Məhkəmə qərarları › İş №2(043)-255/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-255/2020

15.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-255/2020 15.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili x2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 tərəfindən övladlığa götürülməsinin, bu barədə verilmiş 03 may 1995-ci il tarixli İ-JQ (JQ) 269219 nömrəli şəhadətnamənin və doğum haqqında şəhadətnamənin ana qrafasında olan qeydin ləğv olunması, ona yeni doğum haqqında şəhadətnamə verilərkən ana qrafasında olan qeydin “Cavabdeh3” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram verərək, üzlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxaraq, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası x4, anası isə Cavabdeh3dır. Lakin anasının bacısı, yəni xalası Cavabdeh2 övladı olmadığına görə və qanunvericiliyə uyğun bir sıra hüquqlardan istifadə edə bilməsinə görə (məsələn: ev növbəsinə yazılmağa və s.) valideynlərinin razılığı və xalasının xahişi əsasında 1995-ci ildə onun övladlığına verilmiş və bu barədə Gəncə şəhər VVADQ şöbəsində 03 may 1995-ci il tarixdə müvafiq qeyd aparılmışdır. Həmin vaxt Cavabdeh2 nikahı olmadığına görə ata adı öz ata adında saxlanılmışdır. Lakin sənəd üzərində övladlığa verilməsinə baxmayaraq, həmişə öz doğma valideynləri ilə bir yerdə yaşamış və bu gün də anası Cavabdeh3 ilə bir yerdə yaşayır. Atası x4 isə 10 mart 2004-cü il tarixdə vəfat etmişdir. O, formal olaraq övladlığa verilmişdir. Bütün bunlar isə onu çox narahat edir. Doğum haqqında şəhadətnamənin ana qrafasında öz doğma ansı Cavabdeh3 adının yazılmasını istəyir. Hesab edir ki, həm anası, həm də xalası buna etiraz etmir. Ona görə də övladlığa götürmənin və bu barədə 03 may 1995-ci il tarixində verilmiş şəhadətnamənin ləğv olunması, doğum haqqında şəhadətnamənin ana qrafasında Cavabdeh3 olmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərdi ki, İddiaçı onun bacısı oğludur. O vaxt Emini övladlığa götürüb tərbiyəsi ilə məşğul olmaq qərarına gəlmiş, bunun üçün Eminin valideynləri ilə öz aralarında razılığa gələrk Emini övladlığa götürmüşdür. Lakin Emini övladlığa götürsə də Emin həmişə öz valideynlərinin yanında böyümüşdür. Formal olaraq sənəd üzrə onun övladı hesab olunur. O özü də istəmir ki, Eminin ona övladlığa verilməsi formal olaraq qalsın. İddianın təmin olunmasını xahiş etdi. Digər Cavabdeh3 və üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən Cavabdeh3 və üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- XVİİİ JQ 445350 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1986-cı ildə anadan olmuş, ata qrafasında x4, ana qrafasında Cavabdeh2 kimi qeyd olunmuşdur; Cavabdeh1 tərəfindən verilmiş İ-JQ 269219 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh2 tərəfindən övladlığa götürülmüşdür. İİİ- JQ 429730 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x4 və x1 arasında olan nikah 25 noyabr 1984-cü ildə Gəncə şəhər Nikah evində 1396 nömrə ilə qeydə alınmışdır; AZ-İ 098727 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x4 10.03.2004-cü ildə vəfat etmişdir. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 19.06.2019-cu il tarixli, 05/15-79 nömrəli məktubdan görünür ki, İddiaçı övladlığın ləğvi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 5, mənzil 38-də qeydiyyatdadır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1958-ci ildə Goranboy rayonunda anadan olmaqla, Gəncə şəhəri, G.Əsədov küçəsi, ev 13-də qeydiyyatdadır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1961-ci ildə Goranboy rayonunda anadan olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 5, mənzil 38-də qeydiyyatdadır. Cavabdehlər x5 və x1 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, hər iki cavabdehin iddianın təmin olunmasına etirazları yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra-Ailə Məcəlləsi) 131.1-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 131.3-ci maddəsinə əsasən məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. Ailə Məcəlləsinin 133-cü maddəsinə əsasəsən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Ailə Məcəlləsinin 135-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Ailə Məcəlləsinin 178.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında yazılarda övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda övladlığa götürülənin doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, atası x4, anası Cavabdeh3 olmuşdur. İddiaçı valideynlərinin razılığı ilə xalası Cavabdeh2 övladlığa verilmişdir. İddiaçı iddia edir ki, sənəd üzərində övladlığa verilməsinə baxmayaraq, həmişə öz doğma valideynləri ilə bir yerdə yaşamış və bu gün də anası Cavabdeh3 ilə bir yerdə yaşayır. Onun övladlığa verilməsinin formal olaraq qalmasını istəmədiyi üçün ləğv olunmasını istəyir. Cavabdeh tərəf də (övladlığa götürən) övladlığın formal olduğunu və ləğv olunmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 övladlığa verilməsi ləğv olunmalı, bu barədə Gəncə şəhər Kəpəz rayon VVADQ (qeydiyyat) şöbəsində aparılmış qeydlər ləğv olunmaqla ilkin qeydlər bərpa olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 345-350-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. İddiaçı Cavabdeh2 övladlığa verilməsi ləğv olunsun, bu barədə Gəncə şəhər Kəpəz rayon qeydiyyat (VVADQ) şöbəsində aparılmış qeydlər ləğv edilməklə ilkin qeydlər bərpa olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar