Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3023/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** DB *** dövlət qeydiyyat nişanlı “KİA CERATO” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin onunla Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, iddia ərizəsində göstərilməsinə baxmayaraq məhkəmənin dəftərxanası tərəfindən poçt zərfi açılarkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd aşkar edilməmiş və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmçinin müəyyən etmişdir ki, iddia tələbində qeyri-müəyyənlik olmaqla, cavabdehlərin hər birinə yönələn tələb müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı ** DB *** dövlət qeydiyyat nişanlı “KİA CERATO” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin onunla Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbinin əsaslandırma hissəsində isə iddiaçı avtomobili Cavabdeh1la aralarında olan razılaşmaya əsasən pul verərək aldığını qeyd etmiş, Malik Hüseynovla bağlı hər hansı bir razılaşmanın olmasını və onun bu tələbə aidiyyatının olmasını göstərməmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh2 yönələn tələbini iddia ərizəsində əsaslandırmamaqla yanaşı ona yönələn tələbini göstərməmişdir. Bununla da tələbin Cavabdeh2, yönəlməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 108, 149-152, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3023/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3023/2021
06.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver