Məhkəmə qərarları › İş №2(043)-3583/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3583/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3583/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı ““subroqasiya qaydasında sığorta ödənişinin tutulması”” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2800 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 05 mart 2021-ci tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “ZAZ 968" markalı 20BC790 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 24 mart 2021-ci il tarixdə Qazax rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Həsənov Elşad Mütvalı oğlu tərəfindən idarə olunan "BYD F3" markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qazax DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 2800 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs savılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. “ZAZ 968" markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan avtomobili sürücülük hüququ olmadan Cavabdeh1 idarə etdiyindən zərərin əvəzi onların hər ikisindən də tutulmalıdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, digər cavabdeh Amidi tanımır. O, 2011-ci ildə ZAZ 968" markalı, 20BC790 dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxsə satmış, Cavabdeh1 avtomobili istifadə etməsi üçün verməmişdir. Hazırda həmin avtomobilə heç bir aidiyyəti yoxdur. Buna görə də özünə münasibətdə iddianı əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 ilə Günay Sığorta ASC arasında “ZAZ-968” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə mülki məsuliyyətin icbari sığorta olunmasına dair 05.03.2021-ci il tarixdə bir il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan Qazax rayon Yol patrul xidməti inspektorunun 24 mart 2021ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tuutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 29 mart 2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, "BYD F3" markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləği 2800 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin sığorta ödənişi ilə bağlı PGU-211457 nömrəli aktdan görünür ki, "xxxx" ASC tərəfindən 2800 manat məbləğində sığorta ödənişinin X3 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 may 2021-ci il tarixli 85118 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 2800 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş AE seriyalı 030871 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “"BYD F3" markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. 27 oktyabr 2011-ci il tarixli, ƏN-İİİ seriyalı, 454163 nömrəli etibarnamənin surətindən görünür ki, “ZAZ 968" markalı 20BC790 dövlət qeydiyyat nişanlı avtomobili Həsənov X1 Emin Rafiq oğlu və X6 50 il müddətinə etibar etmişdir. ƏN-İİİ seriyalı, 776121 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçisi Cavabdeh2 olan “ZAZ 968" markalı 20BC790 dövlət qeydiyyat nişanlı avtomobili X10 etibar edilmişi etibar etmə qaydasında Cavabdeh1 oğluna etibar etmişdir. Etibarnamə 27.10.2061-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, 21.03.2021-ci il tarixdə Qazax rayonunda Cavabdeh1 (cavabdeh) “”ZAZ 968” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC tərəfindən “BYD F3” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X5 2800 manat sığorta ödənişi edilmişdir. İddiaçı hazırda ödəmiş olduğu sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı Cavabdeh2 avtomobilin mülkiyyətçisi olduğunu əsas gətirərək ondan da pul tutulmasını iddia etmiş, lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Cavabdeh2 nə sığorta olunan, nə də sığortalı deyildir, həmin hadisəni də o, törətməmişdir. Üstəlik Cavabdeh2 avtomobili Cavabdeh1 yox, başqa şəxsin istifadəsinə vermişdir. İcbari sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsi avtomobilin mülkiyyətçisinə yox, sığortalı və ya sığortaolunana qarşı subroqasiya tələbi imkanı verir. Belə olan halda Cavabdeh2 qarşı subroqasiya tələbi ümumiyyətlə istisna olunur. İddiaçı hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Qazax rayon Yol patrul xidmətinin inspektorunun 24.03.2021-ci il tarixli Qərarında öz əksini tapdığına görə, onun tərəfindən sığortalıya ödənilmiş 2800 manat məbləğində pul subroqasiya qaydasında cavabdehlərdən tutulmalıdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 24.03.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda Cavabdeh1 təqsiri səbəbindən hər hansı yol nəqliyyat hadisəsinin baş verməsi, zərərçəkmiş şəxsin kim olması, ona hansı zərərin vurulması göstərilməmişdir. Qərardan görünür ki, Cavabdeh1 sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda Cavabdeh1 yol hərəkəti qaydasını pozaraq baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması göstərilməmişdir. Ümumiyyətlə cavabdehin təqsiri üzündən yol nəqliyyat hadisəsi baş versə və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuş olsa idi, belə halda cavabdehin İXM-in 332.2-ci maddəsi ilə yox, İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi lazım idi. Çünki, İXM-in 332.4-cü maddəsi bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət müəyyən edir və həmin maddə üzrə işə baxılması məhkəmənin səlahiyyətinə aiddir. İş materiallarında isə cavabdehin İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair qərar yoxdur. Əməlin mülki hüquq pozuntusu hesab edilməsi üçün həmin əməlin təqsirli və hüquqazidd olaraq törədilməsi tələb olunur. Belə bir hal isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 24.03.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar