Məhkəmə qərarları › İş №2(043)-19/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-19/2021

05.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-19/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu Dəmir yol xəstəxanasının cənub hissəsində yerləşən maye-qaz doldurma məntəqəsində olan bütün avadanlıqlar, o cümlədən maye-qaz doldurmaq üçün nəzərdə tutulmuş bütün cihazlar – yüksək təzyiqli tutum 3 ədəd çən, yanğın əleyhinə 1 ədəd çən, yanğın əleyhinə digər alətlər lövhəsi, 2 ədəd kompressor resiverlə birgə, 1 ədəd qaz paylayıci kolonka, sayğac 3 ədəd, yüksək təzyiqli borular və onlarin ventilləri, elektrik lövhəsi tərkibində elektrik sayğacı, elektrik avtomatları Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, ünvan 1 iş Gəncə Kommersiya Məhkəməsinin hakimi Rəşad Məmmədovun icraatında olan kommersiya işi ilə bir icraatda baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd etmişdir ki, Sizin icraatınızda oian iş üzrə Cavabdeh İddiaçı qarşı eyni predmet (yanacaq doldurma məntəqəsi) üzrə pul tələbinə dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinin icraatında mülki iş olmuş və həmin mülki iş üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-819/2021 saylı, 10.03.2021-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Nəzərinizə çatdırıram ki, Cavabdeh pul tələbinə dair iddiası icraatda olan mülki iş üzrə istinad edilən yanacaq doldurma məntəqəsi ilə əlaqədardır. Hazırda həmin iş 2-2-(115)-411/2021 saylı kommersiya işi kimi Gəncə Kommersiya Məhkəməsinin hakimi Rəşad Məmmədovun icraatındadır. İş üzrə növbəti məhkəmə iclası 20.05.2021-ci il tarixə təyin edilmiş və işlərin bir icraatda birləşdirilməsinə dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə də müraciət olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.03.2021-cu il tarixli, 2(044)-819/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(044)-819/2021 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31.05.2021-cu il tarixli, 2(044)-476/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(043)-476/2021 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər heç bir üzrlü səbəb təqdim etmədən, məhkəmə iclasında iştirak etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqları müəyyən olunmuşdur. Belə ki, işin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemində vergi məlumatları barədə çıxarışdan görünür ki, İddiaçı adına ********** nömrəli VÖEN, həmçinin Cavabdeh adına ********** nömrəli VÖEN vardır. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdeh vergi ödəyicisi olan fiziki şəxs olduqlarından və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə mülki işə kommersiya məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar