Məhkəmə qərarları › İş №2(043)-387/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-387/2021

09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-387/2021 09.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun vəkili X17, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X4 iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsə kimi onun tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi və həmin əmlaka onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Səmədər oğlu tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx xxxxxx 1987-ci ildən nənəsi X3 adına qeydə alınmışdır. Nənəsi Firəngiz 1998-ci il tarixdə vəfat etmişdir. Nənəsinin 5 övladı olmuşdur. - 1938-ci il təvəllüdlü X14, 2001-ci ildə vəfat etmişdir. Onun övladları- Ehtiram Bədəlov və Mais Bədəlov da dünyasını dəyişmişdir. - 1941-ci il təvəllüdlü X19 1983-cü ildə vəfat etmişdir. Onun 4 övladı var: Ceyhun, Yalçın, Ceyhunə, Qoşqar. - 1945-ci il təvəllüdlü X21 1996-cı ildə vəfat etmişdir. Onun iki övladı var: Elnurə və Elnur. - 1947-ci il təvəllüdlü X12, sağdır. - 1950-ci il təvəllüdlü X15 2001-ci ildə vəfat edib. Nənəsi Firəngizin vəfatından sonra qalmış miras əmlakı onun ən kiçik övladı olan atası X15 faktiki qəbul edərək sahiblik etmişdir. Öz nöbvəsində, X10 2001-ci ildə vəfatından sonra miras əmlakı faktik olaraq o özü qəbul edərək sahib çıxmışdır. Miras əmlaka aid olunan bütün kommunal xərcləri- su, elektrik, qaz və sair xərclərin onun tərəfindən ödənilmişdir, bir çox qəbzlər onun adına qeyd olunub. Bunlar hamsı evin onun tərəfindən qəbul edilməsini sübut edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərdi ki, nənəsi 1998-ci il tarixdə vəfat edib. Onun beş uşağı olub. Atası və bibisi Zərəngiz Bədəlova 2001-ci ildə vəfat edib. Bibixanım Əhmədova onun bibisidir və o, 30-40 il olar ki ailə qurub həmin ünvandan köçmüşdür və Mingəçevir şəhərində yaşayır. X30 nənəsindən əvvəl vəfat etmişdir. Ümumiyyətlə, həmin fərdi yaşayış evi əslində atası tərəfindən alınmış, lakin nənəsinin adına sənədləşdirilmişdir. Nənəsinin adına həmin fərdi yaşayış evindən başqa heç bir əmlak olmamışdır. Buna görə də bibiləri və əmilərinin habelə onların uşaqlarının onunla miras barədə heç bir mübahisələri yoxdur. Atasının ölümündən sonra vərəsə qismində o, anası Qurbanova Mehriban və bacısı Cavabdeh qalmışdır. Başqa qardaşı və ya bacısı yoxdur. Bacısı Cavabdeh atasının vəfatından əvvəl ailə quraraq Goranboy rayonunun Xanqərəvənd kəndinə gəlin köçmüşdür. Mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmiş, lakin notarius ondan bacısının da notariat kontoruna gəlib ərizə verməli olduğunu bildirərək şəhadətnamənin verilməsindən imtina etmişdir. Buna görə də mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X25 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X8 izahat verərək bildirdi ki, iş üzrə tərəflər onun övladlarıdır. X7 2001-ci ildə, qaynanası isə Qurbanova Firəngiz isə 1998-ci ildə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış evini onun əri almış, lakin öz anası Qurbanova Firəngizin adına sənədləşdirmişdir. Qayınanası vəfat etdikdən sonra həmin evdə əri və uşaqları ilə birlikdə yaşamışdır. Qızı Aynur ərinin vəfatından bir qədər əvvəl ailə həyatı qurmuş və Goranboy rayonun Xanqərvənd kəndinə köçmüşdür. Ərinin vəfatından sonra evdə o və oğlu Sakit qalmışdır. Ərinin vəfatından sonra evi faktiki olaraq oğlu idarə etmiş, miras əmlaka sahiblik etmişdir. Buna görə də mirasın oğlu İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X12 izahat verərək bildirdi ki, iddiaçı onun qardaşı oğlu, cavabdeh isə qardaşı qızıdır. Mübahisəli evi qardaşı Səməndər almış, lain anaları Firəngizin adına sənədləşdirmişdir. Anası 1998-ci ildə, qardaşı isə 2001-ci ildə vəfat etmişdir. Bütün qardaş və bacılar həmin evin Səməndərə məxsus olduğunu bilirlər. Anasının vəfatından sonra da həmin evdə yalnız qardaşı Səməndər öz ailəsi ilə birlikdə yaşamışdır. Aynur atasının ölümündən bir qədər əvvəl ailə qurmuş və Goranboy rayonuna köçmüşdür. Qardaşının ölümündən sonra ünvan 1 ünvanında yerləşən evdə qardaşı oğlu Sakit yaşayır. Anasının adına bu evdən başqa heç bir əmlak olmamış, analarından miras qalmamış və başqa şəxslər tərəfindən həmin ev miras kimi qəbul edilməmişdir. xx.xx.2021-ci tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bidlirmişdir ki, o, 1989-cu ildən bəri ünvan 4 ünvanda yaşayır. X13 onun qonşusu olmuşdur. Səməndər Qurbanov 2001-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən evi Səməndərin evi kimi bilmişdir. Səməndər orada öz ailəsi ilə birlikdə yaşamışdır. Səməndərin anası Qurbanova Firəngiz isə həm orada, həm də rayonda yaşamışdır. Firəngiz vəfat etdikdə yas mərasimi həmin evdə olmuşdur. Firəngizdən bir neçə il sonra Səməndər də vəfat etmişdir. Səməndər vəfat etdikdən sonra həmin evdə arvadı Mehriban və oğlu Sakit yaşamışdır. Səməndərin qızı Aynur isə atasının vəfatından əvvəl ailə quraraq köçmüşdür. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evi X3 adına qeydiyyata alınmışdır Vİİİ-JQ 486690 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı atası X15 və anası X1 qeyd olunmuşdur. AZ-İİ 082006 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx xxxxxx 1998-ci il tarixdə ölmüşdür. AZ seriyalı 082605 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İE seriyalı 265799 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 atası Qurbanov İsax və anası X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx xxxxxxx 2020-ci il tarxli, 422 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən vərəsələr arasında mübahisənin olması əsası ilə imtina edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının nənəsi X6 məxsus olmuş, onun ölümündən sonra həmin fərdi yaşayış evi iddiaçının atası X15 tərəfindən qəbul edilərək onun sahibliyində olmuşdur. İddiaçının atası X15 xx.xx.2001-ci il tarixdə öldükdən sonra vərəsəsi olan oğlu İddiaçı miras əmlakı qəbul edərək əmlaka faktik sahiblik və idarəçilik etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, iddiaçının atası öz anasından miras qalmış evi faktik qəbul edərək həmin evi öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid iddiaçı ilə qonşu olmaqla həmin evi ümumiyyətlə iddiaçının atasının evi kimi tanıdığını bildirmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X3 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi həmin mirası qəbul etmiş yeganə vərəsə olan X10 mülkiyyətinə keçmişdir. X10 ölməsi ilə həmin miras əmlak onun vərəsələrindən İddiaçı tərəfindən qəbul edilmiş və o, əmlaka faktik sahiblik və idarəçiliyi həyata keçirməyə başlamışdır. Qeyd olunanlar iş üzrə dindirilmiş şahidin ifadəsi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları ilə öz təsdiqini tapmışdır. Buna görə də iddia təmin edilməli və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı X3 adına qeydə alınmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras qismində qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar