Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3020/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 sentyabr 2016-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış 18200 manat pulun, yəni ona dəymiş maddi zərərin ödənilməsi, aralarında bağlanmış 27 sentyabr 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş, ona məxsus olan Gəncə şəhəri. H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə, yəni ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin xahiş etdi hissəsində tələb olunan olunan 18200 manat pulun hansı vaxtdan yəni hansı ildən-hansı ilədək (ayadək) hesablanması göstərilmədiyindən, habelə aralarında bağlanmış müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyi üçün 04 oktyabr və 25 oktyabr 2021-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iddiaçıya göstərilən nöqsanların aradan qaldırılması təklif olunmuş və məhkmə iclasları təxirə salınaraq 17.11.2021-ci il tarixə saat 12:00-a təyin olunmuşdur. Lakin iddiaçı müəyyən olunmuş müddətdə işin mahiyyəti üzrə baxılmasına maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə isclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçıya iddia ərizəsinin baxılmamış saxlanmasına səbəb olan nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3020/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3020/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver