Məhkəmə qərarları › İş №2(043)-3430/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3430/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3430/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 160 (bir yüz altmış) manat məbləğində pulun və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin nümayəndəsi Rəşad Əhmədov məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində, saat 10:30 radələrində Gəncə Atatürk prospektində Cavabdeh idarə etdiyi ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış“Hyundai Accent” minik markalı, 20CO608 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş və nəticədə “MERCEDES Benz” markalı, 20CP442 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuş, daha sonra haisə yenidən yayınmışdır. Gəncəşəhər BPİ DYPŞ–si tərəfindən tərtib edilmiş MYP 428162 nömrəli inzibati tənbeh vermə haqqında qərara və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə” sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 11/1417 nömrəli xx.xx.2015-ci il tarixli arayışa əsasən , Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “MERCEDES Benz” markalı, 20CP442 dövlət nömrə nişanlı avtomobilə 160 (bir yüz altmış) manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 160 manat məbləğində sığorta ödənişi ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 63-cü maddəsinin tələbinə görə, Cavabdehundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, 20CO608 dövlət nömrə nişanlı Hyundai Accent” markalı avtomobil xx.xx.2015-ci il tarixə qədər ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən sığorta edilmişdir. 11/1417 nömrəli xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ** CO *** qeydiyyat nömrə nişanlı "Hyundai Accent” markalı avtomobili idarə edərkən manevr qaydalarını pozduğu üçün İXM-in 151.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. AC 431160 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 20CO608 qeydiyat nömrə nişanlı "Hyundai Accent” minik marklı avtomobil Cavabdeh məxsusdur. xx.xx.2015-ci il tarixli sığorta aktının surətindən görünür ki, Cavabdeh 20CO608 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobili idarə edərkən iyol hərəkəti qaydalarını pozraq nzibati xəta törətmiş və X2 məxsus olan MERCEDES Benz” markalı, 20CP442 dövlət nömrə nişanlı avtomobilə 160 manat zərər vurmuşdur. xx.xx.2015-ci il tarixli, 1384 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 160 manat pul vəsaiti ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən X1 xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinəəsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. MM-in 936.2.-cımaddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortasıüzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1108.1-cimaddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 160 (bir yüz altmış) manat pul tutularaq iddiaçıASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinəverilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 160 (bir yüz altmış) manat pul və 20,40 (iyirmi manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq Açıq Səhmdar Cəmı̇yyəti "Standard İnsurance" Sığorta Şı̇rkətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar