Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-219/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların kompensasiya ilə əvəzləşdirilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilin cavabdehlərə münasibətdə 2014-cü ildə məhkəmə qaydasında müəyyən edilmiş məcburi payların indeksləşdirilməsi və cavabdehlərin paylarının kompensasiya ilə əvəzlənməsi və cavabdehlərin evə köçürülməsinin ləğv edilməsinə və evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən mülk ona 2010-cu ildə vəfat etmiş əri tərəfindən vəsiyyətnamə əsasında 2009-cu ilin iyul ayının 21-də notarial qaydasında vəsiyyət edilmişdir. Sözügedən mülk 2011-ci ilin mart ayının 18-də qanuni yolla onun adına sənədləşdirilərək, mülkiyyətinə verilmişdir. Cavabdehlər onun mərhum ərinin anası və ilk evliliyindən olan qızlarıdır. Cavabdehlərin heç biri, hətta mərhum əri X5 da mübahisəli mülkdə pasport qeydiyyatında olmamışlar. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(043)- 638/2014 saylı qətnaməsi ilə cavabdehlərin hər birinə münasibətdə 1/8 şissədə məcburi payları müəyyən olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2014-cü il tarixli, 2(104)-1083/2014 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə 14 aprel 2014-cü il tarixli qətnaməsi öz qüvvəsində saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərərfindən verilmiş çıxarış əsasında ünvan 3 ünvanında yerləşən mənzil üzərində Cavabdeh2 Calal qızının 1/8 hissədə, Cavabdeh11/8 hissədə, Cavabdeh3 1/8 hissədə mülkiyyət hüququ vardır. Mərhum əri X5 ilə rəsmi nikahdan doğulmuş oğlu X3 da ərinin varisi olduğundan vəsiyyətnamə yalnız ona verilmişdir. Oğlunun adı vəsiyyətnamədə qeyd olunmamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsində oğlu məcburi pay sahibi kimi adı qeyd olunmuşdur. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə mənzilə köçürmə tələbi ilə iddia verən cavabdehlərin iddia tələbi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2 (043)-681/2021 saylı qətnaməsi ilə təmin olunmuş, qətnamə icrayayönəldilmiş, icra məmurları tərəfindən cavabdehlərdən 2 nəfəri Cavabdeh1 və Cavabdeh3 mülkə köçürülmüşlər. Buna görə də cavabdehlər ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə köçürüləndən sonra onların özbaşınalığı, qeyri-əxlaqi davranışları, ona və oğluna qarşı aramsız hücumları nəticəsində sahə müvəkkilinin şahidliyi, iştirakı və nəzarəti altında 5 otaqlı mənzilin əşyaları, şəxsi sənədləri, xalça-palazı, bahalı qab-qacaq və məişət avadanlıqları saxlanan 2 otağının qapılarına təzə kilid saldıraraq mənzildən kirayə evə köçməyə məcbur olmuşdur. Lakin tez-tez qonşulardan aldığı informasiyalar bundan ibarət olub ki, cavabdehlər mülkü talamaqla məşğuldurlar, onlar hər cür oyunlardan çıxırlar, hətta qonşuların ovqatını təlx edirlər. Bununla belə mülkdə ona məxsus əşyalar saxlanılan otaqların da qapılarını sındırıb nə var daşıyıb başqa ünvana aparıblar. Bu barədə sahə müvəkkilini məlumatlandırmaqla ünvan 5üraciət etmişdir.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən mənzil atalarından miras qalmışdır və həmin mənzildən 1/8 hissədə payı vardır. Hal-hazırda yaşamağa başqa yeri olmadığından sözügedən mənzildə yaşayır. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq onlar qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır.Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 24.07.2009-cu il tarixli, 2-V-1-98 nömrəli vəsiyyətnamənin rosurətindən görünür ki, X5 bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. AZ-İ 439932 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14.07.2010-cu il tarixdə ölmüşdür. 16.03.2011-ci il tarixli, MA0141664 saylı çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı və X2 məxsusdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.04.2014-cü il tarixli, 2(043)-638/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 Calal qızı, Cavabdeh1 və Cavabdeh3 miras qalmış Gəncə şəhəri, 4-cü mikrorayon, 1 saylı evin,49 nömrəli mənzili üzərində hər birinin 1/8 hissədə məcburi payı müəyyən edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(043)-681/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 Calal qızı, Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 1-də yerləşən 49 nömrəli mənzilə köçürülmələri qət edilmişdir. 09.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarışdan görünür ki, ünvan 3 paylı mülkiyyət hüququ üzrə 1/8 hissə Cavabdeh2 Calal qızının, 1/8 hissə Cavabdeh1, 1/8 hissə Cavabdeh3 payı müəyyən edilmiş, 5/8 hissəsi isə açıq qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının iddia etdiyi mənzil tərəflərin paylı mülkiyyətində olmaqla, cavabdehlərin hər birinin 1/8 hissədə payları mövcuddur. Əvvəla məhkəmə hesab edir ki, hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi, o cümlədən Mülki Məcəllənin 220.4-cü maddəsinin müddəlarının düzgün təfsir edilməsi üçün həmin Məcəllənin 220-ci maddəsinin ümumi məzmunu əsas götürülməlidir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məzmunundan göründüyü kimi qeyd olunan maddənin müddəaları payını almaq istəyən mülkiyyətçiyə münasibətdə tətbiq edilə bilər. Yəni ümumi paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçisinin razılığı olmadan onun payının əvəzinə pul kompensasiyası o halda verilə bilər ki, həmin mülkiyyətçi payının ayrılmasına dair iddia vermiş olmsun, onun payı cüzi olsun, naturada ayrılması mümkün olmasın və əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia ərizəsində göstərilən şərtlərdən heç biri mövcud deyildir. Bununla yanaşı 09.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarışdan müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 1, 49 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 1/8 hissədə Cavabdeh2 Calal qızının, 1/8 hissədə Cavabdeh1, 1/8 hissəsi Cavabdeh3 payı müəyyən edilmiş, 5/8 hissəsi isə açıq qalmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların kompensasiya ilə əvəzləşdirilməsi və evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların kompensasiya ilə əvəzləşdirilməsi və evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-219/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-219/2022
19.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver