Məhkəmə qərarları › İş №2(070)-82/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-82/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-82/2023 31.03.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbi barədə iddiası üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Elvir Yusifliyə qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X3 atası Cavabdeh olması faktının müəyyən olunması, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən bir uşaq üçün 220 manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, cavabdehlə 2021-ci ilin aprel ayının 27-si günündə el adəti ilə evdə toy edilərək cavabdehin yaşadığı evinə gəlin köçmüşdür. Cavabdeh onu inandırmışdır ki, nikahlarını yaxın vaxtlarda qeydiyyat orqanlarında qeydə alınacaqdır. Yuxarıda göstərilən vaxtdan cavabdehlə bir yerdə yaşamaqla ümumi təsərrüfatı idarə etmişlər. Cavabdeh ilə aralarında olan qeyri rəsmi nikahdan xx.xx.2021-ci il tarixdə X4 adında bir uşaqları doğulmuşdur. Cavabdehlə bir evdə yaşamaqları baş tutmamış, daima olaraq onu təhqir edərək şərəf və ləyaqətini alçaltmış, hətta fiziki ağrı ilə müşayət olunan ictimai təhlükəli əməllər edirmiş və ona əxlaqsız söyüşlər işlədirmiş. Hər dəfə bu hallara son qoyulacağı günləri gözlədim, buna son qoyulmağına bir gümanım olmadığına əmin olduqdan sonra onunla ayrılmağa son qoydu. Artıq 2021-ci ilin iyul ayından uşağı ilə birlikdə atası evində yaşayır. Cavabdeh xx.xx.2021ci il təvəllüdlü X3 atası olmasına baxmayaraq, atalığın müəyyən edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə verməkdən, həmçinin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün vəsait verməkdən boyun qaçırır. Cavabdehin uşağının atası olmasını qonşular, onları tanılyanlar və toy şəkilləri də təsdiq edə bilərlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, lakin o, məhkəməyə teleqram göndərərək bildirmişdir ki, yolun uzaq olması ilə, həmçinin maddi imkanı olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcək, iddianı qəbul edir və iddia ərizəsində göstərilən tələblə razıdır. X1 bildirmişdir ki, İddiaçı onun qızıdır, qızı, Cavabdeh 2021-ci ilin aprel ayının 27-də el adəti ilə toy edərək evlənmişlər və onların qeyri rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə Elmir adlı bir uşaqlaı doğulmuşdur və Cavabdeh həqiqətən də uşağın atasıdır. Doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 18 dekabr 2021-ci il tarixdə doğulmuşdur, atası kimi X5, anası kimi isə İddiaçı kimi qeyd edilmişdir. Mediasiya Şurasının 24 yanvar 2023-cü il tarixli, 00101 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ailə Məcəlləsi: Maddə 45.1. uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Maddə 48. bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, təqdim edilmiş fotoşəkillər də sübut iş üzrə tərəflərin birgə yaşamalarının təsdiqi kimi qəbul edilə bilər. Beləliklə, Cavabdeh iddiaçı Nigar Süleymanovun övladı xx.xx.2021-ci il təvəllüdlü X3 atası olması müəyyən olunur. Bu səbəbdən bu hal müəyyən edilməli və Cavabdeh onun etirafı nəzərə alınmaqla, ərizə məhkəməyə təqdim edildiyi tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. Mediasiya üçün ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə doğulmuş X3 atasının Cavabdeh olması müəyyən edilsin. Bu qətnamə xx.xx.2021-ci il təvəllüdlü X3 ata qrafasında Cavabdeh qeyd edilməklə yeni doğum akt qeydinin aparılması üçün əsasdır. Cavabdeh 27 yanvar 2023-cü il tarixdən başlayaraq Süleymanov (Yussifli) Elmir Elvir oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar