Məhkəmə qərarları › İş №2(043)-361/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-361/2020

16.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-361/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan payının naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda payının kompensasiya edilməsi və ya mülkin satılaraq payının pul formasında verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzil 2 ünvanında yerləşən mülkdəki payının naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda payının kompensasiya edilməsi və ya mülkin satılaraq payının pul formasında verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlə barışıq sazişi bağladığından iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsnin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkdəki payının kompensasiya yolu ilə və ya mülkin satılaraq payının pul formasında verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır . MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekpertiza tədqiqatının dəyi 100 manat cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.11, 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı paylı mülkdə olan payının naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda payının kompensasiya edilməsi və ya mülkin satılaraq payının pul formasında verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İş üzrə aparılımış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin Qərardadın surəti rəsmi qaydada verildiyi gündün 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar