Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2433/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X22 oğluna qarşı iddia qaldıraraq, “VAZ 21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1100 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 530.40 manat cavabdehlərdən tutularaq «Atəşgah” Sığorta Şirkəti Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 21.11.2013-cu il tarixdə idarə etdiyi digər Cavabdeh2 məxsus “Opel Vita” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ç.Mustafayev küçəsində hərəkət edən “VAZ 21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və Cavabdeh2 avtomobili idarəetmə hüququ olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin BYP 512505 saylı X23 Protokolunda öz əksini tapmışdır. 23.12.2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1100 manat ziyan vurulmuş və PAT********** saylı sığorta müqaviləsinin ******* saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1100 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nərgiz Səmədova məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahat vermiş X14 iddia tələbini qəbul etməyərək digər cavabdehi tanımadığını, onun nə səbəbə cavabdeh kimi işə cəlb edildiyini başa düşmədiyini, avtomobilin bir müddət onun sahibliyində olduğunu, lakin hadisə baş verən vaxt avtomobilin ona heç bir aidiyyətinin olmadığını və digər cavabdehə avtomobil vermədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 25.11.2013-cü il tarixli X23 protokoldan görünür ki, Cavabdeh1 V.Tutayuq küçəsi ilə Ç.Mustafayev küçəsinin kəsişməsində eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan “VAZ 21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına əhəmiyyət verəməyərək onunla toqquşmuş, xəsarət alan olmamışdır. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, VAZ-21099” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1100 manatdır. 002374 nömrəli, 24.12.2013-cü il tarixli sığorta aktından görünür ki, VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 1100 manat məbləğində pul köçürülmə üsulu ilə X1. 26 dekabr 2013-cü il tarixli, 7070 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 1100 manat məbləğində pul köçürülmüşdür. AB seriyalı, 222514 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10r. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinin surətindən görünür ki, “Opel” markalı, ** VJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ilə 06.10.2013-cü il tarixdən 05.10.2014-cü ilədək qüvvədə olmuşdur. AB seriyalı, 525852 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel” Vita markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X20 məxsusdur. AB seriyalı, 779960 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 BC dərəcəsi ilə sürücülük hüququna malikdir. Vəsiqə 18.01.2021-ci il tarixədək etibarlıdır. Gəncə şəhər BPİ-nin DYPŞ-nin rəisi tərəfindən verilmiş 27.11.2013-cü il tarixli sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Cavabdeh1 X11 məxsus Opel” Vita markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu idarə etmək hüququ olmuşdur. X12 məxsus “VAZ 21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı X15 idarə etmişdir. 29 noyabr 2012-ci il tarixli, ƏN-İİİ seriyalı, 951490 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X17 “Opel” Vita markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibar etmişdir. Etibarnamə bir il müddətinə 14.11.2013-cü il tarixədək qüvvədədir. X2 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X21 imza etmişdir. 14 noyabr 2012-ci il tarixli, ƏN-İİİ seriyalı, 915181 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X17 “Opel” Vita markalı, **-VJ-*** dövlət qeydiyast nişanlı avtomobili X16 etibar etmişdir. Etibarnamə bir il müddətinə 14.11.2013-cü il tarixədək qüvvədədir. X3 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X18 imzlamışdır. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 04 avqust 2021-ci il tarixli, 771 nömrəli məktubundan görünür ki, etibaredilmişi etibarnamə qaydasında X16 verilmiş, etibarnamənin müddəti 14.11.2013-cü il tarixədək olmuşdur, həmin etibarnamə əsasında etibar edilmişi etibarnamə qaydasında Cavabdeh1 adına verilmiş, etibarnamənin müddəti də 14.11.2013-cü ilədək, yəni düzgün olmuşdur. Lakin hazırda mübahisəli olan etibarnamədə etibarlılıq müddəti rəqəmlə düzgün, yəni 14.11.2013-cü il göstərilsə də hərflə yazılan hissədə texniki səhv nəticəsində “bir il” qalmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmənin tədqiq etdiyi sübutlarla müəyyən edildi ki, 21.11.2013-cü il tarixdə cavabadeh X19 idarə etdiyi X20 məxsus “Opel” Vita markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri ərazisində cavabdeh X12 məxsus, etibarnamə əsasında X5 idarə etdiyi “VAZ 21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyindən toqquşmuş, yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh1 təqsirli olmuş, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “VAZ 21099” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1100 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı Sığorta ASC cavabdehlərdən subroqasiya qaydasında sığorta ödənişi məbləğinin tutulmasını tələb etmişdir. Lakin iddiaçı ümumiyyətlə hansı əsasla cavabdeh X4 pul tutulmalı olmasını əsaslandıra bilməmişdir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, E.Qəhrəmanov nə sığorta hadisəsində iştirak etmiş avtomobilin mülkiyyətçisi deyil, nə sığorta olunan, nə də sığortalı deyildir, həmin hadisəni də o, törətməmişdir. Belə olan halda ona qarşı subroqasiya tələbi ümumiyyətlə istisna olunur. İddiaçı digər Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün ona qarşı subroqasiya hüququ yarandığını əsas gətirərək ondan ödənilmiş sığorta məbləğinin tutulmasını iddia etsə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı da təmin edilə bilməz. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları sadalanmışdır. Həmin Qanunun 25.1.3-cü maddəsinin tələbindən də göründüyü kimi, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi subroqasiya hüququnun yaranmasının əsaslarından biridir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan və ƏN-İİİ seriyalı, 951490 nömrəli, 29 noyabr 2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X20 məxsus “Opel” Vita markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə Cavabdeh1 29.11.2012-ci il tarixdə bir il müddətinə verilmişdir. Məhkəmə etibarnamədə olan anlaşmazlıqla bağlı notariusa sorğu göndərmiş, həmin sorğuya cavab məktubunda isə notarius etibarnamədəki hərflə yazılan “bir” rəqəminin düzgün, “14.11.2013-cü il” tarixinin texniki səhv kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin anlaşmazlığın bu cür şərh edilməsi düzgün deyildir. Belə ki, 29.11.2012-ci il tarixdə bir il müddətinə verilən etibarnamə 29.11.2013-cü il tarixədək qüvvədə olmuşdur. Etibarnamədəki ifadələrdən “bir il müddətinə” və ya “14.11.2013-cü il tarixədək” ifadələrinin arasındakı ziddiyyət məhz Cavabdeh1 xeyrinə şərh edilməlidir. Çünki, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi əslində inzibati xətadır və belə bir inzibati xətanın törədilməsi faktı aşkar edilsə idi, Cavabdeh1 barəsində tərtib edilmiş protokolda və sığorta hadisəsi barədə arayışda bu hal öz əksini tapmalı idi. Belə hal isə nə X23 protokolda, nə də arayışda göstərilməmişdir. Bu baxımdan məhkəmə iddianı Cavabdeh1 yönəlmiş hissədə də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2433/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2433/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver