Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2855/2021 12.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Haki m Tağıyev C avid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X7, cavabdehlər Hacıh əsənov Ehtib ar Hənifə oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 və Azərbay can Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X20 gar oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respubli kasının İqtisadiyyat Na zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi (keçmiş Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş 09.19.2014-cü il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Əliy ev Elfak Akif oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) X11 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 iddiaçının şəriki olmaqla şərikli kafe, restoran biznesləri olmuş və şəriklikləri 2013-cü ilə kimi davam etmişdir.Qeyd etmək lazımdır ki, “TAPİDO Kafe & Restoran”-ın Əmtəə Nişanı da iddiaçıya məxsusdur. Lakin 2013-cü ildə aralarında olan narazılıqlar səbəbindən şəriklikdən ayrıldıqdan sonra birlikdə inşa etdirdiklərinə baxmayaraq, Cavabdeh2 müraciəti əsasında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 25 fev ral 2013-cü il tarixli 329 № li sərəncamı ilə sanki heç nə olmamış kimi guya həmin ərazidə 302.0 kvm torpaq sahəsində Cavabdeh2 tərəfindən kafenin yerləşdirilməsinə icazə verilmişdir. Bundan sonra Cavabdeh2 həmin tikililərə mülkiyyət hüququnun tanınması üçün məhkəməyə ərizə ilə müraciət etmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2014-cü il tarixli 2(044)-2464/2014 saylı qətnaməs i ilə ərizə təmin edilərək, Gəncə şəhəri Nizami prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində yerləşən tikililərə Cavabdeh2 mülkiyyət hüququnun tanınması və bu hüquql arın qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət ed ilmişdir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı qeyd edir ki, guya Gəncə şəhəri Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən, “TAPİDO kafe&restoran” adı altında fəaliyyət göstərən obyekti iddiaçı ilə cavabdeh şərikli tikmişdir. Belə ki, iddiaçı ilə şərikli yalnız “Xan sarayı” (indiki “Şah sarayı”) adlı obyektləri olmuşdur. Həmin obyekt 1/2 hi ssədə iddiaçıya, 1/2 hissədə cavabdehə məxsus olmuşdur. Həmin sərəncamlar hal-hazırda da qüvvədədir. İddiaçı həmin sərəncamları məhkəmə qaydasında mübahisələnd irsə də iddia mümkün sayılmamışdlır. Bundan başqa iddiaçı “TAPİDO kafe&restoranı”-nı şərikli tikdirdiklərini iddia etsə də, şərikliklərini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş dir. Belə ki, əgər iddiaçı həqiqətən də obyekti cavabdehlə şərikli tikdirmiş olsaydı, şəriklikləri pozulduqdan dərhal sonra ona qarşı şərikli əmlakla bağlı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Belə ki, iddiaçı 2012-ci ildən şərikliklərinin pozulduğunu qeyd edir, lakin məhkə məyə 2021-ci ildən etibarən müraciət etməyə başlamışdır. Halbuki, obyektin onun mülkiyyətində olması ona 2018-ci ildən məlum idi. Belə ki, cavabdeh 2018-ci ildə iddiaçıya və qeyrisinə qarşı “əmlakın özgənin qanunsuz sahibliyindən qaytarılması” tələbinə dair iddia tələbi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi ilə bağlı çıxarılmış Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli 2(044)-3981/2018 saylı qətnaməsi ilə də müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən qeyri- yaşayış obyekti cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əmtəə nişanına gəldikdə isə, qeyd etmək lazımdır ki, həmin əmtəə nişanı sırf cavabdehin inşa etdirdiyi kafe ilə əlaqədar alınmayıb. Belə ki, əmtəə nişanından da göründüyü kimi əmtəə nişanı 2012-ci ildə alınmışdır. Halbuki, sərəncamda belə bir qeyd yoxdur. İddiaçının qeyd etdiklərindən fərqli olaraq, əsl məsələ budur ki, kafenin inşasını başa çatdırdıqdan sonra, 01 aprel 2013-cü ildə X8 adlı şəxslə icarə müqaviləsi bağlayaraq kafeni icarəyə vermişdir. Əmtəə nişanını İddiaçı 30 aprel 2013- cü ildə etibarnamə əsasında X3 vermişdir. Yəni əmtəə nişanın cavabdehin obyektinin tikintisi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı “TAPİDO kafe & restoranın tikintisinə həqiqətən aidiyyəti (şərik) olması barədə hər hansı sübut təqdim edə bilmədiyindən, iddia tələbində ləğv edilməsini tələb etdiyi çıxarışın verilməsinin onun hüquqlarını həqiqətən də pozmasını iddia edə bilməz. Beləliklə, çıxarışın ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət etməyə iddiaçının, ümumiyyətlə, subyektiv hüququ yoxdur. Bundan başqa iddiaçı qeyd e dir ki, çıxarışın verilməsinə əsas olmuş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2014-cü il tarixli 2(044)-2464/2014 saylı qətnaməsi ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(104)-2483/2021 saylı qərardadı ilə Gə ncə Şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2014-cü il tarixli 2(044)-2464/2014 saylı qətnaməsi yalnız buraxılmış prosessual nöqsanlara görə ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iddiaçının qeyd etdiyi apellyasiya məhkəməsinin qərardadı ilə cavabdehin iddia tələbi araşdırılmamış, iddia tələbinə hüquqi qiymət verilməmiş, yalnız prosessual hüquq qormalaranını pozulması ilə çıxarıldığından ərizə baxılmamış saxlanmışdır. O cümlədən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata aldıraraq çıxarış almaq hüququnu şübhə altına alacaq hər hansı müddəa qərardadda yoxdur. Yəni, iddia tələbi qanunsuz və əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X9 iddianı qəbul etməyərək göstərdi ki, çıxarışın verilməsində hər hansı qanun pozuntusu olmamışdır. İddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2014-cü il tarixli 2(044)-2464/2014 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində yerləşən tikililərə Cavabdeh2 mülkiyyət hüququnun tanınması və bu hüquqların qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. 19.09.2014-cü il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfində yerləşən ümumi sahəsi 302 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi keyestrdə qeydə alınmışdır.Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2018-ci il tarixli, 2(044)-3981/2018 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfindəki 0,0302 ha torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 1-ci mərtəbəsinin zirzəmidən ibarət qeyri-yaşayış binasının ətrafındakı 4560 kv.m ölçüsündə torpaq sahəsi cavabdehlər İddiaçı və X12 qanunsuz sahibliyindən alınaraq ümumi istifadəyə qaytarılması, həmin ərazidə 4560 kv.m ölçüsündəki torpaq sahəsi cavabdehlər İddiaçı və X12 hesabına əvvəlki vəziyyətinə gətirilərək torpaq sahəsinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş hasarın cavabdehlər İddiaçı və X12 hesablarına sökülməsi, həmin ərazidə 4560 kv.m ölçüsündəki torpaq sahəsində yerləşən iddiaçıya məxsus atraksionlar, aksessuarlar, avadanlıqlar, elektrik və suvarma qurğuları cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət olunmuşdur. . 01.04.2013-cü il tarixli icarə müqaviləsindən görünür ki, X1 şəhəri Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal şərqində yerləşən 302 kv.m kafeni 01.03.2014-cü il tarixədək aylıq 800 manat ödəmək şərti ilə X3 icarəyə vermişdir. 30.04.2013-cü il tarixli, 7E-09-5426 saylı reyestrdə qeydə alınmış etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 14.09.2012-ci ildə dövlət reyestrində qeyd olunmuş şəhadətnaməyə əsasən 2012 0801 nömrəli Tapido əmtəə nişanından istifadə etməyi X3 etibar etmişdir.Gəncə İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2-1(114)-1443/2021 nömrəli qərardadından görünür ki, iddiaçı X13 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli, 329 nömrəli və 26 aprel 2013-cü il tarixli, 676 nömrəli sərəncamlarının ləğv olunmasına dair iddiası mümkün sayılmamışdır. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 17.07.2012ci il tarixli əmtəə nişanından görünür ki, İddiaçı əmtəə nişanı verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2014-cü il tarixli, 2(044)-2464/2014 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində yerləşən tikililərə Cavabdeh2 mülkiyyət hüququ tanınmmışdır. Həmin qətnamə üzrə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfində yerləşən ümumi sahəsi 302 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(104)-2483/2021saylı qərardadına əsasən X18 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilərək Cavabdeh2 ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı iddia etmişdir ki, cavabdehin adına verilmiş çıxarışın əsası olan onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə ləğv olunaraq işin mahiyyəti üzrə araşdılımadığını və ərizəyə hüquqi qiymət verilmədiyini, «Tapido» əmtəə nişanının iddiaçıya aid olsa da iddiaçının həmin qeyri yaşayış obyektinə heç bir hüququnun olmadığını və iddiaçının bununla bağlı iddia qaldırmağa subyektiv hüququnun olmadığını göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 19.09.2014-cü il tarixli ******* nömrəli çıxarış üzrə cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə V.Xuluflu küçəsinin kəsişməsinin şimal-şərq tərəfində yerləşən ümumi sahəsi 302 kv.m olan qeyri-yaşayış binasını şərikli olaraq inşa etdiklərini iddia etsə də öz tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmiişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin(bundan sonra-MM) 148.2 ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd olunan qanunvericilikdən görünür ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız olduqda ylnız hüquqlarına toxunulmuş şəxs iddia qaldırmaq hüququna malikdir. İşin müəyyən olunmuş hallarından isə görünür ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə hüququ olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması; mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İddiaçının nümayəndəsi hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqlarının olmasını onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şiayti verilərkən X5 28 aprel 2021-ci il tarixli, 2(104)-2089/2021 nömrəli qərardadı ilə qətnamənin onların hüquq və vəzifələrinə toxunduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin göstərdiyi həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, həmin qərardad qəbul olunarkən işə mahiyyəti üzrə baxılmamış, tərəflərin iştirakı olmadan çəkişmə pirinsipinə əməl olunmadan qərardad çıxarılmaqla hazırki cavabdeh müdafiə hüquqlarından istifadə etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının göstəriyi dəlil əsaslı hesab edilə bilməz. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyun 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə iddiaçının hər hansı bir mötəbər sübut təqdim etməməsi habelə həmin əmlakın mülkiyyət hüququ üzrə cavabdehin adına rəsmi reyestrdə qeydə alınması məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İdd iaçı Əliyev Elf ak Akif oğlunun cavabdehlər Hacıh əsənov Ehtibar Hənifə oğluna və Az ə rbaycan Respu blikasının İqtis diyyat Na zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxar ışın ləğv olunması tə ləbinə d air iddiası ə sassız oldu ğundan təm in olunmasın. İş üzrə ödə nilmiş 20 manat d övlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədə n onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasi təsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ca vid Ta ğıy ev
Məhkəmə qərarları › İş №2(043)-2855/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2855/2021
12.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver