Məhkəmə qərarları › İş №2(043)-3292/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3292/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3292/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sığorta Şirkətində sığortalanmış Skoda Fabia markalı H 028 126 qeydiyyat nömrə nişanlı avtomobilə vurulan ziyanın əvəzi olaraq 1127,79 (bir min bir yüz iyirmi yeddi manat 79 qəpik) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 31 (otuz bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-in xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi Nərgiz Səmədova məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29.07.2016-cı il tarixdə etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** FR *** qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində manevretmə qaydasını pozaraq “X2 Kaukasus” MMC-in Azərbaycan Respublikası nümayəndəliyinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Skoda Fabia” markalı, H 028 126 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-in KYP 466714 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. “X1” MMC-in təqdim etdiyi 07.10.2016cı il tarixli, ********* saylı invoysuna uyğun olaraq, “Skoda Fabia” markalı H 028 126 qeydiyyat nişanlı avtomobilə 2148.79 (iki min bir yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat zərər təyin edilmişdir. **********8 saylı sığorta müqaviləsinin 031535 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 2148.79 (iki min bir yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin sıgorta olunduğu icbari sığorta şirkəti "xxxx" ASC subroqasiya qaydasında dəymiş zərərin 1021 (bir min iyirmi bir) manatını İddiaçı Sığorta Şirkəti ASC-yə ödəniş etmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə qalan 1127,79 (bir min bir yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh və 06.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, «Dövlət Sığorta Kommersiya Şirkəti»nə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 06.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, sahibliyində və istifadəsində olan «Ford Transit» yük markalı ** FR *** qeydiyyat nömrə nişanlı avtomobili qanuni əsaslarla idarə edərəkən ehtiyatsızlıqdan manevr qaydalarını pozduğu üçün «Şkoda Fabia» minik markalı avtomobillə toqquşmuşdur. Həmin avtomobilə maddi ziyan dəymişdir. İdarə etdiyi avtomobil icbari sığorta olunduğu üçün qarşı tərəfə dəyən zərərin əvəzini Dövlət Sığorta Kommersiya Şirkəti ödəməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İnzibati tənbeh vermə haqqında 30.07.2016-cı il tarixli qərarın surətindən görünür ki, Cavabdeh «Ford Transit» yük markalı ** FR *** qeydiyyat nömrə nişanlı avtomobili idarə edərəkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozduğu üçün İXM-in 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. 11.10.2016-cı il tarixli, 031535 saylı sığorta aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində «Ford Transit» yük markalı 99FR453 qeydiyyat nömrə nişanlı avtomobilin «Şkoda Fabia» minik markalı H 028 126 qeydiyyat nömrə nişanlı avtomobillə toqquşması nəticəsində sıgortalı «X2 Kaukasus» MMC-in Azərbaycan Respublikasının nümayəndəliyinə İddiaçı Sığorta Şirkəti tərəfindən 2148,79 manat zərər ödənilmişdir. 19.10.2016-cı il tarixli 5528 nömrəli və 5529 nömrəli ödəniş tapşırıqlarından görünür 2148,79 manat pul Atəşgah Sığorta Şirkəti ASC tərəfindən X1 MMM-in hesabına ödənilmişdir. 28.11.2013-cü il tarixli , AC106835 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, H028126 qeydiyyat nişanlı , Skoda Fabıa minik markalı nəqliyyat vasitəsi “X2 Kaukasus” MMC-in Azərbaycan Respublikası nümayəndəliyinə məxsusdur. **********8 nömrəli, 01.05.2016-cı il tarixli sığorta şəhadətnaməsindən görünür ki, “X2 Kaukasus” MMC-yə məxsus H028126 qeydiyyat nömrəli, Skoda Fabıa minik markalı nəqliyyat vasitəsi Atəşgah Sığorta Şirkəti ASC tərəfindən 30.04.2017-ci il tarixə qədər sığortalanmışdır. AC 624946 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriya üzrə 11.07.2026-cı il tarixə qədər sürücülük hüququ vardır. Abşeron rayonu 1 saylı notariat kontorunda 7E-10355 reyestr nömrə ilə qeydə alınmış etibarnamədən görünür ki, Cavabdeh «Ford Transit» yük markalı 99FR453 qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yolanılması barədə elektron məlumatdan görünür ki, «Ford Transit» yük markalı 99FR453 qeydiyyat nömrə nişanlı avtomobil Azərsığorta Dövlət Sığorta Şirkəti tərəfindən sığortalanaraq PDS ********** nömrəli sığrta şəhadətnaməsi verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki Cavabdeh 29.07.2016-cı il tarixdə etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində manevretmə qaydasını pozaraq “X2 Kaukasus” MMC-in Azərbaycan Respublikası Nümayəndəliyinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Skoda Fabia” markalı, H 028 126 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 2148.79 manat maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Sığortaçı İddiaçı Sığorta Şirkəti sığortalıya 2148.79 (iki min bir yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin sıgorta olunduğu Dövlət Sığorta Şirkəti dəymiş zərərin 1021 manatını iddiaçıya ödəmişdir.İddiaçı iddia etmişdir ki, cavabdehin təqsiri nəticəsində yerdə qalan 1127,79 manat zərər cavabdeh tərəfindən onlara ödənilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi Ford Transit” markalı, ** FR *** qeydiyyat nömrə nişanlı avtomobil Azərsığorta Dövlət Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun icbari sığortanın prinsiplərindən bəhs edən 3-cü maddəsində icbari sıgortanın prinsipləri qeyd olunmuşdur. Həmin pirinsiplərdən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı; sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı kimi qeyd olunmuşdur. (mad.3.1.2, 3.1.4) Həmin Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi Ford Transit” markalı, ** FR *** qeydiyyat nömrə nişanlı avtomobil icbari sığorta olunduğundan iddia əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Sığorta Şirkəti ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar