Məhkəmə qərarları › İş №2(043)-133/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-133/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-133/2022 21.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında razılıq əldə olunduğunu və iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, onların razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan buna zərurət də mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iş üzrə iddianın təmin tədbiri qismində Cavabdeh1 mülkiyyətində olan **-BY-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, 2014-cü ildə istehsal olunan, mühərrikin həcmi 1797, mühərrikin nömrəsi EU618354, BAN nömrəsi: sedan olan avtomobilin üzərinə həbsin qoyulması və avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilməsi barədə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(043)-3584/2021 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-ə geri qaytarılsın. İş üzrə iş üzrə iddianın təmin tədbiri qismində Cavabdeh1 mülkiyyətində olan **-BY- *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, 2014-cü ildə istehsal olunan, mühərrikin həcmi 1797, mühərrikin nömrəsi EU618354, BAN nömrəsi: sedan olan avtomobilin üzərinə həbsin qoyulması və avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilməsi barədə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(043)-3584/2021 saylı qərardadı ləğv edilsin. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar