Məhkəmə qərarları › İş №2(043)-2527/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2527/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2527/2021 03.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun alınması» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Neoplan Cityliner” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1033,68 (bir min otuz üç tam yüzdə altmış səkkiz) manat və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 1064,08 (bir min altmış dörd tam yüzdə səkkiz) manat pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 30.05.2015-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E270” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ilə hərəkətdə olan zaman manevr etmə qaydasını pozaraq “Neoplan Cityliner” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadise yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin MYP 449133 saylı X2 Protokolunda öz əksini tapmışdır. 22.07.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Neoplan Cityliner” markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1033,68 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 018714 saylı sığorta aktı üzrə 1033,68 manat İddiaçı Sığorta Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Müqavilələrinin Mövcudluğun Yoxlanılması barədə məlumatdan müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ilə Cavabdeh arasında 20.01.2015-ci il tarixli PAT********** saylı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanmış və “Mercedes Benz E270” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Müqavilənin müddəti 19.01.2016-cı il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edimiş AD seriyalı, 083334 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Neoplan Cityliner” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Neoplan Cityliner” markalı avtonəqliyyat vasitəsinin müvafiq müqavilə əsasında X1 tərəfindən idarə etməyə etibar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 449133 saylı X2 protokolun surətindən görünür ki, Cavabdeh 30.05.2015-ci il tarixdə saat 18:00 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələbini pozaraq idarə etdiyi Mercedes Benz E270 markalı **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobili Moskva prospektində hərəkətdə olduğu zaman manevr qaydasını pozaraq “Neoplan Cityliner” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq hadisə yerindən yayınmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.3 maddəsi ilə 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş 14.07.2015-ci il tarixli "xxxx" ASC-nin İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanladığı məktubun surətindən görünür ki, Mercedes Benz E270 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış “Neoplan Cityliner” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 1033,76 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yaranan subroqasiya tələbi hüququna əsasən 1033,76 məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edimiş 23.07.2015-ci il tarixli 018714 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən 1033,68 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-nin hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 22 iyun 2015-ci il tarixli 1726 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-nin bank hesabına 1033,76 manat köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası qanunun 25.1.8-ci maddəsinə əsasən Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, 30 may 2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ərazisində Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E270” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Neoplan Cityliner” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmış, yol nəqliyyat hadisəsinin baş verməsinə görə DİN Baş Dövlət Yol Polisi İdarəsinin 449133 saylı X2 protokoluna əsasən Cavabdeh həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yol-nəqliyyat hadisəsi yerindən yayınma) törətməkdə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Neoplan Cityliner” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1033,68 manat zərər məbləği ödənilmişdir. Cavabdeh sığorta hadisəsi hesab olunan yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığından onun mülki məsuliyyətini sığorta etmiş və buna görə sığorta ödənişi etmiş iddiaçının hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də subroqasiya qaydasında Cavabdeh 1033,68 (üç min iki yüz yetmiş) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh subroqasiya qaydasında 1033,68 (bir min otuz üç tam yüzdə altmış səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 1064,08 (bir min altmış dörd tam yüzdə səkkiz) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyət hesabına ödənilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar