Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1590/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «törədilmiş cinayət işi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı «törədilmiş cinayət işi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən törədilmiş cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsini, yəni maddi zərərə görə 16500 (on altı min beş yüz) manat, mənəvi ziyana görə 50000 (əlli min) manat, cəmi 66500 (altmış altı min beş yüz) manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə Hərbi Məhkəməsinin 26.08.2019-cu il tarixli 1-1(095)-113/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.1 və 333.3-cü maddələri ilə təqsirli bilinib ona təqsirli bilindiyi CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, CM-nin 333.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2020-ci il tarixli Qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin 26.08.2019-cu il tarixli 1-1(095)-113/2019 saylı hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası artırılmış və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilməsi hökm edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 191 saylı Hərbi Hissənin tank əleyhinə bölüyünün birinci tağım tank əleyhinə tağımın tank əleyhinə idarə olunan raketlər manqasında baş operator vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətdə olarkən Cavabdeh ona 20000 manata "Toyota Prado" markalı avtomobil olması barədə məlumat verərək ona həmin avtomobili almağını təklif etmiş və özünün bu işi həll edəcəyini vəd etmişdir. Aralarında olan razılaşmaya əsasən o 11 mart 2018-ci il tarixdə 14000 min manat, 18.03.2018-ci il tarixdə 6000 manat olmaqla, ümumilikdə 20000 manat pulu Cavabdeh vermişdir. Lakin, Cavabdeh vəd verdiyi avtomobilin alınmasını təmin etməmiş, bununla da, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə əmlakını ələ keçirib ona qarşı dələduzluq etmişdir. Məhkəmə ərəfəsində cavabdeh 3500 manat ona qaytarmışdır. Cavabdeh ona qarşı törətdiyi dələduzluq əməli nəticəsində onun 16 500 (on altı min beş yüz) manat məbləğində pulunu mənimsəmişdir. Bütün bu cinayət nəticəsində istintaq orqanına, məhkəmələrə get-gəllərdən, öz avtomobilindən məhrum olmağından, eyni zamanda pulu əlindən çıxdığı üçün hazırkı vaxta qədər avtomobilsiz qalıb əziyyət çəkməyindən, həm maddi və həm də emosional əzab çəkmiş, nəticədə ona maddi və mənəvi zərər dəymişdir. Təqsirləndirilən şəxsin ona vurduğu mənəvi zərərə görə ondan 50 000 (əlli min) manat pul alınaraq ona verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (atası) X2 ifadə verərək bildirdi ki, mülki iş üzrə cavabdeh Sədi onun oğludur. Sədi ilə iddiaçı arasında avtomobil alınıbsatılması ilə bağlı razılaşma olmuşdur. Sədi iddiaçıdan aldığı pula görə, iddiaçıya avtomobilin alınması ilə bağlı 6500 manat ilkin ödəniş etmiş, sonra iki ay hər ay 750 manat təşkil edən aylıq ödənişi yəni 1500 manat ödəmiş, sonra isə Gəncə Hərbi Məhkəməsində işə baxılarkən isə iddiaçıya 3500 manat pul vermişlər. Ümumilikdə 11500 manat pul vermişlər və İddiaçı 8500 manat pul məbləğində borcları qalmışdır. İddiaçı yalandan oğlu Sədir ilə 30000 manat borca dair müqavilə bağlamış, əslində bu məbləğdə oğlu Sədi iddiaçıdan borc almamışdı. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı və vəkilinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 1-1(104)-06/2020 saylı hökmündən görünür ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyünün 1-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasında baş operator vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətdə olarkən tanışı və eyni hərbi hissədə xidmət etdiyi İddiaçı 20.000 manata «Toyota Prado» markalı avtomaşın olması barədə məlumat verərək sonuncuyu həmin avtomaşını almasını təklif etmiş və özünün bu işi həll edəcəyini vəd vermişdir. Aralarında olan razılaşmaya əsasən İddiaçı 11 mart 2018-ci il tarixdə 14.000 manat, 18 mart 2018-ci il tarixdə isə 6000 manat olmaqla ümumilikdə 20.000 (iyirmi min) manat pulu Cavabdeh vermişdir. Lakin Cavabdeh vəd verdiyi avtomaşın markasının alınmasını təmin etməmiş, bunun əvəzində İddiaçı avtomaşın salonundan yeni avtomaşın alınmasını təklif etmiş, sonuncu isə bununla razılaşmışdır. Bu razılaşmadan sonra Cavabdeh 26 mart 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən avtosalondan 6500 manat pul ilkin ödəniş etdikdən sonra İddiaçı adma rəsmişləşdirilməklə lizinq yolu ilə ümumi dəyəri 35.000 manat olan GAC GS 4 markalı avtomaşın alınmasını təşkil etmiş, eyni zamanda 750 manat təşkil edən aylıq ödənişi özünün ödəyəcəyi barədə İddiaçı vəd vermişdir. Lakin iki ay ödəniş etdikdən sonra ödənişi dayandıraraq bundan sonra İddiaçı xeyrinə heç bir hərəkət etməyərək təkrarən, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Həmçinin zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində məhkəmə baxışı zamanı Cavabdeh ona dəymiş ziyandan 3500 manat ödəməsini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, Cavabdeh İddiaçı 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini, Cavabdeh iddiaçıya avtomobilin alınması ilə bağlı 6500 manat ilkin ödəniş etməsini, sonra iki ay hər ay 750 manat təşkil edən aylıq ödənişi yəni 1500 manat ödəməsini, sonra isə Gəncə Hərbi Məhkəməsində işə baxılarkən isə iddiaçıya 3500 manat pulun verilməsi Gəncə Hərbi Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 1-1(104)-06/2020 saylı hökmü ilə müəyyən edilmişdir. Bununla da Cavabdeh İddiaçı 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi nəticəsində vurulmuş maddi ziyanın 11500 manat hissəsini iddiaçıya ödəmiş, 8500 manat hissəsi isə hal-hazıradək ödənilməmişdir. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır, maddi zərərə görə 8500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Digər tərəfdən, cavabdeh iddiaçıya yönəlmiş dələduzluq nəticəsində pulunu alaraq uzun müddət qaytarmaması, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi nəticəsində iddiaçının uzun müddət öz pul vəsaitindən məhrum olması və məhkəmə çəkişmələrinə gəlb edilməsi iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə səbəb olmuş və iddiaçıya mənəvi zərər yetirmişdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırki halda, cavabdeh tərəfindən iddiaçının öz avtomobilindən və pul vəsaitindən məhrum etdiyi üçün emosional əzab çəkməsi nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi mübahisəsizdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsin əmlakına dəymiş zərərlə yanaşı onun şəxsiyyətinə vurulmuş zərərin də (mənəvi zərərin) əvəzinin tələb edilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya qarşı etdiyi əməlin ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul tutulması məqsədə müvafiqdir. İddia tələbi isə digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərər görə 8500 (səkkiz min beş yüz) manat, mənəvi zərər olaraq 300 (üç yüz) manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 8830 (səkkiz min səkkiz yüz otuz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1590/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1590/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver