Məhkəmə qərarları › İş №2(043)-307/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-307/2021

04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-307/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı X1, Cavabdehlər Cavabdeh9 və X4, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayonu Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, X6, Cavabdeh6 cavabdehlər X7, Cavabdeh8 və Cavabdeh9 qarşı «barının sökülməsi və yolun açılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, X6, Cavabdeh6 cavabdehlər X7, Cavabdeh8 və Cavabdeh9qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Gəncə şəhəri, Dəmiryolualtı Çay depo qəsəbəsi, 12-ci küçədə zəbt olunmuş ümumi istifadədə olan yolun açılmasına və özbaşına inşa edilmiş barının sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar və cavabdehlər Gəncə şəhəri, Dəmiryolualtı Çay depo qəsəbəsində 12-ci küçədə qonşuluqda yaşayırlar. Cavabdehlər onların ümumi istifadələrində olan yolu öz torpağına qataraq hasarlamışlar. Bütün küçə sakinlərinin ümumi yoldan istifadə hüququnu məhdudlaşdırmışlar. Nəticədə əgər yanğın baş verərsə, yanğınsöndürən maşınların girməsi çətinləşmiş, təcili yardım çağırılarsa, yenə də evlərə girmək çox çətindir. Pandemiyadan qabaq onlar küçə sakinləri cavabdehlərin ümumi istifadədə olan yolu bağlamaları barədə şəhər İcra Hakimiyyətinə, bələdiyyəyə, Polis İdarəsinə müraciət etmişlər. Bələdiyyənin, İcra Hakimiyyətinin nümayəndələri və sahə müvəkkilinin iştirakları ilə həmin ümumi istifadədə olan yola baxış keçirilmiş və qərara alınmışdır ki, 3 gün müddətində traktor təşkil olunub cavabdehlərin hördükləri barı uçurulsun, yol açılsın. Lakin, pandemiya başladığından iş yarımçıq qalmış. Bundan istifadə edən cavabdehlər həmin ümumi istifadədə olan yolu hasarlayıb öz torpaqlarına qatmışlar. Bu haqda onlar küçə sakinləri polisə, İcra Hakimiyyətinə, Bələdiyyəyə müraciət etmiş, lakin tövsiyə edilmişdir ki, məhkəməyə müraciət etsinlər. Odur ki, hazırki ərizə ilə müraciət edirlər. Məhkəmə iclasında iddiaçı X2 iddia əizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh9 iddianı qəbul etməyərək izahatlarında bildirdilər ki, torpaq sahəsi onlara ayrıldıqdan sonra həmin vaxtdan torpaq sahəsini hasarlamış və evlərini tikmişlər. Həmin vaxt qeyd edilən ərazidə yol olmamışdır. Hazırda iddiaçılar hesab edir ki, yolu onlar bağlamışlar. Lakin, bu düzgün deyil. Çünki, həmin ərazidə torpaq sahəsini ilkin olaraq hasarlayanlardan biri o olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 da iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X8 izahatında bildirdi ki, mübahisəli ərazi Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin mülkiyyətindədir. Gəncə çay stansiyası yaşayış massivinin bələdiyyə tərəfindən intervalaşması vaxtı 2013-2014-cü illərdə mübahisəli olan ərazidə yol olmamışdır. Sakinlər həmin ərazidə onlara ayrılmış torpaq sahələrini kordinatları müəyyən edilmədən öz aralarında bölüşdürmüşlər və hazırda bir-birilərinə qarşı yolun açılması barədə tələb irəli sürürlər. Halbuki həmin ərazinin yer quruluşunda yol nəzərdə tutulmamışdır. Odur ki, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan arayışların, çıxarışların surətlərindən və digər sənədlərdən, eləcə də tərəflərin izahatlarından görünür ki, Gəncə-Çay stansiyası ərazisində bağçılıq üçün ayrılmış torpaq sahələrindən İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X6, Cavabdeh6, X7, Cavabdeh8 və Cavabdeh9 müxtəlif ölçülərdə torpaq sahələri ayrılmışdır. Həmin sənədlərlə ayrılan torpaq sahələrinin döngə kordinatları göstərilməmişdir. Məhkəmə iclasında da tərəflər onların istifadəsində olan torpaq sahələrinin döngə kordinatları ilə bağlı hər hansı sənəd təqdim etməmişlər. Belə olan vəziyyətdə, cavabdehlər tərəfindən tikilmiş tikililərin yerləşdiyi ərazinin həqiqətən də yol sahəsinə aid olub olmamasını müəyyən etmək mümkün deyil. Çünki, torpaq sahəsinin yerini dəqiq müəyyən etmək onun kordinatları əsasında mümkün ola bilər. Digər tərəfdən, Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsi tərəfindən verilmiş 04/908 nömrəli 13.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncəçay stansiyası yaşayış massivinin torpaq sahələri Azərbaycan Dövlət Dəmir Yol müəssisələrinin ayrı-ayrı həmkarlar komitələri tərəfindən işçilərə bağçılıq üçün verilmişdir. Ötən dövrlərdə ərazidə bir qrup vətəndaşlar plansız halda torpaq sahələrini zəbt etmişlər. Gəncəçay stansiyası yaşayış massivinin bələdiyyə tərəfindən inventarlaşması vaxtı 2013-2014-cü illərdə mübahisəli olan ərazidə yol olmamışdır. Göründüyü kimi, iddiaçıların iddia tələbinin əsası kimi isnad etdiyi hal, yəni mübahisəli ərazidə əvvəllər yolun mövcud olması və cavabdehlər tərəfindən yol sahəsinə aid olan torpaq sahəsinin zəbt olunması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, X6, Cavabdeh6 cavabdehlər X7, Cavabdeh8 və Cavabdeh9 qarşı «barının sökülməsi və yolun açılması» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar