Məhkəmə qərarları › İş №2(043)-2202/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2202/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2202/2021 23.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında “Hyundai Elantra” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1569 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21214” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən 14.09.2013-cü il tarixdə bir il müddətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 02.12.2013-cü il tarixdə etibarnamə olmadan idarə etdiyi həmin avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Elantra” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 1569 manat ziyan dəymişdir. Cavabdeh barəsində hadisə törədilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.1 və 152.4-cü maddələri ilə protokol tərtib edilmişdir. “Hyundai Elantra” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “kasko” sığorta ilə sığortalanmışdır. Avtomobilə vurulmuş ziyan 1569 manat hesablanaraq "xxxx" ASC tərəfindən zərərçəkənin hesabına ödənilmişdir. Bundan sonra "xxxx" ASC-nin tələbi ilə ziyana görə ödənilmiş pul "xxxx" ASC tərəfindən ona ödənilmişdir. Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə edib yol nəqliyyat hadisəsi törətmiş və üçüncü şəxsin əmlakına zərər vurmuşdur. Buna görə də "xxxx" ASC-nin cavabdehdən subroqasiya qaydasında pul tələb etmək hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus “VAZ 2121” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.09.2013-cü il tarixdə PAZ********** nömrəli mülki məsuliyyətin icbari sığortası müqaviləsi üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İş materiallarında olan MİB-1367-0/13 saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”ndən görünür ki X3 məxsus “Hyundai Elantra” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “kasko” sığorta ilə sığortalanaraq tam sığorta təminatı almışdır. İş materiallarında olan 05.12.2013-cü il tarixli BYP seriyalı, 511260 nömrəli inzibati xəta haqqında iş üzrə protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 02.12.2013-cü il tarixdə “VAZ 2121” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Gəncə şəhəri, H.Əliyev prospekti ilə İ.Məmmədov küçələrinin kəsişməsində sürücülük hüququ olmadan idarə edib, yerdəyişmə zamanı ikinci cərgədən geriyə dönərkən üçüncü cərgə ilə düzünə gedən “Hyundai Elantra” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh baş vermiş hadisədə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin zərərin hesablanması aktından görünür ki, “Hyundai Elantra” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1969 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən "xxxx" ASC-yə ünvanlanmış məktubdan və kassa məxaric orderindən görünür ki, “VAZ 2121” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Elantra” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsinə görə Bakı Sığorta ASC-dən X3 1569 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edimiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1569 manat pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək sığorta hadisəsinin baş verməsinə səbəb olmuşdur. Cavabdeh idarə etdiyi avtomobili mülki məsuliyyətin icbari sığortası növündə sığortalamış iddiaçı həmin sığorta hadisəsinə görə 1569 manat sığorta ödənişi vermişdir. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə və cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə iddiaçının ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh 1569 manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində subroqasiya qaydasında 1569 (bir min beş yüz altmış doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar