Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-385/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "səhhətinə vurulmuş zərərin əvəzi və şərəf və ləyaqətin ləkəyən məlumatların yayılması nəticəsində vurulmuş maddi və mənəvi ziyan üçün pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "səhhətinə vurulmuş zərərin əvəzi və şərəf və ləyaqətin ləkəyən məlumatların yayılması nəticəsində vurulmuş maddi və mənəvi ziyan üçün pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunu nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. İddia ərizəsinin tələb hissəsində iddiaçı cavabdehin onu döyüb xəsarətləndirməsi nəticəsində səhhətində vurulmuş ziyana görə, həmçinin cavabdeh tərəfindən şərəfi, ləyaqəti ləkələyən məlumatların yayılması ilə ona vurulmuş maddi və mənəvi ziyana görə 10000 manat pulun alınıb ona verilməsini tələb ediyini bildirsə də, səhhətinə vurulmuş maddi zərərin miqdarını, eləcə də onun barəsində cavabdeh tərəfindən şərəf və ləyaqətini ləkələyən hansı məlumatların yayılmasını və bunun nəticəsində ona hansı məbləğdə maddi və mənəvi zərərin dəyməsini dəqiqliklə göstərməmiş, ümumilikdə cavabdehdən ona vurulmuş maddi və mənəvi zərərə görə 10000 manat pul tələb etdiyini göstərmişdir. Halbuki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi; 2) şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin maddənin tələbinə əsaslanaraq məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən hər bir tələb üzrə araşdırma aparılması zəruri olduğundan, iddiaçının hər bir tələbi, həmin tələblərin əsaslandığı hallar, iddianın predmeti və qiyməti iddia ərizəsində dəqiqliklə göstərilməlidir. Hazırki iddia ərizəsi üzrə isə iddiaçı cavabdehin onu döyməsi nəticəsində sağlamlığına vurulmuş ziyana görə cavabdehdən hansı məbləğdə pul tələb etməsini, cavabdeh tərəfindən onun barəsində şərəf və ləyaqəti ləkələrən hansı məlumatların yayılmasını və bu məlumatların yayılması nəticəsində ona hansı məbləğdə maddi və mənəvi zərərin vurulduğunu ayrıca göstərməli idi. Məhkəmə tərəfindən, məhkəmənin 08.02.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iddia ərizəsində qeyd edilən həmin nöqsanlar iddiaçının diqqətinə çatdırılaraq, nöqsanların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclası 01.03.2022-ci il tarixə təxirə salınmışdır. Lakin, iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə göstərilən nöqsanları aradan qaldırmamışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4–cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələrə əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyinə görə, məhkəmənin hazırlıq iclasında iddia ərizəsindəki nöqsanların iddiaçının diqqətinə çatdırılaraq onların aradan qaldırılması üçün vaxt verilməsinə baxmayaraq, həmin nöqsanlar aradan qaldırılmadığından, MPM-in 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı Cavabdeh qarşı "səhhətinə vurulmuş zərərin əvəzi və şərəf və ləyaqətin ləkəyən məlumatların yayılması nəticəsində vurulmuş maddi və mənəvi ziyan üçün pul tələbi"nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-385/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-385/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver