Məhkəmə qərarları › İş №2(043)-3221/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3221/2020

04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3221/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu X1 Möhsüm oğlunun cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı «yüksək gərginlikli elektrik xəttinin torpaq sahəsindən çıxarılması və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i m: X1 Möhsüm oğlu cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus olan, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir yolunun solunda yerləşən torpaq sahəsində yerləşdirilmiş yüksək gərginlikli elektrik xəttinin çıxarılaraq kənarda yerləşdirilməsi və mənəvi zərərə görə cavabdehdən 35 000 manat kompensasiya tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla məhkəməyə verilmişdir. İddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı onun sahiblik hüquqlarının cavabdeh tərəfindən pozulması ilə əlaqədardır. İddia ərizəsinə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, mübahisəli daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmaqla Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir yolunun solunda yerləşir. Belə olan halda mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 Möhsüm oğlunun cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyina qarşı «yüksək gərginlikli elektrik xəttinin torpaq sahəsindən çıxarılması və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar