənzili naturada 1/3 və 2/3 paylara uyğun iki hissəyə təcrid mənzil şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə x1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mülk paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməməklə, paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsi ilə bağlı da razılıq əldə edilməmişdir. Həmçinin, tərəflərin bir-birilərinə paylarına mütənasib şəkildə kompensasiya vermələri də mümkün olmamışdır. Bundan məhkəmə hesab edir ki, mübahisəli paylı mülkiyyətdə olan mənzil bir otaqlı mənzil olmaqla, ümumi sahəsi 28,9 kvadratmetr təşkil edir ki, bununla da həmin mənzilin naturada ayrılması da qeyri-mümkündür. Buna görə də iddia tələbi əsaslı hesab edilməklə, təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumibirgə mülkiyyət münasibətlərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında konstitusiya məhkəməsininn plenumu qərara almışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, mübahisəli mənzil açıq hərracdan satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat iddiaçı və cavabdehin hər birindən 50 (əlli) manat alınaraq Dövlət Xəzinədarlığı Agentliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 25 saylı evin, 11 saylı mənzili açıq hərracda satılsın. Mənzil açıq hərracda satıldıqdan sonra əldə olunmuş vəsait İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarına mütənasib surətdə bölüşdürülsün. Məhkəmə xərci qismində 100 (bir yüz) manat tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manatı İddiaçı və 50 (əlli) manatıcavabdehin Cavabdeh tutularaq, Dövlət x3 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x5 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-127/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-127/2020
02.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver