Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-136/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər İddiaçı2 və Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı1 ASC-nin cavabdehlər İddiaçı2 və Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vaz-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Vaz-21091” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1032 (bir min otuz iki) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı2 və Cavabdeh tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Vaz-2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən AC 742150 nömrəli şəhadətnamə ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh İddiaçı2 xx.xx.2014-cü il tarixdə saat 19:55 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “Vaz-2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Vaz-2106” markalı, **-CC-*** qeydiyyat nişanlı və “Vaz-21091” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin avtomobillərə ümumilikdə 1032 (bir min otuz iki) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə Gəncə ŞBPİ RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh İddiaçı2 barəsində İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında CYP 698617 nömrəli Protokol tərtib olunmuşdur. “Vaz-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan İddiaçı1 ASC tərəfindən 702 (yeddi yüz iki) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ xx.xx.2014-cü il tarixli, 8394 nömrəli ödəniş tapşırığına uyğun olaraq zərərçəkən X2 bank hesabına ödənilmişdir. “Vaz-21091” markalı, **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan İddiaçı1 ASC tərəfindən 330 (üç yüz otuz) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ xx.xx.2014-cü il tarixli, 8393 nömrəli ödəniş tapşırığına uyğun olaraq zərərçəkən X5 bank hesabına ödənilmişdir. İddiaçı1 ASC məhkəməyə ərizə göndərərək, nümayəndələrinin iştirakı olmadan iddia tələbləri üzrə işə baxılaraq, iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə prosesinin keçirilərək mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” haqqında AC №742150 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh məxsus “VAZ 2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 ASC tərəfindən sığortalanmış, müqavilənin qüvvədən düşmə müddəti xx.xx.2015-ci il tarix göstərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 4561/CML-4162/2014 nömrəli sığorta aktından görünür ki, zərər çəkən şəxslər X6 və X7 dəymiş zərərin ümumi həcmi 1032 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı1 ASC-yə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2014-cü il tarixində Gəncə şəhəri, Atatürk prospektində onun idarə etdiyi “Vaz- 2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi nəticəsində “Vaz-2106” markalı, **-CC-*** qeydiyyat nişanlı və “Vaz-21091” markalı, **- DG-*** qeydiyyat nişanlı avmobillərlə toqquşması nəticəsində dəymiş ziyanın müəyyən edilərək ödənilməsini xahiş etmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, avtonəqliyyat hadisəsi baş vermiş anda “VAZ 2106” markalı, **-DE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh İddiaçı2 xx.xx.2014-cü il tarixdə saat 19:55 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “Vaz-2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Vaz-2106” markalı, **-CC-*** qeydiyyat nişanlı və “Vaz-21091” markalı, **-DG-*** qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin avtomobillərə maddi ziyan dəyməsinə səbəb olmuşdur. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli, CYP 698617 nömrəli protokol qərarından görünür ki, İddiaçı2 avtomobili idarə edən zaman Gəncə şəhəri, Atatürk prospektində düzgün ara məsafəsi ilə sürməyərək, dayanacağda dayanıqlı olan “Vaz- 2106” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı və “Vaz-2106” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı olan avtomobillərlə toqquşmuşdur. Yoxlama zamanı sürücü sərxoş və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi məlum olmuşdur, hadisə zaman isə xəsarət alan olmamışdır. Həmin tarixli qərarla Əsgərov X3 qaydada tənbeh edilmişdir. İş materillarında olan xx xxxxxx 2014-cü il tarixli, 8394 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı1 ASC tərəfindən 702 (yeddi yüz iki) manat məbləğində pul X6 ödənilmişdir. İş materillarında olan xx xxxxxx 2014-cü il tarixli, 8393 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı1 ASC tərəfindən 702 (yeddi yüz iki) manat məbləğində pul X7 ödənilmişdir. İş materiallarında olan ƏN-İV № 670137 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etbarnamənin surətindən görünür ki, “VAZ 2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur və nəqliyyat vasitəsi idarə etmək üçün etibarnamə əsasında Cavabdeh verilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “VAZ 2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 məxsusdur və nəqliyyat vasitəsi idarə etmək üçün etibarnamə əsasında Cavabdeh verilmişdir. Cavabdeh İddiaçı2 xx.xx.2014-cü il tarixdə saat 19:55 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə etibarnamə olmadan idarə etdiyi “Vaz-2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Vaz-2106” markalı, **-CC-*** qeydiyyat nişanlı və “Yaz-21091” markalı, **-DG-*** qeydiyyat nişanlı avtobillərlə toqquşaraq həmin avtomobillərə ümumilikdə 1032 (bir min otuz iki) manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Gəncə ŞBPİ RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh İddiaçı2 barəsində İnzibati Xətalar Məcəlləsinin 152-2.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında CYP 698617 nömrəli İnzibati Xəta haqqında protokol tərtib olunmuşdur. “Vaz-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan İddiaçı1 ASC tərəfindən 702 (yeddi yüz iki) manat məbləğində müəyyən edilərək, həmin məbləğ xx.xx.2014-cü il tarixli, 8394 nömrəli ödəniş tapşırığına uyğun olaraq zərər çəkən X2 bank hesabına ödənildiyindən, digər avtomobil “Vaz-21091” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan İddiaçı1 ASC tərəfindən 330 (üç yüz otuz) manat məbləğində müəyyən edilərək həmin məbləğ xx.xx.2014-cü il tarixli, 8393 nömrəli ödəniş tapşırığına uyğun olaraq zərərçəkən X5 bank hesabına ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, İddiaçı2 və Cavabdeh Kərim oğlundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər İddiaçı2 və Cavabdeh 1032 (bir min otuz iki) manat sığorta ödəniş məbləği və 30,0 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq, İddiaçı1 ASC-nə verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-136/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-136/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver