Məhkəmə qərarları › İş №2(043)-226/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-226/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-226/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ HakimTağıyev Cavid Tahir oğlununsədrliyi,Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi x2, cavabdeh Cabbarova (Zeynalova) Aytac Samı̇r qızının etibarnamə üzrə nümayəndəsi x1 iştirakları ilə, İddiaçı cavabdeh Cabbarova (Zeynalova) Aytac Samı̇r qızna qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı cavabdeh Cabbarova (Zeynalova) Aytac Samı̇r qızna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən toy zamanı ona dəymiş 3000 manat ziyanının, toy ərəfəsində alınan 3500 manat dəyərində qızılların, 800 manat dəyərində olan briliyant qaşlı üzüyün, 300 manat dəyərində olan geyim paltarlarının, 50 manat dəyərində olan qol saatının və evdən aparılmış 1000 manat pulun, ümumilikdə 8,650 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi x6 iddianı müdafiə edərək göstərdi ki,oğlu İddiaçı Cavabdeh ilə 28.04.2019-cu il tarixdə ailə qurmuşlar. Cavabdeh onun oğlu ilə birgə yaşadıqları müddət ərzində mütəmadi olaraq ailədə yersiz narazılıqlar yaratmışdır.Cavabdehin anasının oğlunun ailəsinə müdaxiləsi nəticəsində ailədə daima söz-söhbət yaranmışdır.Cavabdeh onun oğlunun evdə olmamasından istifadə edərək anası ilə birlikdə onların yaşadıqları evin qapısını sındıraraq mənzildən özünə və oğluna məxsus olan əşyaları onların xəbəri olmadan yığıb aparmışdır. Onun oğluna aid olan əşyalardan 800 manat dəyərində olan briliyant qaşlı üzüyünü, 50 manat dəyərində qol saatını,300 manat dəyərində geyim paltarlarını, toy zamanı cavabdehə alınan 3500 dəyərində olan qızıl- zinət əşyalarını və evdə ehtiyatda saxladıqları 1000 manat məbləğində əmək haqqı olan pulunu evdən aparıb getmişdir. Sonradan cavabdeh cehiz əşyalarını apararkən onların iştirakı olmadan apardıqları həmin qızıl əşyalarını, geyim əşyalarının və pulun aparılmasını da dəftərdə tərtib etdikləri siyahıya salmışlar və cavabdehin anası və şahidlər əmlakların cavabdeh tərəfindən aparılmasını təsdiq etmişlər. Bundan başqa oğlu cavabdehlə el adəti ilə evlənib toy edərkən 3000 min manat məğləğində toya pul xərcləmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cabbarova (Zeynalova) Aytac Samı̇r qızının etibarnamə üzrə nümayəndəsi x3 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh onun qızıdır. Qızı öz cehiz əşyalarını iddiaçıya məxsus evdən çıxaranda iddiaçıların göstərdikləri əmlakların heç birini qızı aparmamışdır. Qızı yalnız öz əmlaklarını aparmışdır. İddiaçılar dəftərdə siyahı aparardıqdan sonra tələb etdiklərini sonradan yazmışlar və həmin dəftərdə olan imza onun tərəfindən icra olunmamışdır. Ümumiyyətlə o, həmin dəftərə imza etməmişdir.Bundan başqa onlar tərəfindən iddiaçıya hədiyyə olunmuş nişan üzüyü brilyant qaşlı olmamış və onun dəyəri 800 mant deyil 200 manat olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş x4 ifadəsində göstərmişdir ki, evdən əşyalar götürülərkən, götürülən əşyaların siyahısı tərtib edilmişdir. Cavabdeh İddiaçı saatını, üzüyünü, paltarını, və evlərində olan 1000 manat pulu götürmüşdür. Həmin vaxt Bəsdi Cabbarova həmin siyahını hazırlamış, Cavabdeh anası x5 həmin siyahıya imza etmişdir. 23 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən x3 göstərmişdir ki, Cavabdeh onun qızıdır. Qızı öz cehiz əşyalarını iddiaçıya məxsus evdən çıxaranda iddiaçıların göstərdikləri əmlakların heç birini qızı aparmamışdır. Qızı yalnız öz əmlaklarını aparmışdır. İddiaçılar dəftərdə siyahı aparardıqdan sonra tələb etdiklərini sonradan yazmışlar və həmin dəftərdə olan imza onun tərəfindən icra olunmamışdır. Ümumiyyətlə o, həmin dəftərə imza etməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 330418 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflər arasında olan pozulmuşdur; 23 yanvar 2020-ci il tarixli, 2(043)-226/2020 nömrəli qərardadla məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 fevral 2020-ci tarixli, 5042 nömrəli və 18 mart 2020-ci tarixli, 5329 nömrəli ekspert rəylərindən görünür ki, 1) Ekspertizaya təqdim olunmuş, üzərində“Parrot” sözü yazılmışümumi dəftərin 2-ci vərəqəsinin 2-ci səhifəsində“Çimnaz muəllim şahid” yazılarının aşağısındakı imza- x3 tərəfindən icra olunmuşdur. 2) Tədqiqat təqdim olunmuş 1(bir) ədəd parrot yazılı dəftərdə olan bütün əlyazıları kimyəvi tərkiblərinə görəöz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 28.04.2019-cu ildə ailə qurmuşlar. Tərəflər ailə qurarkən toyları olan zaman hər iki tərəfə qılıl zinət əşyası hədiyyə olunmuşdur. Ailə münasibətləri baş tutmadığından tərəflər ayrılmışlar. İddiaçı iddia etmişdir ki, cavabdeh atası evinə gedərəkən ona hədiyyə olunmuş 800 manat dəyərində brilyant qaşlı nişan üzüyünü, 300 manat dəyərində geyim paltarını, 50 manat dəyərində qol saatını və evdə ehtiyatda saxladıqları 1000 manat pulu cavabdeh özü ilə aparmış vəəmlakların aparılması barədə siyahı tərtib olunarkən cavabdehin anası da həmin siyahıda göstərilən əmlakların onlar tərəfindən aparıldığını təsdiq etmişdir. Bundan başqa cavabdehlə ailə qurarkən toyları zamanı 3000 manat pul xəcləmiş və bununla da ona 3000 manat ziyan dəymişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək iddiaçı tərəfindən tələb olunan və dəftərdəki siyahıda göstərilən əmlakların sonradan siyahıya daxil olunmasını, həmin siyahıda olan imzanın onlar tərəfindən imzalanmamasını, habelə iddiaçıya onlar tərəfindən 800 manat dəyərində deyil 200 manat dəyərində sadə qaşlı nişan üzüyü hədiyyə olunduğunu göstərərək iddia tələbini mübahisələndirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, işüzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən cavabdeh öz əmlaklarını apararkən həmin əmlakların cavabdeh tərəfindən aparılmasını təsdiqləyən siyahı tərtib olunmuş və həmin siyahı cavabdehin anası və digər şahidlər tərəfindən təsdiq olunmuşdur. Cavabdeh tərəf həmin siyahı tərtib olunarkən onlar tərəfindən siyahıya imza etmədiklərini, və iddiaçıların tələb etdikləri əmlakların sonradan siyahıya daxil olunduğunu göstərmişlər. İddiaçı tərəf isə cavabdehin özünə və ona məxsus olan qızıl-zinət və digər əşyaların cavabdehin cehiz əilaklarını aparmamışdın əvvəl apardığını və cehiz əmlaklarını apararkən həmin əmlakların sonradan siyahıya salındığını göstərmişdir. Ekspert rəyindən isə müəyyən olunmuşdur ki, siyahıda olan imza cavabdehin anasıÇimnaz tərəfindən icra olunmuş və siyahıdakıbütün əlyazıları kimyəvi tərkiblərinə görəöz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər; MM-in225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuşəmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığıəmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinəəsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmaqla cavabdehdən 200 manat dəyərində bir ədəd nişan üzüyü, 300 manat dəyərində geyim paltarı, 50 manat dəyərində qol saatı və 500 manat məbləğində pul alınaraq iddiaçının xeyrinəödənilməlidir. Belə ki, iddiaçı cavabdehlər tərəfindən ona hədiyyə olunmuş nişan üzüyünün briliant qaşlı olmasını və dəyərinin 800 manat olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçının tələb etdiyi 1000 manat pul cavabdehlə birgə nikah dövründə əldə olunduğu üçün, iddiaçı həmin pulu bütövlükdə tələb etməkdə habelə cavabdehə toy zamanı hədiyyə olunmuş 3500 manat dəyərində qızıl-zinət əşyalarını tələb etməkdə haqlı olmamışdır. (Ailə Məcəlləsi 34.1, 32.1) Toy zamanı çəkilmiş 3000 manat xərclərə görə ziyanın ödənilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının həmin xərcləri çəkməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmədiyindən iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəföz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı,cavabdeh Cabbarova (Zeynalova) Aytac Samir qızından 200 (iki yüz) manat dəyərində 01 (bir) ədəd nişan üzüyü, 300 (üç yüz) manat dəyərində geyim paltarları, 50 (əlli) manat dəyərində qol saatı onlar olmadıqda isə onların dəyəri və 500 (beş) yüz manat pul alınaraq İddiaçı ödənilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməli, aparılmış ekpertiza tədqiqatının dəyəri 115,30 manat isə cavabdehə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Cabbarova (Zeynalova) Aytac Samir qızından 200 (iki yüz) manat dəyərində 01 (bir) ədəd nişan üzüyü, 300 (üç yüz) manat dəyərində geyim paltarları, 50 (əlli) manat dəyərində qol saatı və 500 (beş) yüz manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İşüzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsümu İddiaçı aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 242,3 (ikiyüz qırxikimanat 30 qəpik) manat pul vəsaiti cavabdeh Cabbarova (Zeynalova) Aytac Samir qızından alınaraq Büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x11 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar