Məhkəmə qərarları › İş №2(043)-1538/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1538/2021

08.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1538/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan əşyaların Gəncə şəhəri Avtozavod ərazisi Cavadxan qəsəbəsi məhəllə 37, küçə 1də yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Avtozavod ərazisində Cavadxan qəsəbəsi məhəllə 37 küçə 1-də yerləşən ev onun anasının Göygöl rayonu Sarı su kəndində yerləşən evin və ona məxsus torpaq sahəsinin satılmasından əldə olan vəsaitlə alınmışdır. Cavabdeh 2009 -cu ildə oğlu Mustafayev Elşadla öz aralarında razılaşaraq ona qoşulub gəlmiş ve qeyri rəsmi faktiki nikah münasibətlərində yaşamışlar. Az müddət anasının evində yaşadıqdan sonra cavabdeh oğlu ilə birlikdə Ukraynaya getmiş, orada bir il yaşayıb qayıtmışlar və 2011-ci ildən 2018-ci ilin aprel ayına kimi Gəncə şəhərində kirayədə yaşamışlar, bu müddət ərzində onların 3 uşaqları anadan olmuşdur. 2018-ci ilin aprel ayının sonunda o anası və ailəsi ilə aldığı evə köçmüşlər və kirayədə yaşayan oğlunu da müvvəqəti olaraq özlərinə ev alana kimi orada yaşamağa dəvət etmişlər. Evə köçdükdə cavabdeh özləri üçün əmlak gətirmişdir (ev əşyaları). Bir ay sonra oğlu Elşad qəflətən 11 iyun 2018-ci ildə vəfat etmişdir. Həmin vaxtdan hal-hazıra kimi o ailəsi ilə dözülməz vəziyətə düşmüşdür. Belə ki, Cavabdeh onlarla dalaşıb, dincliklərini pozduğundan, evdən qovduğundan qoca anasını aparıb qardaşının evinə qoymağa, özü isə yoldaşı ilə qohumların evində yaşamağa məcbur olmuşdur. Evdə yaşaya-yaşaya o, məhkəmədə evə köçürülmə barədə iddia qaldırmışdır. Məhkəmənin qətnaməsinə əsasən onun iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh hazırda həmin evdə yaşamır, lakin əşyalarını evdən çıxarmadığından evə daxil ola bilmirlər. Onun şər böhtanından ehtiyatlanırlar. Cavabdeh ona məxsus olan evi zəbt etmiş, yəni hazırda evdə yaşamasa da əmlakını evdən çıxarmamaqla ona evinə köçüb yaşamağa imkan vermir. Cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin faktiki yaşadığı yer məlum olmadığından, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 723/3 nömrəli 29.05.2008-ci il tarixli Arxiv arayışının surətindən görünür ki, “Farforist” bağçılıq yoldaşlığına əlavə torpaq sahəsinin ayrılması haqqında Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 14.04.1993-cü il tarixli 46 nömrəli sərəncamı ilə Avtozavod yolu ərazisində yerləşən 7,1 ha yararsız – dərə və çuxur olan torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26.05.2021-ci il tarixli № 29 nömrəli məktubundan görünür ki, Alışanova X3 şəhəri, Kəpəz rayonu Cavadxan qəsəbəsində yaşamır. Onun harada yaşaması barədə məlumatları yoxdur. İş materiallarında əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 235/2019 saylı 15.02.2019-cu tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh qızının İddiaçı və X1 qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod ərazisi, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası mübahisəli evin hüquq müəyyənedici sənədlərinin olmaması və hətta olsaydı belə Cavabdeh mübahisəli evin alınmasında, tikintisində və ya təmirində iştirak etmədiyi, beləliklə də onun həmin evə dair hər hansı hüququnun yaranmaması müəyyən edildiyindən təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2225/2019 saylı 03.06.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-235/2019 saylı 15.02.2019-cu tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və həmin qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qızına qarşı fərdi yaşayış evindən əşyaların çıxarılması tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-235/2019 saylı 15.02.2019-cu tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ev İddiaçı məxsus yarımçıq tikilinin və onun anasına məxsus evin satılması hesabına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun vəsaiti hesabına alınan və qanuni istifadəsində olan fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod ərazisi Cavadxan qəsəbəsində məhəllə 37, küçə 1-də yerləşən fərdi yaşayış evi iddiaçının və onun anasının vəsaiti hesabına alınmışdır. Cavabdeh isə iddiaçının oğlu ilə 2009cu il tarixdə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş və bir müddət gəlin kimi sözügedən evə köçərək birlikdə yaşamışlar. İddiaçının oğlu 11.06.2018-ci il tarixdə ölmüş, bundan sonra cavabdeh ilə iddiaçı və ailəsi arasında münasibətlər gərginləşdiyindən iddiaçı ailəsi ilə birlikdə həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. Cavabdeh sözügedən evə köçürülmə tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Daha sonra cavabdeh də həmin evdən çıxıb getmişdir. Lakin, cavabdeh iddiaçının istifadəsində olan evi tərk etsə də, ona məxsus olan əşyalar həmin evdə qalmışdır. İddiaçı həmin əşyaların onun istifadəsində olan evdə qalmasını əmlakına sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus əşyaların iddiaçının istifadəsində olan evdən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh qızının Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod ərazisi Cavadxan qəsəbəsində məhəllə 37, küçə 1-də yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-235/2019 saylı 15.02.2019-cu tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şəxslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod ərazisi Cavadxan qəsəbəsində məhəllə 37, küçə 1-də yerləşən fərdi yaşayış evində cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı həmin evdən istifadə hüququnu həyata keçirə bilmir. Odur ki, iddiaçı istifadəsində olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod ərazisi, Cavadxan qəsəbəsi məhəllə 37, küçə 1-də yerləşən fərdi yaşayış evində hər hansı bir hüququ mövcud olmayan cavabdehə məxsus əşyaların həmin evdə qalması iddiaçının hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehə məxsus əşyalar fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qızına məxsus əşyalar Gəncə şəhəri Kəpəz rayonu, Avtozavod ərazisi, Cavadxan qəsəbəsi məhəllə 37, küçə 1-də yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar