Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1950/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı «atalığın müəyyən edilməsi və aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 sentyabr 2010-cu tarixdə anadan olmuş Minayə Mayılovanın atası olmasının müəyyən olunması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 11 noyabr 2009-cu il tarixdə faktiki olaraq ailə qurmuşlar və ailə qurduqdan sonra cavabdehin ata evinə, yəni Tovuz rayonu, Dondarquşcu kəndinə gəlin köçmüşdür. Onunla birgə faktiki münasibətlərindən 21 sentyabr 2010-cu ildə Minayə adlı qızları anadan olmuşdur. Hazırda uşaq onun himayəsindədir. Onlar ailə qurduqdan sonra kənddə cavabdehin anası onu yola verməmiş, ailəyə daim nifaq salmağa, onu hamilə vəziyyətdə oğluna döydürmüşdür, nəhayət o, məcbur olub Gəncə şəhərinə ata evinə qayıtmışdır. Bundan sonra cavabdeh onu yenidən aparmış, yenə də onun anası yola verməmişdir. Cavabdeh qəlib Gəncədə onunla birlikdə iddiaçının ata evində yaşamışdır. Bir müddət mehriban olduqdan sonra, yenədə anası oğlunu çağırtırıb, öyrədib, ondan ayırmağa nail olmuşdur. Uşaq doğulandan xeyli sonra cavabdeh onların yanına getmiş, barışmaq təklif etmişdir, lakin o, razılaşmamışdır. Qızının 10 yaşı var, atasının üzünü onunla körpə vaxtında çəkdirdiyi şəkildə görüb. Cavabdeh ilə faktiki nikahlarından anadan olmuş övladına doğum haqqında şəhadətnamə alınsa da həmin şəhadətnamədə qeyd olunmuş məlumatlar onun tərəfindən bildirilmişdir. Belə ki, cavabdehlə ailə həyatları çox sürmədiyindən, o, uşağını ondan alacağı ilə onu hədələdiyindən o, doğum şəhadətnaməsində ata qrafasında X6 yazdırmışdır. Qızının 10 yaşı artıq tamam olub, bu müddətdə cavabdeh qızı ilə maraqlanmamış, ona maddi və mənəvi kömək etməmişdir. O yaşadığı kənddə təsərrüfatla məşğuldur və fəhləlik edir. Uşaq məktəbdə oxuyur, o isə 2-ci qrup əlildir, dolanışıqları yalnız pensiyadandır. Uşağın tələbatlarını ödəməyə imkanı çatmır. Cavabdeh övladının saxlanmasına biganə yanaşdığından, o, tək ana olaraq uşağın saxlanmasında maddi çətinlik çəkdiyindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, İddiaçı ilə 11.11.2009-cu ildə faktiki ailə münasibətlərinə daxil olmuş və bir-iki ay birlikdə yaşamışlar. 21.09.2010-cu il təvəllüdlü Minayə adlı uşaq onların birgə yaşayışlarından doğulması şübhəlidir. O, həmin uşağın atası olmasından əmin deyil. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZ-İİ № 470695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21.09.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14.10.2010-cu il tarixdə 1553 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə uşağın atası kimi “X6”, anası kimi “İddiaçı” yazılmışdır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının və babasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. İddiaçı uşağın atasının və babasının adının fərqli şəkildə yazılmasını cavabdehin uşağını ondan alacağı ilə hədələməsi ilə izah etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; ekspertiza rəyləri, kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Məhkəmə qeyd edir ki, tərəflərin birgə yaşaması özlərinin izahatları ilə yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təsdiq olunur. Həmin fotoşəkillərdən tərəflərin toy şənliyinin keçirildiyi görünür. Şəkillərdən birini isə cavabdeh azyaşlı Minayə ilə birlikdə çəkdirmişdir. Cavabdeh iddianı qəbul etməyindən və tərəflər arasında atalığın müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan, məhkəmə mülki işin materiallarını işin obyektiv və hərtərəfli araşdırılması üçün xüsusi bilik tələb edən sualın cavablandırılması məqsədilə məhkəmə tibbibioloji ekspertizasına göndərmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 11.10.2021-ci il tarixli, 697/2021- MTBŞ nömrəli rəyindən görünür ki, qohumluq əlaqələrinin təyini ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir ki, Cavabdeh qrup göstəriciləri: A-beta, beta /İİ/, Rezus- D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini «ifraz etməyənlər» kateqoriyasına aiddir. İddiaçı qrup göstəriciləri: O –alfa, beta /İ/, Rezus-D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini «ifraz edənlər» kateqoriyasına aiddir. Uşaq- X3 qrup göstəriciləri O-alfa,beta/İ/, Rezus D/+/. Ağız suyunun tədqiqinə görə qrup antigenini «ifraz edənlər» kateqoriyasına aiddir. Beləliklə, yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası İddiaçı olan X5 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, tərəflər 11.11.2009-cu il qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların toy şənliyi keçirilmişdir. Tərəflər faktiki nikaha daxil olduqdan sonra bir müddət bir yerdə yaşamışlar. İddiaçı təxminən 6 ay müddətində birlikdə yaşadıqlarını, cavabdeh isə təxminən 2 ay müddətində birlikdə yaşadıqlarını bildirmişdir. İddiaçı tərəfindən 21.09.2010-cu il tarixdə qız uşağı doğulmuşdur. Həmin uşağa doğum haqqında şəhadətnamə verilərkən uşaq aralarında rəsmi nikah olmayan şəxslərdən olduğundan uşağa anasının soyadı verilmiş, uşağın atasının və babasının adı ananın göstərişi ilə yazılmışdır. İş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının rəyinə əsasən Cavabdeh 21.09.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuş Minayə adlı uşağın atası olması istisna edilməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə cəmi bir-iki ay müddətində birlikdə yaşadıqlarını, bu səbəbdən Minayənin atasının özünün olmasının şübhəli olduğunu və bundan əmin olmadığını bildirmişdir. Məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edir. Belə ki, tərəflərin 11.11.2009-cu il tarixdən etibardən birlikdə yaşamaları, azyaşlı Minayənin 21.09.2010-cu il tarixdə doğulması və uşağın biolojik olaraq ana bətninə düşdükdən sonra təxminən 9-10 ay müddətində doğulması nəzərə alındıqda (Ailə Məcəlləsinin 28.4, 44.2, 169 və 170-ci maddələri), eləcə də azyaşlı Minayənin doğumundan geriyə 9-10 ay müddəti hesablandıqda, onun məhz tərəflərin birgə yaşamağa başladıqları bir-iki ay ərzində ana bətninə düşdüyü müəyyən olunur. Beləliklə, tərəflərin faktiki ər-arvad münasibətlərindən olan uşağın mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını və ekspert rəyini, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından 21.09.2010-cu il tarixdə “Minayə” adlı uşaqlarının anadan olmasının təsdiq olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 130 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 07.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddianın qiyməti 500 manatdan artıq olduğundan və ödənilməli olan 30 manat dövlət rüsumunun qalan 20 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 21.09.2010-cu il tarixdə doğulmuş X3 atası olması müəyyən edilsin. 21.09.2010-cu il tarixdə doğulmuş X1 üçün Cavabdeh 07.05.2021-ci il tarixdən başlayaraq, hər ay 130 (yüz otuz) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1950/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1950/2021
30.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver