Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1366/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X7, Cavabdeh3 və Cavabdeh1 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı “miras əmlakda mülkiyyət hüququnun qeydə alınması üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evə tam mülkiyyət hüququnun qeydə alınması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X11 17.07.2019-cu il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən bir neçə il əvvəl ona qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində istifadə hüququnun tanınmasına dair iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.06.2015-ci il tarixli, 2(043)-2058/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evə o və uşaqlarının istifadə hüququ tanınmışdır. Anası X2 şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evlə bağlı qardaşı Cavabdeh1 vəsiyyətnamə vermişdir. X3 17.07.2019-cu il tarixdə Rusiya Federasiyasının Nijnivartovsk şəhərində vəfat etmişdir. Anası vəfat etməmişdən öncə və sonra da Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evdə onun vərəsələrindən yeganə olaraq o yaşayır. Bu isə o deməkdir ki, miras əmlak sahibliyindədir və onu faktiki cəhətdən idarə edir. Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evə dair vərəsəlik şəhadətnaməsi almaq üçün Gəncə şəhəri 1 saylı notariat ofisinə müraciət etmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmiş 13.01.2021-ci il tarixli, 14 saylı imtina qərarı ilə ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi isə vərəsələrin arasında mübahisə olduğu bildirilmişdir. Vərəsələr arasında mübahisənin olmasına səbəb isə mərhum anasının qardaşı Cavabdeh1 27.01.2012-ci il tarixdə Gəncə şəhəri 3 saylı dövlət notariat kontorunda verdiyi vəsiyyətnamədir. Qeyd olunan vəsiyyətnamədə anası Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evi qardaşına vəsiyyət etdiyini bildirir. Qardaşı Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olmaqla, yanaşı onun Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evdə hər hansı pasport qeydiyyatı yoxdur. Həmçinin, anası vəfat etdikdən sonra 6 ay müddətində mirası qəbul etməklə bağlı notariat ofisinə ərizə verməmişdir. Bu isə onu deməyə əsas verir ki, o, miras əmlakı nə vəsiyyət üzrə, nə də faktiki cəhətdən qəbul etməmişdir. Ona görə də, miras əmlakla bağlı yalnız ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 30 saylı evi anası Elmira Məmmədova qardaşı Cavabdeh1 vəsiyyət etmişdi. Analarının ölümündən sonra isə Cavabdeh1 notariat ofisinə ərizə ünvanlayaraq, həmin miras əmlakı qəbul etdiyini bildirmişdir. Cavabdeh isə həmin evi faktiki idarə etmiş və hazırda da orada yaşayır. Bununla da cavabdehin həmin evdən sadəcə məcburi pay hüququ vardır. Odur ki, həmin hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş İddiaçı X3, atası X5r. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2058/2015 saylı 16.06.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmışdır. İş materiallarında olan 27.01.2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 ona məxsus ünvan 3 ünvanda yerləşən evi oğlu Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17.07.2019-cu ildə Rusiya Federasiyasının X9 Yuqra Nijnevartovsk şəhərində ölmüşdür. İş materiallarında olan notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 nümayəndəsi vasitəsi ilə 25.11.2019-cu ildə notariat kontoruna müraciət edərək, mərhum X3nın ölümündən sonra ondan miras qalmış ünvan 3 ünvanda yerləşən mənzilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Elmira Məmmədova sağlığında vəsiyyətnamə tərtib edərək, həmin əmlakı oğlu - Cavabdeh1 vəsiyyət etmişdir. Miras qoyan 17.07.2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra 4 övladı – İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qalmışdır. Miras qoyan öldükdən sonra oğlu Cavabdeh1 ondan miras qalmış əmlakı vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etmək üçün nümayəndəsi vasitəsi ilə qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. İddiaçı isə anasının sağlığında məhkəmə qətnaməsi ilə həmin evdən istifadə hüququ əldə etmiş və həmin müddətdən sonra mübahisəli evdə yaşamış, anası öldükdən sonra da anasının qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin miras əmlakı faktiki qəbul etmiş, hazırda da həmin əmlakda yaşamaqda davam edir. Miras qoyanın digər övladları Cavabdeh2 və Zəminə Mustafayevə mirası nə faktiki, nə də notariat ofisinə ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş yeganə vərəsə kimi həmin əmlakda tam mülkiyyət hüququnun qeydə alınması üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilən qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, X8 mülkiyyətində olan mübahisə predmeti olan evi sağlığında Cavabdeh1 vəsiyyət etmiş olsa belə, onun birinci növbə qanun üzrə vərəsəsi – qızı İddiaçı həmin evdə 1/8 hissədə (vəsiyyətnamə olmasaydı ona çatası ¼ hissədə payın yarısı həcmində) məcburi payı vardır. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı X3ndan miras qalmış mübahisəli evi miras açıldıqdan sonra da faktiki surətdə idarə idarə etmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Onun məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Belə olan halda, mübahisəli ev miras qoyan tərəfindən bütövlükdə Cavabdeh1 vəsiyyət edilmiş olsa belə, miras qoyanın birinci növbə qanun üzrə vərəsəsi kimi İddiaçı həmin mənzildə 1/8 hissədə məcburi payı mövcuddur. İddiaçı mübahisəli evdə tam mülkiyyət hüququnun olmasını iddia etsə də, mübahisəli ev vəsiyyətnamə üzrə Cavabdeh1 vəsiyyət edilmişdir və sonuncu qanunla müəyyən edilmiş müddət ərzində mirası vəsiyyətnamə üzrə vərəsə kimi notariat ofisinə ərizə ilə müraciət etməklə qəbul etmişdir. Odur ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən evdə 1/8 hissədə məcburi payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Gəncə şəhəri 1 saylı notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı 1/8 hissədə məcburi payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Gəncə şəhəri 1 saylı notariat ofisinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1366/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1366/2021
08.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver