Məhkəmə qərarları › İş №2(043)-3217/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3217/2020

16.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3217/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyularaq qanunsuz olaraq qoyulmuş maneənin aradan qaldırılması və əvvəlki vəziyyətin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən X7 rayonu, Heydər Əliyev prospekti 101 saylı (313d) ünvanında yerləşən qeyriyaşayış sahəsinin 4 ədəd pəncərəsinin çöl tərəfinə qanunsuz olaraq qoyulmuş maeənin (alçipan materialından istifadə olunmaqla) cavabdehin vəsaiti hesabına sökülərək onun mülkiyyətinə edilən qəsdə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında MPM-in 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyyəti müzakirə edilib, bütün sübutların təqdim ediliğ edilməməsi araşdırılarkən müəyyən olunmuşdur ki, tərəflər arasında yaranmış mübahisə məhz onların sahibkarlıq fəaliyyətindən irəli gələn mübahsələrdən yaranmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 şifahi vəsatət verərək tərəflərin hər ikisi sahibkar olmaqla mübahisənin onların sahibkarlıq fəaliyyətindən yarandığıüçün işin aidiyyəti üzrə komersiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 işin komersiya məhkəməsinə göndərilməsinə etiraz etmədi. Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, RX ******* seriyalı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan X7 rayonu, Heydər Əliyev prospekti 101 saylı (313d) ünvanda yerləşən əmlak təyinatı üzrə qeyriyaşayış sahəsidir. xx.xx.2017-ci il tarixli, 3M-64 reyestr nömrə ilə Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh X7 rayonu, Heydər Əliyev prospekti, 101A ünvanda yerləşən qeyri-yaşayış sahəsini “xxxxxxxxxxxx” ASC-yə icarəyə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 24.2-ci maddəsinəəsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti iləəlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğu üçün mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 12-ci bəndinəəsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılmasıüçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılıolmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 20-ci maddəsinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Məhkəmə onu da qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından da görünür ki, hazırki mübahisə də, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Şərh olunanlara əsasən və MPM-in 24,32,34, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyularaq qanunsuz olaraq qoyulmuş maneənin aradan qaldırılması və əvvəlki vəziyyətin bərpa edilməsi” tələbinə dair 2(043)-3217 /2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılmasıüçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X7 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar