Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2168/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydinin düzgün olmamasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, ona məxsus doğum haqqında şəhadətnamənin ana adı qrafasında anasının adının X5 adının X2 düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 26 avqust 1969-cu ildə, maraqlı şəxs olan bacısı Rəsulova Nailə isə 03 fevral 1966-cı ilə anadan olmuşdur. Onlara doğum şəhadətnaməsi verilərkən ataları X13, anaları X9 olduğu qeyd edilmişdir. Əslində analarının adı X7 olmuşdur. Nikah şəhadətnaməsində analarının adının səhv yazılması, sonradan doğum şəhadətnamələrində də onun adının səhv yazılmasına səbəb olmuşdur. X1 14 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Hazırda anasından miras qalmış evi adlarına sənədləşdirmək istəyir. Lakin doğum şəhadətnaməsində anasının adının səhv yazılması səbəbindən bunu edə bilmirlər. Bununla əlaqədar Qeydiyyat Şöbəsinə müraciət etsələr də, doğum şəhadətnaməsində düzəliş edilməsini xahiş etsə də, həmin orqan bundan imtina etmişdir. Daha sonra ərizəçi ərizəsini dəqiqləşdirərək, ona məxsus doğum akt qeydlərində anasının adının səhv qeyd olunduğunu, buna görə də ona məxsus doğum akt qeydlərində anasının adının X3 qeyd edilməsinin düzgün olmamasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq, məhkəmə işinə aid rəy və etirazlarının olmadığını bildirmiş və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. 02.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Rübabə onun həyat yoldaşının xalası qızıdır. Rübabənin anasını Qənirə kimi çağırırdılar, lakin sənədlərdə adı Qələnfir olmuşdur. Cəfərova Qələnfir 4-5 il bundan qabaq ölmüşdür. 02.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, Rübabə onun həmkəndlisidir. Qələnfir Rübabənin anasıdır və o, Danayeri kəndində yaşayırdı. 4-5 il bundan qabaq Qələnfir ölmüşdür. Qələnfirin 1-ci həyat yoldaşı daha əvvəl vəfat etmişdir. Onun ikinci həyat yoldaşı isə Əjdər olmuşdur. Rübabənin anasının sənəd üzrə adı Qələnfir olsa da onlar onu Qənirə kimi çağrırdılar və böyük ehtimalla buna görə də nikah haqqında şəhadətnamədə səhvən onun adı Qənirə kimi yazılmış, sonradan doğum haqqında şəhadətnamə verilərkən Rübabənin ana adı qrafasında anasının adı səhvən Qələnfir kimi qeyd edilmişdir. 02.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, Rübabə onun həm ana tərəfdən qohumu, həm də həmkəndlisidir. O, Rübabənin anasını Qələnfir kimi tanımış, sənədlərdə adının Qənirə kimi yazıldığını bilməmişdir. Qələnfir təxminən 4-5 il bundan qabaq ölmüşdür. İş materiallarına əlavə edilmiş Xanlar (indiki Göygöl) Rayon VVAQ Bürosunun 15.07.1970-ci il tarixli, 130 nömrəli doğum qeydlərinin bərpa aktının təsdiq edilmiş surətindən görünür ki, X11 adlı uşaq 26 avqust 1969-cu il tarixdə Xanlar rayonunun Danayer kəndində doğulmuşdur. X4, anası X8r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə Göygöl rayonu, Danayeri kəndində doğulmuş X6 X4, anası X8r. İş materiallarında olan AZ-İ seriyalı 799975 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 14 iyul 2016-cı il tarixdə Göygöl rayonu Danayeri kəndində ölmüşdür. İş materiallarında olan Xanlar rayonu, Qızılca kənd sovetliyindən verilmiş İ-ИЕ seriyalı 327733 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X13 ilə X9 arasında 08 aprel 1963-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göygöl rayon Qeydiyyat şöbəsinin 20.05.2021-ci il tarixli, 05/15-96 saylı məktubundan görünür ki, Ərizəçi ƏŞjdər qızının doğum haqqında şəhadətnaməsində ana adının “Qənirə”dən “Qələnfir”ə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığına görə onun müraciəti tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək, müvafiq düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anasının adı əslində “X7” olsa da, 15.07.1970-ci il tarixli, 130 nömrəli doğum haqqında akt qeydində onun adı X3 qeyd edilmişdir. Qeyd olunan yanlışlıq ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsində maneə yaradır. Buna görə də ərizə təmin edilməli, Xanlar Rayon VVAq Bürosunun 15.07.1970-ci il tarixli, 130 nömrəli doğum haqqında akt qeydində ərizəçinin anasının adının “Qələnfir” əvəzinə səhvən “Qənirə” kimi qeyd edildiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Xanlar rayon VVAQ Bürosunda tərtib edilmiş 15 iyul 1970-ci il tarixli, 130 nömrəli doğum haqqında akt qeydində (doğum qeydlərinin bərpa aktı) ərizəçi Həsənova (Rəsulova) Rübabə Əjdər qızının anasının adının “X7” əvəzinə səhvən “X9” kimi qeyd edildiyi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2168/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2168/2021
13.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver