Məhkəmə qərarları › İş №2(043)-187/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-187/2021

01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-187/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, cavabdeh Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh hüquqi varisləri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti mərhum Cavabdeh vərəsələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2557,93 (iki min beş yüz əlli yeddi manat 93 qəpik) manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə nümayəndəsi X1 məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********53 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli 682 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh vəfat etdiyi tarixə banka ödənilməmiş 2557.93 manat əsas borcu qalmışdır. Cavabdeh Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 mərhum Cavabdeh qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında Cavabdeh hüquqi varisi Qanuni nümayəndə1 izahatında göstərdi ki, əri Cavabdeh ölməmişdən qababİddiaçından kredit götürmüş lakin həmin pulu hansı məqsədlər üçün xərcləməsindən məlumatı olmamışdır. Özü xadiməçilik edərək dündə 5 manat qazanır. Qeyd olunan məbləği ödəməyə maddi imkanı çatmır. Ərinin digər vərəsəsi Əşrəf onun oğludur.Əşrəfin 10 yaşı var və o, borcu ödəmək qabiliyyətində deyil. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- BPM**********53 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı ASC-in Gəncə filialı ilə mərhum Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi üçün 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2600 manat məbləğində kredit verilmişdir; 715 nömrəli maliyyə arayışından görünür ki, BPM**********53 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2557,93 (iki min beş yüz əlli yeddi manat 93 qəpik) manat borc vardır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, mərhum Cavabdeh İddiaçı” ASC-in Gəncə filialının xəzinədarlığından 2600 manat pulu qəbul etmişdir. AZ-İİ 006234 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ölmüşdür. Gəncə «Asan xidmət» mərkəzi notariat ofisinin xx.xx.2020-ci il tarixli 682 nömrəli məktubundan görünür ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh hüquqi varisləri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 borcu ödəmələri barədə xəbərdarlıq edilmişdir. AZE 12844825 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə2 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-nin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, 2557,93 (iki min beş yüz əlli yeddi manat 93 qəpik) manat məbləğində kredit borcu cavabdeh Qanuni nümayəndə1 tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməlidir. İddia tələbinin Qanuni nümayəndə2 münasibətdə məhkəmə hesab edir ki, o, məhdud fəaliyyət qabiliyyətli olduğundan iddia tələbi ona münasibətdə əsassız olduğundan təmin olunmamlıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qanuni nümayəndə1 2557,93 (iki min beş yüz əlli yeddi manat 93 qəpik) manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. İddia tələbi Qanuni nümayəndə2 münasibətdə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar