Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3105/2019 22.11.2019 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X12 iclas katibliyi, İddiaçı1, iddiaçıların vəkili X13, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X3 və X9 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna, Gəncə “ASAN xidmət” mərkəzinin Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş Çıxarışların ləğv edilməsi, miras mülklərin əvvəlki vəziyyətə qayıtması, miras əmlaka vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X14 və X25 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, “Asan xidmət” mərkəzində notariat kontorunun 07.06.2014-cü il tarixli 2V-01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə; həmin şəhadətnamələr əsasında Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə görə cavabdehə verilmiş 06.02.2018-ci il tarixli **********29-10301 reyestr nömrəli Çıxarışın, eləcə də Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə görə Cavabdeh1 verilmiş Çıxarışın, Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı mülkə görə Cavabdeh1 adına qeyd edilmiş 13.06.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilərək, mülklərin və torpaq sahələrinin əvvəlki vəziyyətə qaytarılmasına; həmin əmlaklara dair mirasın qəbul edilməsi faktı müəyyən edilməklə, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı mülkdən və Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 İddiaçı1 qaynıdır, yəni mərhum əri X10 qardaşıdır. Samux rayonu, Alıuşağı kəndində JN 021F(Kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qaynanası X20 adına işlənilmiş 0,14 ha torpaq sahəsində Dilquşad Abdullayeva ilə mərhum qaynatası İddiaçı3 Adil oğlu ilə birlikdə mülk tikdirmişlər. X26 02.08.2015-ci il tarixdə, İddiaçı3 Adil oğlu 20.12.1992-ci il tarixdə, X35 isə 01.07.2012-ci il tarixdə vəfat etmişdir. Nizami Abdullayev valideyinləri ilə birlikdə mübahisəli mülkdə yaşamış, valideyinlərinin vəfatından sonra da ölənədək onlarla birlikdə həmin mülkdə yaşamışdır. Hələ sağlığında X59 rayon məhkəməsinə müraciət edərək anasından qalmış miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddia qaldırmışdır. Lakin, torpaq sahəsinin üzərindəki tikililər daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alımamış olduğu üçün həmin iş Samux rayon məhkəməsinin 21.04.2015-ci il tarixli qərardadı ilə dayandırılmışdır. Bundan sonra, Cavabdeh1 mülkü X20 adına qeydiyyata saldırmış, daha sonra Nizami Abdullayevin ölməsindən istifadə edib Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında bütün mülkü və X27 məxsus Samux rayonu Alıuşağı kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsini öz adına qeydə saldırmışdır. Mülkə görə cavabdehə 06.02.2018-ci il tarixli **********29-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra, Cavabdeh1 tərəfindən onlara qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırılmış, Samux rayon məhkəməsinin 16.07.2018-ci il tarixli 2(058)-578/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, o X26 ilə 1973-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, həmin vaxtdan hazırkı vaxta qədər orada yaşamışlar. Hələ İddiaçı3 vaxtından o, mülkdən onların payları faktiki olaraq ayırıb verilmiş, onlar da həmin 2 otağın qarşısından öz vəsaitləri hesabına 1 örtülü aynabənd, 1 mətbəx, hamam, tualet tikdirmişlər. Vərəsəlik işinə dair notariat işindəki Cavabdeh1 vərəsəlik şəhadətnaməsi alması üçün verdiyi ərizədən görünür ki, o, vərəsələrin dairəsini notariusdan gizlətmiş, X4 və X2 başqa vərəsələr olmadığını yazmışdır. Lakin, notariat işində nümayəndəlik tərəfindən verilmiş arayışda X20 vərəsələri sırasında X26 göstərilmişdir. Bundan başqa, Cavabdeh1 “Asan xidmət” mərkəzində Notariat kontorunun 07.06.2014-cü il tarixli 2V-01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı3 Adil oğlu və X20 birgə nikah dövründə əldə etdikləri, İddiaçı3 Adil oğlunun adına qeyd edilmiş Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı mülkü 13.06.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında öz adına qeyd etdirmişdir. Həmin iş üzrə notariat işindəki materiallardan görünür ki, Cavabdeh1 özündən başqa cəmi bir nəfəri X6 vərəsə olduğunu göstərmişdir. Onu da ona görə göstərmişdir ki, Cəmilə Abdullayeva mirasdan imtina etmişdir. Həmin mülkə görə İddiaçı3 cavabdehə vəsiyyətnamə vermişdir. Lakin, İddiaçı3 ilə Dilquşad Abdullayeva 24.01.1935-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Odur ki, İddiaçı3 vəsiyyətnaməsi yalnız mülkün ona məxsus olan ½ hissəsinə aid olduğu üçün mülkün mərhum Dilquşad Abdullayevə aid digər yarısından Nizami Abdullayevin miras payı olmuşdur. Ona görə də mülkün tam olaraq Cavabdeh1 adına qeyd edilməsi qeyriqanunidir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi, miras əmlaklarda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) X31 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun 25.01.2018-ci il tarixli 2V-1-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, “Asan xidmət” mərkəzində notariat kontorunun 07.06.2014-cü il tarixli 2V-01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş Çıxarışların ləğv edilməsini, iddiaçıların miras əmlakda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini və iddianın təmin olunmamasını xahiş etdi və bildirdi ki, onun atası İddiaçı3 Ədil oğlu - 1992-ci ildə, anası X35 - 2012-ci ildə, qardaşı X26 - 2015-ci ildə vəfat etmişlər. Qardaşı Nizam 1992-ci ildə Gəncədə yaşamaq üçün ev alıb ailəlikcə köçüb və qeydiyyata düşüblər. Qardaşları və bacısı, atası və anası vəfat edəndən sonra heç birinin vərəsəliyi qəbul edilməyib. Qanunun tələbinə görə vərəsəlik hüququ miras payında yaşamaqla, vəsiyyətnamə ilə və yaxud 6 ay müddətində mirası qoyan şəxsin ölümündən sonra vərəsəlik şəhadətnaməsi almaqla vərəsə hesab olunur. Bu halda qardaşlar və bacısı vərəsə kimi tanınmayıblar, deməli onlar qanunun tələbinə görə vərəsə ola bilməzlər. Digər tərəfdən iddiaçı Samux rayon Alıuşağı kəndində ona miras payı qalan mülkiyyətində olan mülkdən pay istəməsində haqqlı deyildir. Belə ki, 2003-cü ildə mərhum qardaşı Nizami ailəsinin razılığı ilə digər qardaşı Səbahəddinin qızı Abdullayeva Familədən 2000 ABŞ dolları almış, ona mülkə dair öz hüquqlarını vermiş, mülkə dair öz hüquqlarını vermiş, mülkə dair heç bir iddia sürməməsi ailəlikcə vəd etmişlər. Ona qarşı yalnız X55 rayonundakı mülkə dair iddia irəli sürə bilər. Qeyd etdiklərini nəzərə alaraq iddiaçı məhkəmə tərəf olmadığı üçün onun iddiası rədd edilməlidir. İş üzrə cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Kontoru, Gəncə “ASAN xidmət” mərkəzinin Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq iş üzrə heç bir etirazlarının və təkliflərinin olmadığını bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayev X30 Dilquşad Əli qızı ilə 24.01.1935-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi dərəsinin 03 may 2019-cu il tarixli **********81 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kirovabad şəhər notariat kontorunun 16.09.1947-ci il tarixli 9713 saylı bağışlama müqaviləsinə əsasən X52 ona məxsus Kirovabad şəhəri, Vəzirov küçəsi, 91 saylı fərdi yaşayış evinin 20.0 kvm, 12,5 kvm, 11.3 kvm üç yaşayış otaqlarını X46, 16.7 kvm bir otağını X36 bağışlamışdır. Əmlakın bölgüsündən sonra X41 adına ünvanı Vaqif küçəsi, 190 olan fərdi yaşayış evinin yerləşdiyi320.0 kvm torpaq sahəsinə dair 07.10.1959cu il tarixli torpaq qeydi tərtib edilmişdir. 2 saylı notariat kontorunun 14.03.1968-ci il tarixli 2-94 saylı alqı-satqı müqaviləsinə əsasən X58 mülkünün 16.2 kvm bir yaşayış otağı olan “B” literli ış evindən ibarət hissəsini İddiaçı3 Adil oğluna satmışdır. Əmlak bölündükdən sonra İddiaçı3 Adil oğluna satılmış mülkün ünvanı Vaqif küçəsi, 10-cu dalan, 5 olmuşdur. Gəncə rayon X60 İcraiyyə Komitəsinin 27.10.1988-ci il tarixli qərarının 15 nömrəli protokoluna əsasən Vaqif küçəsi, 10-cu dalan, 5 saylı ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş 21.7 kvm yaşayış sahəsinin, 14.8 kvm köməkçi sahəsinin, 15.7 kvm açıq eyvanın qanunlaşması haqqında rəy təsdiq edilmiş və həmin tikililər İddiaçı3 Adil oğlunun mülkiyyətində saxlanılmışdır, ona 28.02.1989-cu il tarixli 1606 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra İddiaçı3 Adil oğlunun adına 27.03.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 07.06.2014-cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh1 adına keçmişdir və ona 13.06.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Nikah Vərəqəsinin surətindən görünür ki, İddiaçı3 ilə Dilquşad Abdullayeva 24.01.1935-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3yış evi 27.03.2014-cü il tarixdə İddiaçı3 Adil oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında əlavə edilmiş, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Adil oğlu 20.12.1992-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 07 iyun 2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Adil oğlu 20 dekabr 1992-ci ildə vəfat etmiş atası İddiaçı3 Adil oğlunun mülkiyyətində olan ünvan 3yış evinə dair vərəsəsi kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3yış evi Cavabdeh1 adında qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, hal-hazırda ünvanı ünvan 3yış evi 13.06.2014-cü il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 22.01.2018-ci il tarixdə X20 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqda şəhadətnamənin surətindən görünür ki, X35 01 iyul 2012-ci ildə ölmüşdür. İş materiallarında olan Alıuşağı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 01.07.2012-ci il tarixdə vəfat etmiş X20 ölümündən sonra onun oğlu 17.12.1939-cu il təvəllüdlü X15; oğlu 20.05.1944-cü il təvəllüdlü X26; oğlu 10.08.1954-cü il təvəllüdlü Cavabdeh1; qızı X21 qalmışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 01.07.2012-ci ildə ölmüş anası X20 vərəsləri o, yəni, Cavabdeh1, X22, oğlu X7r onlardan başqa vərəsələr yoxdur. İş materiallarına əlavə edilmiş X5 Notariat kontoruna ünvanlanmış ərizəsinin surətindən görünür ki, 01.07.2012-ci il tarixdə vəfat etmiş anası X16 miras qalmış daşınar və daşınmaz əmlakdan ona çatası miras payını ərizə yolu ilə qəbul etməmişdir, etmir, gələcəkdə də həmin mülkə dair heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş X6 Notariat kontoruna ünvanlanmış ərizəsinin surətindən görünür ki, 01.07.2012-ci il tarixdə vəfat etmiş anası X16 miras qalmış daşınar və daşınmaz əmlakdan ona çatası miras payını ərizə yolu ilə qəbul etməmişdir, etmir, gələcəkdə də həmin mülkə dair heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 5 saylı notariat kontorunun 25.01.2018-ci il tarixli V-161/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107 kvm olan fərdi yaşayış evinə Cavabdeh1 tam hissədə payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 06.06.2018-ci il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 03 yanvar 1973-cü il tarixli, AZ 221778 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Nizami Cahangir oğlu ilə 03.01.1973-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqda şəhadətnamənin surətindən görünür ki, X26 02 avqust 2015-ci ildə ölmüşdür. İş materiallarında olan Samux rayon Məhkəməsinin 2(058)-578/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı1, X23 və X8 qarşı cavabdehlərin ona məxsus Samux rayonu Alıuşağı kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2018-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən görünür ki, O Gəncə şəhəri 05 saylı notariat konturunun xüsusi notariusu X53 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 28.04.2017-ci il tarixdə ölmüş X20 vərəsəsi ünvan 4ində qeydiyyatda olan oğlu- Cavabdeh1 (AZE 17059410, 09/02/2017 -ASAN-GƏNCƏ) miras əmlakdan tam hissədə pay alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, mərhum X24 qanun üzrə vərəsəsi olaraq Cavabdeh1 miras əmlakda tam hissədə pay verilmiş, verilən miras əmlaklar – ƏMDK-nin yanında DƏDRX-nin 03 saylı Ərazi İdarəsi tərəfindən 22/01/2018 tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X27 məxsus olan ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evindən; ƏMDK-nin yanında DƏDRX-nin 03 saylı Ərazi İdarəsi tərəfindən 22/04/2015 tarixdə verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X27 məxsus olan ünvan 4i ünvanında yerləşən 0.137 ha torpaq sahəsindən; ƏMDK-nin yanında DƏDRX-nin 03 saylı Ərazi İdarəsi tərəfindən 22/04/2015 tarixdə verilmiş **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum- X27 məxsus ünvan 4i ünvanında yerləşən 0.0977 ha torpaq sahəsindən ibarətdir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan İddiaçı3 Adil oğlu 24 yanvar 1935-ci ildə X35 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə mübahisəli mülklər, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 10-cu dalan, ev 5 ünvanda yerləşən və Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evləri onların birgə nikah dövründə əldə edilmişdir. Həmin əmlaklar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddələrinin tələbinə görə onların birgə mülkiyyəti hesab olunur. Mülki Məcəllənin 225.6-cı maddəsi və Ailə Məcəlləsinin isə 33-cü maddəsinin tələbinə görə ər-arvadın belə ümumi əmlakı üzərində sərəncam vermək, yəni onu özgəninkiləşdirmək hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər və belə razılıq notarial qaydada təsdiq olunmuş formada verilməlidir. Bu qaydaları pozmaqla bağlanmış əqd hüququ pozulmuş tərəfə onu mübahisələndirmək haqqı verir. Mülki Məcəllənin 225.6-cı maddəsi isə belə mübahisənin həlli zamanı əmlakın özgəninkiləşdirilməsinə razılıq verməmiş tərəfin haqlarını müdafiə edir və qeyd edir ki, “daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab olunur. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı əldə edən olduğu hallara da aiddir”. Göründüyü kimi, bu maddə nəinki adi hallarda, hətta hazırki işdə olduğu kimi, vicdanlı alıcı kateqoriyasının mövcudluğu halında belə, birgə mülkiyyətçi olan ərin (arvadın) hüquqlarını müdafiə edir və onların birgə mülkiyyəti barədə qarşılıqlı razılıq olmadan bağlanmış əqdi etibarsız hesab edir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı3 Adil oğlu ilə X20 birgə nikahından dörd övladları olmuşdur. Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi evini İddiaçı3 ilə Dilquşad Abdullayeva birgə nikah dövrlərində əldə etmişlər. 20.12.1992-ci il tarixdə İddiaçı3 vəfat etmiş və onun birinci növbə X35, X15, X26, Cavabdeh1 və X22 olmaqla beş vərəsəsi qalmışdır. X35 01.07.2012-ci il tarixdə vəfat etmişdir. Digər vərəsələr X15 və X22 notariat kontoruna ərizə verərək mirası qəbul etmədiklərini və qəbul etmək fikirlərinin olmadığını, gələcəkdə miras əmlakın qəbul müddətinin bərpası üçün məhkəmədə heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. İddiaçı3 vərəsəsi olaraq onun mirasını arvadı X35, X26, Cavabdeh1 qəbul etmişlər. Miras qoyan tərəfindən isə yalnız mülkiyyətində olan ünvan 7 ünvanına dair oğlu Cavabdeh1 vəsiyyət edilmişdir. Gəncə “ASAN xidmət” Mərkəzində notariat kontorunun 07.06.2014-cü il tarixli 2V-01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən miras qalmış Gəncə şəhəri Vaqif küçəsi 10 dalan, 5 nömrəli fərdi yaşayış evi tam şəkildə Cavabdeh1 adına sənədləşmiş, bu fərdi yaşayış evinə dair AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən 27.03.2014-cü il tarixli Çıxarış verilmişdir. Bundan başqa İddiaçı3 miras qalan digər əmlak Samux rayonu Alıuşağı kəndində yerləşən 0,14 ha ərazidə yerləşən fərdi yaşayış evi olmuşdur. İddiaçı3 ölümündən sonra onun arvadı X20 adına həmin əmlaka AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən 22.01.2018-ci il tarixli Çıxarış verilmişdir. X20 2012-ci ildə ölümündən sonra onun mirasını oğlanları X26, Cavabdeh1 faktiki qəbul etmişlər. Mirasın qəbul edilməsi zamanı X26 məhkəməyə müraciət etmiş və miras əmlakın sənədləşməsi müddətində vəfat etmişdir. İş materiallarından göründüyü kimi Nizami Abdullayev 2015-ci ildə yəni 1992-ci ildə vəfat etmiş atası İddiaçı3 və 2012-ci ildə vəfat etmiş anası Dilquşad Abdullayevada sonra ölmüşdür. Onlardan miras qalan əmlaklardan imtina etməmiş, eyni zamanda ölən günədək anası ilə birlikdə eyni fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etdiyini göstərmişdir. Bundan sonra Cavabdeh1 Gəncə şəhəri 5 saylı notariat kontoruna müraciət etmiş, Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, mərhum X24 qanun üzrə vərəsəsi olaraq Cavabdeh1 miras əmlakda tam hissədə pay verilmiş, verilən miras əmlaklar – ƏMDK-nin yanında DƏDRX-nin 03 saylı Ərazi İdarəsi tərəfindən 22/01/2018 tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X27 məxsus olan ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evindən; ƏMDK-nin yanında DƏDRX-nin 03 saylı Ərazi İdarəsi tərəfindən 22/04/2015 tarixdə verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X27 məxsus olan ünvan 4i ünvanında yerləşən 0.137 ha torpaq sahəsindən; ƏMDK-nin yanında DƏDRX-nin 03 saylı Ərazi İdarəsi tərəfindən 22/04/2015 tarixdə verilmiş **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum- X27 məxsus ünvan 4i ünvanında yerləşən 0.0977 ha torpaq sahəsindən ibarət olmuşdur, həmin əmlaka dair AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. İş üzrə iddiaçılar mərhum X26 öldükdən sonra onun birinci növbə vərəsəsi arvadı İddiaçı1, oğlanları İddiaçı4 və X32 qalmışdır. X28 öldüyündə onun birinci növbə İddiaçı2 və X14 olmaq birinci növbə vərəsələri qalmışdır. Vərəsələr miras qoyanla birlikdə yaşamaqla mirası faktiki surətdə qəbul etmişlər, işin bu halı iddiaçılar tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin1146.-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə). Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246.-cü maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247.-cü maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Məhkəmə qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlara əsasən həmçinin müəyyən edilir ki, İddiaçı3 20.12.1992-ci il tarixdə vəfat etdiyinə görə ondan miras qalmış Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evi İddiaçı3 ilə Dilquşad Abdullayeva birgə nikah dövrlərində əldə edilmiş əmlakdır və hər birinin payı ½ olmaqla bərabər hesablanır. İddiaçı3 birgə nikah dövründə əldə etdiyi əmlakın öz payına düşən ½ hissəsinə oğlu Cavabdeh1 01 noyabr 1988-ci ildə təsdiq edilmiş 24-487 nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə vermiş, Dilquşad Abdullayeva birgə nikah dövrlərində əldə edilmiş həmin əmlakla bağlı hər hansı bir iradə ifadəsini bildirməmişdir, lakin Cavabdeh1 həmin vəsiyyətnaməyə əsaslanaraq, digər vərəsələrin olmasını və mirası faktiki qəbul edən şəxləri gizlətməklə 2014-cü ildə notariat kontoruna müraciət edərək, Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı mülkü bütünlüklə Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 07.06.2014-cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən adına keçirmişdir və ona bu əmlakla bağlı 13.06.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa Nizami Abdullayev 2015-ci ildə yəni 1992-ci ildə vəfat etmiş atası İddiaçı3 və 2012-ci ildə vəfat etmiş anası Dilquşad Abdullayevadan sonra ölmüşdür. Onlardan miras qalan əmlaklandan imtina etməmiş, eyni zamanda ölən günədək anası ilə birlikdə eyni fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etdiyini göstərmişdir. Bundan sonra Cavabdeh1 Gəncə şəhəri 5 saylı notariat kontoruna müraciət etmiş, Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, mərhum X24 qanun üzrə vərəsəsi olaraq Cavabdeh1 miras əmlakda tam hissədə pay almış, adına ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evin dair 06.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, ünvan 4i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsinə və 0.0977 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları əldə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamələr verilərkən həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin tələbləri eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin 01 noyabr 1988-ci ildə təsdiq edilmiş 24-487 nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə əsasında Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən 07.06.2014-cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notarius, miras əmlak hesab olunan Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak olmasını, vərəsələrin dairəsini və digər vərəsələrin miras əmlakı faktiki surətdə qəbul etməsinə diqqət yetirməmiş, həmçinin Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun notariusu 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən, vərəsələrin dairəsini müəyyən etməmiş və digər vərəsələrin həmin əmlakı faktiki surətdə qəbul etməsinə diqqət yetirməmiş, nəticədə sözügedən şəhadətnamələr verilmişdir ki, həmin şəhadətnamələrdə etibarsızdır. Mülki Məcəllənin1273-1.-ci maddəsinin tələbinə görəvərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Mülki Məcəllənin1262.-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1252.-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253-cü maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən 07.06.2014-cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Gəncə şəhər 5 saylı Dövlət notariat kontoru 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamələr əsasında miras əmlaklara dair Cavabdeh1 adına AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən Çıxarışlar ləğv edilməlidir. Miras qalmış əmlaklar üzərində vərəsələrin payı müəyyən edilməlidir. Məhkəmə, Cavabdeh1 qardaşı X10 1992-ci ildən Gəncədə yaşamaq üçün ev alıb ailəlikcə köçüb və qeydiyyata düşməsi, qardaşları və bacısı, atası və anası vəfat edəndən sonra heç birinin vərəsəliyi qəbul etməməsi, 2003-cü ildə mərhum qardaşı Nizami ailəsinin razılığı ilə digər qardaşı Səbahəddinin qızı Abdullayeva Familədən 2000 ABŞ dolları alması, ona mülkə dair öz hüquqlarını verməsi və mülkə dair heç bir iddia sürməməsi ailəlikcə vəd etmələri barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh bu dəlilləri ilə qardaşı X10 mirası qəbul etməsini dolayı yolla etiraf etmiş, həmçinin Nizami və onun ailə üzvlərinin həmin miras əmlaka dair hüquqlarını başqasına verməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa X26 və onun vərəsələri olan iddiaçılar tərəfindən mirası faktiki surətdə qəbul edilməsi Samux rayon Məhkəməsinin 2(058)-578/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapır. Belə ki, iddiaçıAbdullayev Elburus Cahangir oğlunun cavabdehlər X29, X23 və İddiaçı3 qarşı cavabdehlərin ona məxsus Samux rayonu Alıuşağı kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması tələbinədairiddiası əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabadehlərdən X37 1973-cü ildə, X33 isə 1998-ci ildə el qaydasında toyları olmaqla, bu mübahisəli evə, həyətə gəlin köçmüşlər. Həmin vaxtda mübahisəli evin mülkiyyətçisi olmamış və həmin vaxtı mübahisəli evin icarədarı olan mərhum İddiaçı3 və mərhum Dilquşad Abdullayeva cavabadehləri bir ailə üzvü kimi qəbul etməklə onların gəlib evdə yaşamalarına etiraz etməmişlər. Cavabadehlər isə həmin dövrdən hal hazıra kimi bu mübahisəli evdə bir ailə üzvü kimi yaşamaqla, icarədarlarla təsərrüfatı birgə idarə etməklə, habelə bu evdə hər biri 2 nəfər uşaq doğub tərbiyyə etməklə mübahisəli evə istifadə hüququ əldə etmişlər. Cavabadehlərdən İddiaçı3 isə 15 dekabr 1999-cu il tarixdə bu mübahisəli evdə doğulmaqla hazırdada bu evdə yaşayır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, mərhum İddiaçı3 Adil oğlundan miras qalmış Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evinin birgə nikah dövrlərində əldə edilmiş əmlak olması və həmin əmlak dair Cavabdeh1 01 noyabr 1988-ci ildə təsdiq edilmiş 24-487 nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə verilməsi nəzərə alınmaqla, miras əmlakın ½ hissəsinin ½ hissəsinə yəni ümumi əmlakın ¼ hissəsindən mərhum X17 çatacaq miras payı üzərində onun vərəsələri olan iddiaçıların payları müəyyən edilməlidir, miras əmlak ¾ hissəsi açıq saxlanılmalıdır. Həmçinin mərhum X18 miras qalmış ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 4i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsindən ibarət ümumi əmlakın ½ hissəsindən mərhum X17 çatacaq miras payı üzərində onun vərəsələri olan iddiaçıların payları müəyyən edilməlidir, miras əmlakın ½ hissəsi açıq saxlanılmalıdır. Həmçinin İddiaçı3 Adil oğlundan miras qalmış Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evinin ½ hissəsinin ½ hissəsinə yəni ümumi əmlakın ¼ hissəsindən mərhum X17 çatacaq miras payı onun vərəsələri arvadı İddiaçı1, oğlanları X25 və X11 hər birinə ¼ hissənin 1/3 hissəsi olmaqla payları müəyyən edilməli, X28 mirası qəbul edilənədək öldüyündən ona çatacaq ¼ hissənin 1/3 hissə onun birinci növbə vərəsələrinin ¼ hissənin 1/3 hissəsinin ½ hissəsinə İddiaçı2 və X3 payları müəyyən edilməlidir. Həmçinin mərhum X18 miras qalmış ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 4i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsindən ibarət ümumi əmlakın ½ hissəsindən mərhum X17 çatacaq miras payı onun vərəsələri arvadı İddiaçı1, oğlanları X25 və X11 hər birinə 1/2 hissənin 1/3 olmaqla payları müəyyən edilməli, X28 mirası qəbul edilənədək öldüyündən ona çatacaq 1/2 hissənin 1/3 hissə onun birinci növbə vərəsələrinin ½ hissənin 1/3 hissəsinin ½ hissəsinə İddiaçı2 və ½ hissənin 1/3 hissəsinin ½ hissəsinə X3 payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən verilmiş 07.06.2014cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Gəncə şəhər 5 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 25.01.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamələr əsasında miras əmlaklara dair Cavabdeh1 adına AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evin dair 06.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evinə dair 13.06.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evindən ibarət miras əmlakın X26 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək ½ hissəsinin ½ hissəsinə yəni ümumi əmlakın ¼ (dörtdə bir) hissəsindən mərhum X17 çatacaq miras payı üzərində onun vərəsələri olan iddiaçıların payları müəyyən edilsin, miras əmlakın ¾ (dörtdə üç) hissəsi açıq saxlanılsın. ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 4i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsindən ibarət miras əmlakın X26 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, ümumi əmlakın ½ hissədə mərhum X17 çatacaq miras payı üzərində onun vərəsələri olan iddiaçıların payları müəyyən edilsin, miras əmlakın ½ hissəsi açıq saxlanılsın. Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə yəni ümumi əmlakdan ¼ (dörtdə bir) hissədə mərhum X17 çatacaq miras payı onun vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, arvadı İddiaçı1, oğlanları İddiaçı4 və X19 hər birinə ¼ (dörtdə bir) hissənin 1/3 (üçdə bir) hissədə olmaqla payları müəyyən edilsin. X32 mirası qəbul edilənədək öldüyündən ona Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evindən çatacaq ¼ hissənin 1/3 hissədə miras əmlakı onun birinci növbə vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək,¼ (dörtdə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə İddiaçı2 və ¼ (dörtdə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə X3 payları müəyyən edilsin. ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 4i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsindən ibarət ümumi əmlakdan ½ (ikidə bir) hissədə mərhum X17 çatacaq miras payı onun vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, onun vərəsələri arvadı İddiaçı1, oğlanları İddiaçı4 və X19 hər birinə 1/2 (ikidə bir) hissənin 1/3 (üçdə bir) hissədə olmaqla payları müəyyən edilsin. X32 mirası qəbul edilənədək öldüyündən ona ünvan 4i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 4i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsindən ibarət ümumi əmlakdan çatacaq 1/2 (ikidə bir) hissənin 1/3 hissədə miras əmlakı onun birinci növbə vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, onun birinci növbə vərəsələrinin 1/2 (ikidə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə İddiaçı2 və 1/2 (ikidə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə X3 payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-3105/2019
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3105/2019
22.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver