Məhkəmə qərarları › İş №2(043)-1823/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1823/2021

06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1823/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “müəssisə üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə fabriki “Göy-Göl” icarə müəssisəsi, hazırki Sevinc sadlıq sarayının üzərində onun 95,72 faiz payı, Cavabdeh 4,28 faiz payı müəyyən edilməsi, əvvəlki qaydada bölünmüş artıq pay Cavabdeh qanusuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə fabriki “Göy-Göl” icarə müəssisəsi 1998-ci ildə özəlləşdirilmişdir. Özəlləşdirməyə dair cavabdeh tərəfindən heç bir çek ödənişi edilməmişdir. 1998 - ci ildə keçirilən 68 saylı Auksionda, 11 iyul 1998 - ci il tarixli 04 saylı Auksion Protokoluna əsasən obyekt 42 116 000 (qırx iki milyon bir yüz onaltı min) manata, o, İddiaçı tərəfindən auksionun qalibi olaraq udmuşdur. 25 iyul 1998 - ci il tarixli Girov müqaviləsi və 18 avqust 1998 - ci il tarixdə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında 12.111 saylı (obyektin) alqı-satqı müqaviləsi bağlanmaqla əmlakın 70 % - hissəsi dövlətə, qalan 30 % hissəsi isə kollektivin payçıları arasında bölüşdürülmüşdür. Əmlak bölgüsü alınmadığından Kollektivin 30 % payçılarından biri olan Cavabdeh qızma düşməli pay 4.28 % olduğu halda, yəni 4.28:3 = 1.42 % pay düşməli olduğu halda cavabdeh qanunsuz olaraq özəlləşdirilmiş əmlak üzərində payını onunla bərabər saymaqla əmlak dəyəri üzərində payını 14.3 faiz hesab edərək istifadə etmişdir. Əgər iş üzrə ekspertiza keçirilərsə və işlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərilərsə Azərbaycan Respublikası İqtisadi İnkşaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 26 oktyabr 2005-ci il tarixli 006230 qeydiyyat nömrəli şəhadətnamədə onun payı 95.72 faiz Cavabdeh isə payının 4.28 faiz olması öz təsdiqini tapacaqdır. Hesab edir ki, mülkiyyət hüququ qorunmalı, cavabdehin qanunsuz sahibliyində qalmış payı geri alınmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 3espublikası Konstitusiyasının 62ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən mübahisə predmeti olan daşınmaz əmlak Gəncə şəhəri Kəpəz rayonu ərazisində olsa da, mövcud iddia tələbinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində baxıla bilməz. Belə ki, müstəsna aidiyyət adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, ümumi ərazi aidiyyəti qaydalarından fərqli olaraq, qanunvericilik bir sıra iddia tələblərinə məhz tikintinin, qurğunun, torpaq sahəsinin, bir sözlə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmasını imperativ qaydada müəyyən etmişdir. Həmin iddia tələbləri isə MPM-nin 39.1-ci maddəsində sadalanmışdır. Göstərilən maddəyə əsasən, mülkiyyətçi tərəfindən daşınmaz əmlakla bağlı istənilən iddia tələbinə deyil, yalnız daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın naturada başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), eləcə də mülkiyyət hüququndan məhrum etmədən daşınmaz əmlaka sahiblik və istifadə hüququna qanunsuz müdaxilə olduğu halda, həmin pozuntuların aradan qaldırılması haqqında iddialara (neqator iddia) məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxıla bilər. Hazirki iddia tələbi isə daşınmaz əmlak üzərində deyil, hüquqi şəxs kimi müəssisənin nizamnamə kapitalında olan payların müəyyən edilməsi ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yer üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsində baxıla bilər. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “müəssisə üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar