Məhkəmə qərarları › İş №2(043)-1513/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1513/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1513/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vasitəsilə dövlət büdcəsi hesabına onun xeyrinə N9N50 (iyirmi doqquz min iki yüz əlli) manat maddi və N0000 (iyirmi min) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək onun 06.08.N019-cu il tarixdə işdən xaric olduğu vaxtdan hazırki iddia ilə məhkəməyə müraciət etdiyi 05.04.N0N1-ci il tarixədək olan dövrdə hər ay 949,66 manat olmaqla 18993 manat əmək haqqı, N0N0-ci və N0N1-ci illərə görə 860 manat maddi yardım ödənişi, N0N0 və N0N1-ci illərə görə hər il üçün 350 manat olmaqla 700 manat və 645 manat birdəfəlik pul müavinəti olmaqla, cəmi N1198 (iyirmi bir min bir yüz doxsan səkkiz) manat maddi və N0000 (iyirmi min) mənəvi zərərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması ki, baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmuşdur. Gəncə hərbi prokurorluğu tərəfindən 1N iyul N019-cu il tarixdə barəsində CM-in NN1.1-ci maddəsi ilə cinayət işi başlanılaraq həmin maddə ilə ona ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Hərbi Məhkəməsinin N4 dekabr N019-cu il tarixli 1-1(095)-N30/N019 saylı hökmü ilə o, təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmışdır. Belə ki, o, N016- N019-cu illərdə Daşkəsən rayon Xoşbulaq kəndində N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Ona verilmiş qanunsuz ittihamla bağlı işindən azad edilmişdir. Hərbi bileti ləkələnmişdir.N saylı hərbi hissə komandirinin N oktyabr N016cı il tarixli N99 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş bütün növ təminatlara daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N avqust N019-cu il tarixli NN3 saylı əmrinə əsasən müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Gəncə Hərbi Məhkəməsinin N4 dekabr N019-cu il tarixli 1-1(095)-N30/N019 saylı hökmü ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir.Həmin hökm ilə cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb emək hüququ izah edilmişdir. Barəsində Gəncə hərbi prokurorluğu tərəfindən verilmiş ittihamla bağlı onda narahatçılıq və sarsıntı yaratmış və bununla bağlı mənəvi iztirab keçirmişdir. Hesab edir ki, ona dəyən mənəvi zərərin meyarı N0 000 (iyirmi min) manat məbləğində müəyyən edilməlidir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi XN iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq ödənilməsi göstərilsə də konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır. Mənəvi ziyanın vurulması ilə bağlı hər hansı təsdiqedici sənədlərə istinad edilməmişdir. Eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış əmək haqqının ödənilməsi işçi və işəgötürən arasında tənzimlənməlidir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə hərbi prokuroru tərəfindən təsdiq edilmiş 10 sentyabr N019-cu il tarixli ittiham aktının surətindən görünür ki, İddiaçı CM-in NN1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.0N.N0N1-ci il tarixli, 1-1(10N)- 11/N0N1 saylı qərarının surətindən görünür ki, Gəncə Hərbi Məhkəməsinin N4 dekabr N019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə bəraət almış İddiaçı barəsində Gəncə Apellyasiya Məhkəməsinin N4 iyul N0N0-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 19.1N.N0N1-ci il tarixli, 4N10 saylı məktubundan görünür ki, sabiq hərbi qulluqçu İddiaçı aylıq əmək haqqı 949,66 (doqquz yüz qırx doqquz) manat 66 qəpik, maddi yardım ödənişi 430,00 (dörd yüz otuz) manat N019-cu ilin mart ayında ödənilib. Məzuniyyətə çıxarkən ödənilən pul müavinəti 350,00 (üç yüz əlli) manat N019-cu ilin iyun ayında ödənilib. Müdafiə Nazirinin NN nömrəli qərarına əsəsən müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdənçıxma müavinəti və 4 ildən artıq xidmətin hər bir tam ili üçün vəzifə və rütbə maaşının ,N misli lakin vəzifə və rütbə maaşının N mislindən cox olmayaraq ödənilir. Müdafiə Nazirinin NN nömrəli qərarını əsas götürərək sabiq hərbi qulluqçu İddiaçı 5 il 1 ay xidmətə görə rütbə və vəzifə maaşının 1,N misli miqdarında (516,00 manat) çıxış müavinət ödənilmişdir. İddiaçı N0.10.N019-cu il tarixdə ehtiyyata buraxılsa belə 5 il 3 ay 18 gün xidmətə görə ona ödəniləcək çıxış müavinəti rütbə və vəzifə maaşının 1,N misli miqdarında olacaqdır (516,00 manat). Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 191 nömrəli hərbi hissəsininin tank əleyhinə bölümünün 3-cü tank əleyhinə pulemyot manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində əsgər hərbi rütbəstndə xidmət etmiş, Gəncə hərbi prokurorluluğu tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə cinayət işi başlanaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. Gəncə Hərbi Məhkəməsinin N4 dekabr N019-cu il tarixli 1-1(095)-N30/N019 nömrəli hökmü ilə İddiaçı CM-in NN1.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetmədiyindən bəraət verilmişdir. İddiaçı iddia edir ki, keçən müddət ərzində əmək haqqından və başqa maddi təminatlardan məhrum olmuş və qanunsuz ittiham olunduğu üçün mənəvi iztirablar keçirmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış əmək mübahisəsi işçi və işəgötürən arasında tənzimlənməli olduğunu əsas gətirərək iddia tələbinə qarşı etiraz etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında təqdqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin maddi ziyanın tutulması hissəsinə qiymət vərərək gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. CPM-in 57.1-cı maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. CPM-in 58.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, müdafiəçiyə ödənilmiş pul məbləği, hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsə cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 5-ci maddəsində göstərilir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir və bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Qeyd olunan Qanunun 7-ci maddəsində göstərilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsaən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı 1N iyul N019-cu il tarixdə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, N4 iyul N0N0-ci ildə həmin maddə ilə ona bəraət verilmişdir. Belə olan halda maddi ziyana görə iddia tələbi tam təmin olunmalıdır. Mənəvi ziyan tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən yəni 5000 manat məbləğində təmin olunmalıdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr N008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı presedentləri baxımından görünür ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı keçirdiyi mənəvi sarsıntı nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.Nci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in N17.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in N17.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb eilməsi ilə əlaqədar İddiaçı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maddi ziyana görə N1198 (iyirmi bir min bir yüz doxsan səkkiz) manat, mənəvi ziyana görə 5000 (beş min) manat pul ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N16-NN0, NN7, N33 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb eilməsi ilə əlaqədar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maddi ziyana görə N1198 (iyirmi bir min bir yüz doxsan səkkiz) manat, mənəvi ziyana görə 5000 (beş min) manat və iddia ərizəsi verilərkən ödənilmiş dölət rüsumunun əvəzi olaraq 30(otuz) manat pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar