Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3863/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh3, X1 Xidmət Mərkəzində Notariat ofisinə, Cavabdeh2 ASCyə və üçüncü şəxs Göy-Göl rayon İcra və Probasiya İdarəsinə qarşı “ipotekaya tutma yönədilməsi barədə İcra qeydinin, ipotekaya tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsi, ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh3, X1 Xidmət Mərkəzində Notariat Konturuna, Cavabdeh2 ASC-yə və üçüncü şəxs Göy-Göl rayon İcra və Probasiya İdarəsinə qarşı “ipotekaya tutma yönədilməsi barədə İcra qeydinin, ipotekaya tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsi, ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə “Asan” xidmət mərkəzinin notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli, icra qeydinin, əmlaka tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsini və ipoteka qoyulmuş əmlakının yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən etmişdir ki, iddia tələbində qeyri-müəyyənlik olmaqla, cavabdehlərin hər birinə yönələn tələb göstərilməmişdir. Belə ki, iddiaçı cavabdeh Gəncə “Asan” xidmət mərkəzinin notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli, icra qeydinin, əmlaka tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsini və ipoteka qoyulmuş əmlakının yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tələbindəX1 Xidmət Mərkəzinin notariat ofisinin və Cavabdeh2 ASCninhərəkətlərini və onlar tərəfindən qəbul edilmiş sənədi mübahisələndirmiş, icra qeydinin, əmlaka tutma yönəldilməsi barədə bildirişin qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı Cavabdeh3 yönələn tələbini iddia ərizəsində əsaslandırmamaqla yanaşı ona yönələn tələbini göstərməmişdir. Bununla da tələbin Cavabdeh3, yönəlməsini müəyyən etmək mümkün deyil. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində əmlaka tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsini və ipoteka predmetinin yenidən qiymətləndirilməsini xahiş etməklə tələbdə qeyri-müəyyənlik yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh3, X1 Xidmət Mərkəzində Notariat ofisinə, Cavabdeh2 ASC-yə və üçüncü şəxs Göy-Göl rayon İcra və Probasiya İdarəsinə qarşı “ipotekaya tutma yönədilməsi barədə İcra qeydinin, ipotekaya tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsi, ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3863/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3863/2020
13.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver