Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-300/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2, Cavabdeh3, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (iddiaçıların qanuni nümayəndəsi Nümayəndə1) cavabdehlər Cavabdeh3 və Gəncə şəhəri 2 saylı notariat kontoruna (üçüncü şəxs ƏMDX yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (iddiaçıların qanuni nümayəndəsi Nümayəndə1) cavabdehlər Cavabdeh3 və Gəncə şəhəri 2 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 14.12.2012-ci il tarixli, 4Ə-2-490 saylı bəxşeyiş müqaviləsinin etibarsız hesab edilərək, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 22,27 saylı mənzilə dair Cavabdeh3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən 10.01.2013-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlaka paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı2 Cabbar oğlunun X9 ilə birgə nigahından 11.04.1969-cu il tarixdə X1, 06.02.1971-ci il tarixdə Şahid 21.01.1973-cü il tarixdə Cavabdeh3 və 21.01.1973-cü il tarixdə X5 anadan olmuşdur. 08.10.2004-cü il tarixdə X11 ilə Nümayəndə1 rəsmi olaraq ailə həyatı qurmuşlar və onlar birgə nikahından onlar - iddiaçılar, yəni 27.09.2004-cü il tarixdə İddiaçı1, 14.12.2005-ci il tarixdə İddiaçı2 və 13.05.2010-cu il tarixdə İddiaçı3 anadan olmuşdur. Bundan başqa 19.01.2010-cu il tarixdə X9, 08.04.2020-ci il tarixdə X11, 07.12.2020-ci il tarixdə İddiaçı2 Cabbar oğlu vəfat etmişdir və 25.02.2021-ci il tarixdə bizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 vəfat etdikdən sonra digər vərəsələr kimi onlar məlumatı olmadan Cavabdeh3 2 saylı notariat ofisinin 14.12.2012-ci il tarixli, 4Ə-2-490 saylı bəxşeyiş müqaviləsinə əsasən babalarından miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, bina 2, 27 saylı mənzili adına keçirmiş və ona 10.01.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bütün bu əməliyyatlardan heç birinin məlumatı olmamışdır, bu yaxınlarda, yəni bu ilin noyabr ayında vəkilə müraciət etmişlər və vəkil DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə sorğu verdikdən sonra məlum olmuşdur ki, cavabdeh mərhum babalarından qalan miras əmlakı öz adına keçirmişdir. X1 07.01.2004-cü il tarixdən vəfat etdiyi günədək - 08.04.2020-ci il tarixə kimi Gəncə şəhər Kəpəz rayonu Əziz Əliyev küçəsi ev 2, mənzil 27-də qeydiyyatda olmasına və mərhum İddiaçı2 öz adına olan əmlakı sağlığında öz adını daşıyan nəvəsi Raizə vəsiyyət edəcəyini bildirməsinə baxmayaraq, Cavabdeh3 notariusa saxta sənədlər təqdim edərək vərəsələri gizlətmiş, ataları Ceyhun Hüseynovun razılığı olmadan bəxşeyiş müqaviləsinə əsasən babalarının adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, bina 2, 27 saylı mənzili öz adına keçirmişdir. Həmçinin Cavabdeh3 məhkəmədə onlara qarşı iddia qaldırarkən iddia ərizəsində qeyd etmişdir ki, mərhum İddiaçı2 Cabbar oğlu əsəblikdən, yaddaşsızlıqdan və hüşsuzluqdan əziyyət çəkmişdir, ev şəraitində müalicə olmuşdur. Göründüyü kimi Cavabdeh3 mərhum İddiaçı2 psixoloji problemi olduğunu bildirmişdir. Belə olan halda, bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməli və miras mülk vərəsələr arasında bərabər paylarla bölünməlidir. Məhkəmə iclasında iddiaçıların qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iş üzrə iddiaçılar onun mərhum qardaşı Ceyhun Hüseynovun uşaqlarıdır. Onların iddia ərizəsində qeyd etdiklərinin hamısı yalandır. Mərhum atası mübahisə predmeti olan evi sağlığında öz iradəsi ilə ona bağışlamış, həmin vaxt atası xəstə və ya anlaqsız olmamışdır. Həmin ev halhazırda dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs DƏDRX-in 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3nun adına mülkiyyət hüququ və həmin hüququ təsdiq edən çıxarış bağışlama müqaviləsi əsasında verilmişdir. Bununla belə, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Gəncə şəhəri 2 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, iddiaçılar onun mərhum qardaşı Ceyhun Hüseynovun uşaqları, cavabdeh Aybəniz Hüsyenova isə onun bacısıdır. ünvan 1 ünvanında yerləşən mənzil atasının mülkiyyətində olmuşdur. O, 2012-ci ildə həmin mənzili bacısı Cavabdeh3 bağışlamışdır. Atası İddiaçı2 2020-ci ildə vəfat etmişdir. Atasının son zamanlar səhhətində problem olsa da, 2012-ci ildə səhhətində heç bir problem olmamışdır. Atası qardaşı Ceyhunun ölümünə dözə bilmədiyi üçün vəfat etmişdir. İş materiallarına əlavə edilmiş X3 bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 İddiaçı2 Cabbar oğlunun adına qeydə alınmış, reyestr kitabında 16352 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunan Gəncə şəhəri 2 saylı notariat kontorunda 4Ə-490 reyestr nömrəli notariat işi üzrə 14.12.2012-ci il tarixdə bağlanmış daşınmaz əmlakın Bəxşeyiş (bağışlanma) müqaviləsinin surətindən görünür ki, Hüseynov X16 şəhəri, Ə.Əliyev küçəsi, ev 2, mənzil 27 ünvanında yerləşən mənzili Cavabdeh3 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhər 2 saylı notariat kontorunun 10.01.2014-cü il tarixli 4Ə-02-09 saylı alqı-satqı müqaviləsinə əsasən X10 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, ev 22, 54 saylı mənzili (47.4 kvm üç yaşayış otaqları, 20.6 kvm yardımçı sahə) Cavabdeh3 satmışdır. Alıcıya bu mənzilə 28.01.2014-cü il tarixii ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 14.12.2012-ci il tarixli 4Ə-2-490 saylı bəxşeyiş müqaviləsinə əsasən İddiaçı2 Cabbar oğlu ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, ev 2, 27 saylı mənzili (46.8 kvm üç yaşayış otaqları, 12.2 kvm yardımçı sahə) Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 bu mənzilə 10.01.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 4 saylı notariat kontorunun 04.09.2001-ci il tarixli 4-Ə-1-47 saylı alqı- satqı müqaviləsinə əsasən X12 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 27 saylı fərdi yaşayış evini (istifadədə olan 0.0427 ha torpaq sahəsində yerləşən 43.3 kvm iki yaşayış otaqları, 24.5 kvm köməkçi sahə, 3.8 kvm tambur, 20.3 kvm zirzəmi, tikili “B”-də 6.0 kvm hamam) Şahid satmışdır. Alıcıya bu əmlaka 10.09.2001-ci il tarixli 527 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin 05.10.2021-ci il tarixli 2V-235 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 253A saylı evdə yerləşən ümumi sahəsi 33.2 kvm olan qeyri-yaşayış sahəsi İddiaçı2 Cabbar oğlunun adından Şahid 3/4 hissə və İddiaçı1, İddiaçı2, X2 1/4 hissə adlarına keçmişdir, 3M-701 saylı miras payın bağışlanması müqaviləsinə əsasən İddiaçı1, İddiaçı2, X6 mülkdəki miras paylarını Şahid bağışlamışdırlar. Şahid bu əmlaka 21.10.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. ünvan 2 ünvanda hər hansı mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Nümayəndə1 nikahları 08.10.2004-cü il tarixdə 628 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 ilə Nümayəndə1 birgə nikahlarından 27.09.2004-cü il təvəllüdlü İddiaçı1, 14.12.2005-ci il təvəllüdlü İddiaçı2 və 13.05.2010-cu il təvəllüdlü İddiaçı3 anadan olmuşlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08.04.2020-ci il tarixdə “baş bronxların bədxassəli yenitörəməsi” xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Cabbar oğlu 07.12.2020-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş xroniki işemik” xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş 05.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08.04.2020-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsələri arvadı Nümayəndə1 və uşaqları İddiaçı1oviç, İddiaçı2oviç və İddiaçı3 hər biri ondan miras qalmış əmlaklardan ¼ hissədə miras payı əldə etmişlər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların cavabdehlərə qarşı hazırki iddia ərizəsinə baxılarkən, ilk öncə iddiaçların bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamaları müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) onun birinci növbə vərəsələri sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddiaçılar bağışlama müqaviləsinə əsasən bağışlanmış mənzilin əvvəlki mülkiyyətçisi İddiaçı2 Cabbar oğluna münasibətdə onun birinci növbə vərəsələri hesab olunduqlarından, onların hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqları vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların mərhum babaları İddiaçı2 sağlığında ona məxsus ünvan 3 ünvanda yerləşən mənzili 14.12.2012-ci il tarixdə qızı - hazırki iş üzrə Cavabdeh3 bəxşeyiş (bağışlama) müqaviləsi əsasında bağışlamış, həmin mənzilə dair sonuncunun mülkiyyət hüququ 10.01.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar qeyd olunan bəxşeyiş (bağışlama) müqaviləsinin etibarsız hesab edilməsini tələb etsələr də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Yuxarıda da qeyd edilən, iş materiallarına əlavə edilmiş 14.12.2012-ci il tarixli daşınmaz əmlakın Bəxşeyiş (bağışlanma) müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı2 Cabbar oğlu ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili qızı - Cavabdeh3 bağışlamışdır. Müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş, İddiaçı2 Cabbar oğlunun əl imzası ilə imzalanmış, Gəncə şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş sənədlər əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan bəxşeyiş (bağışlama) müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən bəxşeyiş (bağışlama) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçılar iddia ərizəsində ataları Ceyhun Hüseynov vəfat etdikdən sonra digər vərəsələr kimi onların məlumatı olmadan Cavabdeh3 04.12.2012-ci il tarixli bağışlama müqaviləsi əsasında babalarından miras qalmış həmin mənzili öz adına keçirdiyini bildirsə də, işin faktiki hallarından görünür ki, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh3 mülkiyyət hüququ İddiaçı2 ölümündən xeyli əvvəl, yəni 10.01.2013-cü il tarixdə qeydə alınmışdır. Bundan başqa, iddiaçılar iddia ərizəsində qeyd olunan bağışlama müqaviləsi bağlanan zaman mərhum İddiaçı2 səhhətində psixoloji problemlər olduğunu (əsəbilikdən, yaddaşsızlıqdan və huşsuzluqdan əziyyət çəkdiyini) qeyd edərək, həmin bağışlama müqaviləsinin əslində İddiaçı2 iradəsi ilə bağlanmadığını bildirərək, bu səbəbdən həmin müqavilənin etibarsız sayılmasını tələb etmişlər. İddiaçılar bununla bağlı iddia ərizəsində Cavabdeh3 onlara qarşı irəli sürdüyü iddia tələbində İddiaçı2 əsəbilikdən, yaddaşsızlıqdan və huşsuzluqdan əziyyət çəkməsini və ev şəraitində müalicə olunmasını qeyd etdiyinə əsaslanmışlar. Lakin, məhkəmə iclasında müəyyən edildi ki, bundan əvvəl iddiaçılara qarşı iddia tələbini Cavabdeh3 deyil, onun qardaşı Şahid qarşılıqlı iddia ərizəsi şəklində tələb irəli sürmüşdür. Həmin iddia ərizəsində isə Şahid atası İddiaçı2 bağışlama müqaviləsi bağlanan dövrdə deyil, qardaşı Ceyhun Hüseynovun 08.04.2020-ci il tarixdə vəfat etməsindən sonda atası İddiaçı2 səhhətində psixoloji problemlər olduğunu, əsəbilikdən, yaddaşsızlıqdan və huşsuzluqdan əziyyət çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində də atasının son zamanlar səhhətində problem olsa da, 2012-ci ildə səhhətində heç bir problem olmadığını, atasının qardaşı Ceyhunun ölümünə dözə bilmədiyi üçün vəfat etdiyini bildirmişdir. İddiaçılar qeyd edilən haldan başqa bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas gətirməmiş, müqavilənin etibarsız hesab edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli mənzilə dair Cavabdeh3 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair bağlanmış 14.12.2012-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Məhkəmə, həmçinin iddianın əmlakda payın müəyyən edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən bağışlama müqavləsinin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (iddiaçıların qanuni nümayəndəsi Nümayəndə1) cavabdehlər Cavabdeh3 və Gəncə şəhəri 2 saylı notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-300/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-300/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver