Məhkəmə qərarları › İş №2(043)-202/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-202/2022

07.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-202/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, iddiaçı “Könül-Q.Y” firmasının nümayəndəsi X3 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçı “Könül-Q.Y” firmasının Cavabdeh2 və qeyrisinə qarşı «zəbt edilmiş qeyri yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Könül-Q.Y” firmasının cavabdehlər X6, Cavabdeh1 və X2 qarşı «zəbt edilmiş qeyri yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, təsisçisi olduğu “Könül-Q.Y” firmasına məxsus ümumi torpaq sahəsi 650.0 kv.m olan, 382.3 kv.m tikintialtı sahədən, 324.0 kv.m faydalı sahədən və 267.7 kv.m həyətdən ibarət yataqxana kimi istifadə olunan qeyri yaşayış sahəsindən cavabdehlərin çıxarılma və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı “Könül-Q.Y” firması “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh1 və Biləsuvar rayonu, Ağalıkənd Ərazi Dairəsi, Ağalıkənd kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 4 ünvanda yaşayan Cavabdeh2 ünvan 1 ünvanda yerləşən, təsisçisi olduğum “Könül-Q.Y” firmasına məxsus ümumi torpaq sahəsi 650.0 kv.m olan, 382.3 kv.m tikinti altı sahədən, 324.0 kv.m faydalı sahədən və 267.7 kv.m həyətdən ibarət yataqxana kimi istifadə olunan qeyri yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılmalarına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı “Könül-Q.Y” firmasının nümayəndəsi tərəfindən verilmiş “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra iddiaçı “Könül-Q.Y” firmasının nümayəndəsi X10 məhkəməyə vəsatət təqdim edərək, mülki iş üçün əhəmiyyət kəsb etdiyindən, işin əsl səbəbinin müəyyən olunmasının təmin edilməsindən ötrü ünvan 5 ünvanda qeydiyyatda olan X4. ünvan 6 ünvanda qeydiyyatda olan X1 ünvan 1 ünvanda yerləşən, təsisçisi olduğum “Könül-Q.Y” firmasına məxsus ümumi torpaq sahəsi 650.0 kv.m olan, 382.3 kv.m tikinti altı sahədən, 324.0 kv.m faydalı sahədən və 267.7 kv.m həyətdən ibarət yataqxana kimi istifadə olunan qeyri yaşayış sahəsini istismar edən Biləsuvar rayonu, Ağalıkənd Ərazi Dairəsi, Ağalıkənd kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanda yaşayan əsl Cavabdeh2 ilə əvəz olunmasına dair qərar qəbul edilməsini xahiş.etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli, 2(043)-202/2022 saylı qərardadı ilə iddiaçı “Könül-Q.Y” firmasının cavabdehlər X6, Cavabdeh1 və X2 qarşı «zəbt edilmiş qeyri yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə cavabdehlər X8 və X7 xx.xx.1994-cü il də Gəncə şəhərində doğulmuş, Biləsuvar rayonu, Ağalıkənd Ərazi Dairəsi, Ağalıkənd kəndində qeydiyyatda olan əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, mübahisə predmetinə görə hazırkı mülki iş kommersiya mübahisəsi hesab edildiyindən mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X9 mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil ifadə verərək, mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməməsini və mülki işə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə gəlməyən digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarından müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən, iddiaçı “Könül-Q.Y” firması hüquqi şəxs və Cavabdeh2 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı “Könül-Q.Y” firması hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmış, Cavabdeh2 isə ********** (VÖEN) nömrəli 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdir. İş üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin onların ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Bundan başqa mübahisə hüquqi şəxslə vəzifəli şəxs arasından olmaqla, yanaşı, yəni tərəflərin subyektiv tərkibindən başqa mübahisə predimeti qeyri yaşayış sahəsindən çıxarılmadan ibarətdir. Yəni iddianın obyektində iqtisadi maraq kəsb edən tələb vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predimeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qeyd edilən Qərarın 16-cı bəndinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə iş üzrə tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətlərini həyata keçirilməsi ilə əlaqədar olduğundan, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Könül-Q.Y” firmasının Cavabdeh2 və qeyrisinə qarşı «zəbt edilmiş qeyri yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar