Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3530/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X1 üzrə Dövlət Komitəsi, Cavabdeh2 və 3 saylı X2rşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X1 üzrə Dövlət Komitəsi, Cavabdeh2 və 3 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X1 üzrə Dövlət Komitəsi ilə digər cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ona məxsus olan mağazanın torpaq sahəsi ilə bağlı olan hissəsinin və həmin hissə ilə bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində göstərilmiş tələblərə uyğun olmadığından məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsində cavabdeh kimi qeyd olunmuş Azərbaycan Respublikası Dövlət X1 üzrə Dövlət Komitəsi hal-hazırda mövcud deyildir. İddiaçı həmin orqanın funksiyalarını yerinə yetirən dövlət orqanını müəyyən edib ona qarşı iddia irəli sürməli olduğu halda mövcud olmayan orqana qarşı iddia irəli sürmüşdür. Bundan başqa ərizədə cavabdeh kimi göstərilmiş 3 saylı Gəncə ərazi idarəsinin hansı orqanın ərazi idarəsi olması qeyd olunmamışdır. Bu isə tələbin kimə yönəldiyini müəyyən etməyə imkan vermir. Bundan başqa iddiaçının 3 saylı Gəncə ərazi idarəsi adlı quruma nəyə əsasən iddia ərizəsində göstərdiyi tələbləri irəli sürməsi hər hansı formada əsaslandırılmamışdır. Belə ki, bu cavabdehin adı yalnız iddia ərizəsinin başlığında yer alır və iddia ərizəsinin məzmunundan bu cavabdehdən nə tələb olunduğu müəyyən edilmir. Eyni zamanda iddia ərizəsində Azərbaycan Respublikası Dövlət X1 üzrə Dövlət Komitəsi ilə digər cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələb olunur ki, burada digər iki cavabdehdən hansının nəzərdə tutulduğu da aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X1 üzrə Dövlət Komitəsi, Cavabdeh2 və 3 saylı X2rşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3530/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3530/2020
29.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver