Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1827/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X17 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı (bundan sonra «Rent-A Car 048” MMC) cavabdeh Məmmədov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu ziyana görə 15670 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Solaris” markalı, 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən 04.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixədək günü 50 manat müəyyən edilməklə cavabdeh Məmmədov Cavabdeh icarəyə verilmişdir. Bu barədə 04.02.2021-ci il tarixində icarəyə götürənlə avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. 06.02.2021-ci il tarixində cavabdeh Məmmədov Cavabdeh icarəyə götürdüyü “Hyundai Solaris” markalı 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə getmiş, Gəncə şəhərində olarkən həmi avtomobili tanışı X8 idarə etmək üçün vermiş, Tural Turabov idarə etdiyi avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında dayanmış sürücü X2 məxsus VAZ 2106 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə, bundan sonra yolun sağ kənarında dayanmış sürücü X4 məxsus VAZ 21074 markalı 10-KP- 705 dövlət qeydiyyat nişanlı avtomobilə və yolun sağ kənarında dayanmış X1 məxsus 2 ədəd mopedə çırpmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 12 aprel 2021- ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru Amil Abbasovun qərarı ilə X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8- ci maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən İddiaçı MMC -ə 15670 manat məbləğində maddi ziyan vurulmuşdur. Mübahisəsiz qaydada müəyyən olunur ki, Məmmədov Cavabdeh “Hyundai Solaris” markalı 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC tərəfindən verilmiş 04.02.2021-ci il tarixli yol vərəqəsi əsasında idarə etmişdir. Məmmədov Cavabdehlik daşıdından vurulmuş ziyan da onun tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iddiaçı «Rent- A Car 048” MMC-nin nümayəndəsi (vəkili) X10 iddianı müdafiə edərək bildirdi ki, “Hyundai Solaris” markalı 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 həmin avtomobili «Rent- A Car 048” MMC-yə əvəzsiz olaraq istifadə etmək üçün vermişdir. Eləcə də həmin avtomobilin başqa şəxslərə icarəyə verilməsinə etiraz etməmişdir. Cavabdeh icarə müqaviləsinə əsasən götürdüyü avtomobili aldığı vəziyyətdə qaytarmaq öhdəliyi daşımışdır. Lakin, cavabdehin təqsiri üzündən avtomobilə maddi ziyan dəymiş və həmin ziyan iddiaçı tərəfindən aradan qaldırılmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh Məmmədov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, “Hyundai Solaris” markalı 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-dən taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. Götürdüyü avtomobili dostu X11 idarə edərkən qəza törətmiş, avtomobilə maddi ziyan dəymişdir. O, iddianı qismən qəbul edir, çünki, özü də ustalarla maraqlanmış və avtomobilə çəkiləcək xərcin 4-5 min manat olacağını öyrənmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AE seriyalı № 126933 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Solaris” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. ƏN-İ seriyalı, 834234 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X9 “Hyundai Solaris” markalı 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi «Rent- A Car 048” MMC-yə 30 iyun 2021-ci il tarixədək etibar etmişdir. Etibarnamə ilə həmin səlahiyyətin başqa şəxsə verilməsinə icazə verilmişdir. Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, «Rent- A Car 048” MMC “Hyundai Solaris” markalı, 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobil Məmmədov Cavabdeh 04 fevral 2021-ci il tarixdən icarəyə verilmişdir. Məmmədov Cavabdeh bir gün üçün 50 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən icarədar avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə İcarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müqavilənin 2.2.3-cü bəndinə əsasən nəqliyyat vasitəsi üçüncü şəxs tərəfindən idarə olunacaqsa icarədar dərhal bu barədə icarəyə verənə məlumat verməli və yol vərəqəsi almalıdır. «Rent- A Car 048” MMC-nin 0044 nömrəli yol vərəqəsindən görünür ki, 04 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək Məmmədov Cavabdeh “Hyundai Solaris” markalı, 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, 06.02.2021-ci il tarixdə saat 15 radələrində sürücü Məmmədov Cavabdeh Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı MMC-dən icarəyə götürdüyü “Hyundai Solaris” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində olarkən həmin avtomobili tanışı X8 idarə etmək üçün vermiş, Tural Turabov idarə etdiyi avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Dəyirman” dairəsi istiqamətdə hərəkətdə olarkən idarə etməni itirərək yolun sağ kənarında dayanmış sürücü X2 məxsus VAZ 2106 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə, bundan sonra yolun sağ kənarında dayanmış sürücü - X7 məxsus VAZ 21074 markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə və yolun sağ kənarında dayanmış X1 məxsus 2 ədəd mopedə çırpılmışdır. X5 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuş, X5 barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün material Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. “Gəncə Avtomotoservis və ticarət müəssisəsi”ndən verilmiş 03 aprel 2021-ci il tarixli 0090 nömrəli qüsur aktından görünür ki, “Hyundai Solaris” markalı 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobilə 15670 manat dəyərində maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli, 9/4647 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Gəncə Avtomotoservis və ticarət müəssisəsi”nin 03.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Solaris” markalı, 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 11169 manat müəyyən edilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC X6 məxsus olan Hyundai Solaris markalı 90-ZE- 882 dövlət qeydiyyat nişanlı avtomobili əvəzsiz istifadə müqaviləsinə əsasən istifadə etmişdir. Eyni zamanda mülkiyyətçi həmin avtomobili idarə etmək səlahiyyətinin başqa şəxsə verilməsinə də razılıq vermişdir. İddiaçı ilə cavabdeh arasında avtomobilin icarəsinə dair müqavilə bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərinə zidd olaraq icarəyə verənə məlumat vermədən nəqliyyat vasitəsini idarə etməsi üçün başqa şəxsə vermiş, həmin şəxs isə qəza törədərək nəqliyyat vasitəsinə ziyan vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 683.3-cü maddəsinə əsasən istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Göründüyü kimi cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq iddiaçıdan icarəyə götürdüyü avtomobili üçüncü şəxsə vermiş, həmin şəxsin təqsiri üzündən avtomobilə maddi ziyan dəymişdir. İddiaçı həmin avtomobili mülkiyyətçisinə aldığı vəziyyətdə qaytarmaq öhdəliyi daşıdığı üçün avtomobilin təmirinə və bərpasına çəkilmiş xərclər onun tərəfindən ödənilmişdir. Lakin həmin zərər cavabdehin müqavilə öhdəliklərini pozması üzündən baş verdiyindən, eyni zamanda icarə müqaviləsinin 2.2.2-ci bəndinə və Mülki Məcəllənin 682 və 683.3-cü maddələrinə uyğun olaraq avtomobilə dəymiş ziyana görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdehdən vurulmuş real zərərin əvəzini tələb etmişdir. İddiaçı tərəfindən həmin zərərin miqdarının müəyyən edilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş qüsur aktı təqdim edilmiş, cavabdeh həmin aktda göstərilən zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert isə zərərin miqdarını 11169 manat müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş ziyana görə 11169 (on bir min yüz altmış doqquz) manat məbləğində pul cavabdeh Məmmədov Cavabdeh alınaraq İddiaçı MMCnin xeyrinə verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə, 100 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün cavabdeh Məmmədov Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Məmmədov Cavabdeh vurulmuş ziyana görə 11169 (on bir min yüz altmış doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Məmmədov Cavabdeh oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1827/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1827/2021
28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver