Məhkəmə qərarları › İş №2(043)-2986/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2986/2020

24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2986/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşdur. xx.xx.2015-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Cavabdehi nənəsi böyütmüşdür. Onlar ailə qurduqdan sonra cavabdehin nənəsi X2 öz mənzilini onların daimi yaşaması üçün vermiş və iddiaçını həmin mənzilə qeydiyyata aldırmışdır. Cavabdehin nənəsi ölənə kimi ona iddiaçı qulluq və qayğı göstərmiş, müalicəsinə pul xərcləmişdir. Ölən zaman dəfnində iştirak etmiş, bəzi xərcləri də çəkmişdir. 2016-cı ilin iyun ayında cavabdehin anası X8 iddiaçı evdə olmayan vaxt qızını görmək adı ilə gəlmiş, həmin vaxt həyat yoldaşını və uşağını ona bildirmədən götürüb aparmışdır. Cavabdeh mənzildən çıxan vaxt ona vida məktubu yazmış və məktubda ev nə vaxt satılsa ona düşən payın veriləcəyini yazmışdır. Sonradan cavabdehin yaxın qohumları gəlib cavabdehin cehiz əşyalarını yığıb aparmışdır. Bundan sonra yaşadığı mənzilə gedib daxil olmaq istədikdə qapının kilidi dəyişdirildiyi üçün mənzilə daxil ola bilməmişdir. 2018-ci ildə cavabdeh onunla olan nikahını pozdurmuşdur. ünvan 2 küçəsi, 1-ci döngə, ev ünvanda yerləşən 8 saylı mənzildə ailə üzvləri ilə birlikdə dörd il yaşamış, evin bütün kommunal xərclərini ödəmişdir. Cavabdehin nənəsi Ş.Əfəndiyeva mənzili həmişəlik onlara verdiyi üçün mənzilin təmir işlərinə 7000 manatdan artıq pul xərcləmişdir. Hazırda daimi yaşayış yeri yoxdur, Valideynlərinin evi darısqal olduğu üçün orada yaşaya bilmir. Mübahisəli mənzildən istifadə hüququ əldə etsə də ora daxil olub yaşaya bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2 küçəsi, ev 8, mənzil 8 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4418/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhatənamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahının pozulması xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 verilmiş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, ünvan 5 ünvanda yerləşən 8 saylı mənzil Gəncə ASAN Xidmət Mərkəzində notariat ofisində bağlanmış xx xxxx 2020-ci il tarixli, 4Ə-993 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən X1. Hazırda mənzil üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx xxxx 2020-ci il tarixli **********66-05101-093001 reyestr nömrəli çıxarış verilmişdir. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2015-ci il tarixdə yaranmışdır. Mübahisəli mənzil əvvəlcə cavabdehə məxsus olsa da sonradan onun tərəfindən başqa şəxsə satılmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə cavabdehlə nikaha daxil olmuş və həmin nikah xx xxxxxxx 2018-ci il tarixli qətnamə ilə pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında mənzildən istifadə ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir və iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat yoxdur. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri x xxxxxxx 2009-cu il tarixdən sonra yarandığından hüquq münasibətlərinə Mülki Məcəllənin 228.5-ci maddəsi də tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən x xxxxxxx 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi tərəflər arasında nikah 2018-ci ildə pozulmuş, bununla onların ailə münasibətlərinə xitam verilmişdir. Ailə münasibətlərinə xitam verilməsi həmin münasibətlər əsasında yaranmış mənzildən istifadə hüququnun da xitamına səbəb olur. Hazırda iddiaçının mübahisəli mənzildən istifadə hüququ olmadığından həmin hüququn həyata keçirilməsinin təmini üsulu kimi onun mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar