Məhkəmə qərarları › İş №2(043)-2188/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2188/2021

04.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2188/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qəyyum təyin edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qəyyum təyin edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 15 sentyabr 1971-ci il tarixdə anadan olmuş qardaşı X1 üzərindən qəyyumluğunun götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1.-ci maddəsinin tələbinə görə Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Həmin Məcəllənin 38.2.-ci maddəsinə əsasən Qəyyumluqda olan müvafiq sosial xidmət müəssisələrinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. Ailə Məcəlləsinin 57.3.-cü maddəsinə əsasən uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı narazılıq qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Ailə Məcəlləsinin 72.1.-ci maddəsinə əsasən Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2000-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Göstərilən maddi hüquq normaların tələbindən görünür ki, qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluğa ehtiyacı olan şəxsə qəyyum təyin edir, Qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu əgər bu, qəyyumluqda olanın mənafeyinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. Göründüyü kimi qəyyumun təyin edilməsi və qəyyumun azad edilməsi Qəyyumluq və himayəçilik orqanın səlahiyyətindədir. İddiaçı ilk növbədə qəyyumluğun üzərindən götürülməsi barədə qəyyumluq və himayəçilik orqanına müraciət etməli idi. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə iddiaçının qəyyumluq və himayəçilik orqanına müraciət etməsi və ya qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluğun götürülübgötürülməməsinin mümkün olmamasına dair sübut ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.4.-ci maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1 və 152.1.6.-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “qəyyum təyin edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, ilk növbədə Qəyyumluq və himayəçilik orqanına müraciət etməlidir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar