Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3521/2020 06.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2171 (iki min bir yüz yetmiş bir) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh mülkiyyətində olan VAZ 21154 markalı, ** DZ *** qeydiyyat nömrə nişanlı avtomobili xx xxxxxxx 2017-ci il tarixdə X1 pulunu ödəyərək almışdır. Aralarında alqı satqı müqaviləsi bağlanmasa da avtomobilin pulunu Vüqar adlı şəxsə tam ödəmiş, Vüqar adlı şəxs isə ona etibarnamə vermişdir. Lakin etibarnamə qüvvədə olduğu müddətdə avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Dəfələrlə avtomoblin mülkiyyətçisi olan Cavabdeh müraciət edərək avtomobilin öz adına rəsmiləşdirilməsi üçün onunla alqı satqı müqaviləsi bağlanmasını xahiş etməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh bir il müddətinə yenidən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə almışdır. Sonuncu etibarnamənin müddətinin bitməsinə bir neçə ay qalmış nəqliyyat vasitəsini yaxın qohumununun adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarına əsasən Cavabdeh “xxxx” ASC-yə olan borcuna görə nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Bu barədə məlumatı olduqdan sonra Cavabdeh ilə əlaqə saxlıyaraq borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulduğunu ona bildirmişdir. Bundan sonra dəfələrlə cavabdehə avtomobilin üzərindən məhdudiyətin götürülməsi üçün banka olan borcunu ödəməsini ondan tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Cavabdehin bu hərəkətlərindən sonra mənəvi iztirablar keçirdərək səhhətində ciddi problemlər yaranmışdır. Bundan sonra avtomobilin üzərində olan məhdudiyyətin götürülməsi üçün məcbur olub cavabdehin «xxxx» ASC-yə olan 511 manat kredit borcunu ödəmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyrək izahatında göstərdi ki, VAZ 21154 markalı, ** DZ *** qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmuşdur. Həmin avtomobili Vüqar adlı şəxsə etibarnamə əsasında satmışdır.Vüqar isə eyni qaydada həmin avtomobili iddiaçı Kamrəddinə satmışdır. 1 ildən sonra etibarnamənin müddəti bitdiyi üçün iddiaçıya yenidən etibarnamə vermişdir. 2-ci il üçün yenidən etibarnamə verəndə o, iddiaçıya demişdir ki, avtomobili öz adına qeydiyyata salsın. Lakin iddiaçı bunu etməmiş, 3-cü dəfə yenidən etibarnamə istədikdə, avtomobilin onun adından çıxarılmasını iddiaçıdan tələb etmişdir. Çünki sistemdə adına avtomobil olduğundan (Korona- virusla) əlaqədar olaraq verilən 190 manat birdəfəlik ödənişi ala bilməmişdir. İddiaçı maşını öz adına qeydiyyata salmaq istəyəndə məlum olmuşdur ki, onun banka olan borcu ilə əlaqədar olaraq avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı bunu ona bildirsə də maddi imkanın olmaması səbəbindən pulu ödəyə bilməyəcəyini iddiaçıya demişdir. Daha sonra iddiaçı 511 manat borcu ödədikdən sonra avtomobili öz adına qeydiyyata salmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş - xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumatın surətindən görünür ki, VAZ 21154 markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Gəncə İcra İdarəsi tərəfindən nəzarət qoyulmuşdur. xx.xx.2020-ci il tarixli 1029 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı “xxxx’ ASC-yə Cavabdeh borcuna görə 511 manat ödəniş etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin Gəncə şəhər Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, mülkiyyətçinin banka olan borcu ödənildiyindən VAZ 21154 markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində nəzarətin götürülməsi xahiş olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan VAZ 21154 markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini ödəməklə satın almış, lakin həmin avtomobilin dəyərini ödəsə də aralarında alqı satqı müqviləsini rəsmiləşdirmədiyi üçün iddiaçı avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Cavabdehin “xxxx’ ASC-yə olan borcuna görə icra sənədi üzrə qeyd olunan avtomobilin üzərinə həbs qoyulmuş, iddiaçı avtomobilin faktiki sahibliyindən çıxmasının qarşısının alınması məqsədi ilə məcbur olub cavabdehin banka olan 511,00 manat borcunu ödəmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh olundan 511,00 (beş yüz on bir) manat məbləğində pul alınaraq İddiaçı oğluna verilməlidir. İddia tələbinin mənəvi zərərərin tutulmasına gəldikdə məhkəmə qeyd edir ki, mənəvi zərərin nədə ifadə olunmasına dair iddiaçı hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 511 (beş yüz on bir) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3521/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3521/2020
06.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver