Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-166/2020 16.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, iddia tələbi barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs direktoru x1 və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi x3 iştirakları ilə, İddiaçı Cavabdeh və «maraqlı şəxs» Maraqlı şəxs direktoru x5 qarşı «uşaq tələbinə» dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh və iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (maraqlı şəxs) Maraqlı şəxs direktoru x4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvəqqəti saxlamaq üçün Maraqlı şəxsnə verilmiş, 09 iyul 2008-ci ildə anadan olmuş oğlu x2 uşaq evindən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilərkən müəyyən olundu ki, Cavabdeh Samux rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata qəbul olunduğundan mülki iş aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslər işin aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməsinə etirazları olmadığını bildirdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1.-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Smux Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.2, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh və «maraqlı şəxs» Maraqlı şəxs direktoru x5 qarşı «uşaq tələbinə» dair 2(043)-166/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-166/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-166/2020
16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver