Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3100/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə sığorta ödənişinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X11 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Vectra” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1770 (bir min yeddi yüz yetmiş) manat və “VAZ 11113” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1500 (bir min beş yüz) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3300,40 (üç min üç yüz manat qırx qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi “VAZ 2106” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olan zaman “Azərbaycan” inşaat mağazasının qarşısında yolun əks hərəkət zolağına çıxıb qarşıdan gələn “Opel Vectra” markalı 20- DR-374 dövlət qeydiyyat nişanlı və “VAZ 11113” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toquşaraq qeyd olunan avtomobilərə maddi zərər yetirmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh sərxoş halda nəqliyyat vasitəsini idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(043)-440/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablanması aktlarına uyğun olaraq, “Opel Vectra” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1770 manat və “VAZ 11113” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 053035 saylı sığorta aktı üzrə 1770 manat və 053033 saylı sığorta aktı üzrə 1500 manat olmaqla İddiaçı Sığorta Şirkəti tərəfindən hər iki avtomobil üzrə ümumilikdə 3270 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, X2 Mövcudluğun Yoxlanılması barədə məlumatdan müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ilə X3 arasında xx.xx.2017-ci il tarixdə PAT********** saylı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Müqavilənin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edimiş AD seriyalı, 083334 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 3(043)-440/2018 saylı qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi “VAZ 2106” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olan zaman “Azərbaycan” inşaat mağazasının qarşısında yolun əks hərəkət zolağına çıxıb qarşıdan gələn “Opel Vectra” markalı 20- DR-374 dövlət qeydiyyat nişanlı və “VAZ 11113” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq qeyd olunan avtomobillərə maddi zərər yetirmişdir. Yoxlama zamanı Cavabdeh sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) törətməkdə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər rayonlararası narkoloji dispaserdən alınmış xx.xx.2018-ci il tarixli 1468/2018 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edimiş xx.xx.2018-ci il tarixli 053033 saylı və xx.xx.2018-ci il tarixli sığorta aktlatından görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən 1500 manat məbləğində sığorta ödənişinin X7 və 1770 manat məbləğində sığorta ödənişinin X4 hesablarına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı X11 Səhmdar Cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli 7929 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta ŞirkətiASC tərəfindən X5 bank hesabına 1770 manat köçürülmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı” X11 Səhmdar Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli 7758 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X7 bank hesabına 1500 manat köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası qanunun 25.1.2-ci maddəsinə əsasən həmin qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx xxx 2018-cı il tarixdə Gəncə şəhəri ərazisində Cavabdeh tərəfindən idarə olunan “VAZ-2106” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Opel Vectra” markalı, **-DR-*** və “VAZ-11113” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillərə toqquşmuş, yol nəqliyyat hadisəsinin baş verməsinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 3(043)-440/2018 saylı qərarınına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən “Opel Vectra” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1770 manat, “VAZ-11113” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1500 manat zərər məbləği ödənilmişdir. X1 hadisəsi hesab olunan yol-nəqliyyat hadisəsini nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən törətdiyindən onun mülki məsuliyyətini sığorta etmiş və buna görə sığorta ödənişi etmiş iddiaçının hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də subroqasiya qaydasında Cavabdeh 3270 (üç min iki yüz yetmiş) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh suroqasiya qaydasında 3270 (üç min iki yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 3300,40 (üç min üç yüz tam yüzdə qırx) manat məbləğində pul tutularaq İddiaçı X11 Səhmdar Cəmiyyət hesabına ödənilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3100/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3100/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver